▼
13 Mayıs 2017
Nazir təhsildən yayınan şagirdlərin teleyinə biganə qalmamlıdır
Yay mövsümünün başlaması ilə Cəlilabad rayon məktəblərində onsuz da olmayan davamiyyət bir az da aşağı düşdü. Elminaz Nadirovanın bərbad idarəçiliyində rayon təhsili ölkədə ən aşağı yerlərdən birini tutmuşdur. Bu artıq heç kəsə sirr deyil. Biz bu barədə dəfələrlə desəkdə bəzən bizə inanılmamıç və ya heç bir tədbirlər görülməmişdir.Elminaz Nadirovanı rayonda təhsildən başqa hər şey maraqlandırır. Onun üçün ancaq pul olsun. Hər məktəbə kontingentindən aslı olaraq pul tələb edən və eyni zamanda məktəbdəki xadimə və lobarant ştatların müəyyən qisminin məvacib kartlarını öz seyfində saxlayan Nadirova təhsillə deyil ancaq ayın sonunu gözləməklə məşğuldur. Adlarının çəkilməsini istəməyən 3 məktubda məktəb şagirdlərinin istismarı və istismar edərkən ölüm faktları haqqında məlumatlar almışıq. Bütün bunlar isə RTŞ müdiri tərəfindən gizlədilməkdədir. Kənd məktəblərinin şagirdlərindən birinin kartof sahəsində işləyərkən kartofun dərmanlanası zamanı ölməsi, digərinin isə işə gedərkən yolda aftomobil qəzasına düşrək ölməsi faktı Nazirlikdən gizlədilmişdi. Bundan əlavə kənd məktəblərinin birində 9 cu sinif şagirdinin intihar etməsi faktıda Nazirlikdən gizlədilmişdi. İnanmaq istəyirik ki, Nazir bu durumdan xəbər olan kimi bu barədə ciddi tədbir görəcək.
Hiç yorum yok:
Yorum Gönder