Prezident İlham Əliyevin bu yaxınlarda cənub bölgəsinə səfəri gözlənilir. Səfər çərçivəsində çox guman yenə də yollar bağlanacaq və bir iki obyektin açlışında iştirak edən prezidentə sosial infrastrukturun yüksəldiyindən , əhalinin əhvalının yaxşılaşdığından ağız dolusu danışılacaq. Doğrudanmı bu dəfə də eyni senari üzrə nağıllar danışılacaq ? Yenədə xalq öz sözünü prezidentə deyə bilməyəcək ? Bəlkə bu dəfə bu qədər arxayın olmayaq ... əvvəlki illərdən fərqli olaraq Cəlilabad rayonunda narazılıq səviyyəsi həddindən artıq artmışdır və hətta narazı qüvvəllər arasında məmurlar belə var . Söz yox həmin məmurlar özləri heçnə deyə bilməsə də yəqin ki, fəhlə-kəndlilər içərisindən onların mənafeyindən çıxış edən oldu. Son zamanlar Cəlilabaddakı durumu analiz etsək , görərik ki, sosial müavinət oyunu bitmiş, hətta xəstəlik üzrə qrupla təqaüd alanlar bu imtiyazlarından məhrum edilmişlər. Əhali içərisində normal işləyərək əmək haqqı alan müəllimlərin də dərslərinin vakanta çıxarılması narazılığın pik həddinə çatdığını göstərir. Bizə gələn məlumatlara görə , ola biksin ki, Prezidentin keçdiyi zaman hansısa narazılıq ifadə edən üsuldan istifadə olunacaq. Deməli prezidentin bu dəfəki gəlişində nəsə sürpriz ola bilər..
11 Ağustos 2017
06 Ağustos 2017
Cəlilabad təhsilindən növbəti şikayət
Cəlilabad təhsilindən növbəti şikayət! Şikayəti olduğu kimi sizə təqdim edirik
Hörmətli Cənab Nazir ,
Sizə yazmış olduğum saysız-hesabsız məktublarımın ünvana çatmadığını düşünərək bu dəfə sayt vasitəsi ilə sizə müraciət edirəm. Rayon Təhsil Şöbəsinin müdiri rüşvətlə direktor təyin etdiyindən Cəlilabad rayon məktəbləri təhsil müəssisəsi kimi öz nüfuzunu itirməkdədir. Rüşvət verən kim olsa direktorluq vəzifəsinə gətirilir. İctimayyət arasında hörməti, nüfuzu, əxlaqı olmasa da olar “təki pul versin” prinsipi ilə işləyən Elminaz Nadirova ancaq öz şəxsi büdcəsini doldurmaqla məşğuldur. Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” çıxarmaqla yanaşı, RTŞ -ə verəcək “aylıq” barədə düşünərsə onun təhsilimizə hansısa tövsiyəni verməyini düşünmək özü gülüncdür. Belə savadsız və səriştəsiz direktorlardan biri də Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Seymur Cəfərovdur. İxtisasca ingilis dili müəllimi olub ingilis dilində bir kəlmə söz bildiyinə dərs dediyi min şagirdindən biri şahid dura bilməz. Diaqnostk qoymətləndirmədən səkkiz bal toplayan birinin direktor təyin olunmasında məqsəd yəqinn ki, təhsilimizi inkişaf etdirmək deyil. Belə bir şəxsin savadlı kadırlar üzərində rəhbər təyin edilməsi ən azından elə həmin kollektiv üçün təhqirdir.
Cənab Nazir, dəfələrlə sizə yazdığım məktublarda bildirmişəm ki, burada adları olub özləri olmayan və məvacib kartları direktorun cibində olan şəxslərin adı gedir. Bu şəxslərin konkret olaraq adlarını nazirliyə təqdim etmişəm. Nazirlik isə mənim şikayətimi araşdırmaq üçün təhsil şöbəsinə göndərib. Şikayət ərizəmdən sonra Seymur Cəfərov məni bir qrup şəxslə şantaj etməyə çalışmış və guya mən bunları ondan pul almaq məqsədi ilə etdiyimi bildirmişdir. Təkrar Nazirliyə müraciət etdikdən sonra yenədə araşdırlması üçün iş Təhsil Şöbəsinə göndərilmiş və orada mənə yağlı vədlər verərək şikayətdən çəkinməyimi demişdilər. Məvacib kartlarını mənimsədikləri şəxslərdən başqa sən demə burada bəzi dırnaqarası jurnalistlərə də şikayət etməsinlər deyə yaxın qohumunun adını yazaraq aylıq haqq verirlər. Bu cür şəraitdə hansı təhsildən söhbət etmək olar ? Bir daha sizə müraciət edərək xahiş edirəm ki, təhsili təminat şöbəsi kimi mənimsəyənlərə imkan verməyəsiniz.
Hörmətlə, Ramiz Yarıyev.
Ünvan : Cəlilabad rayon Ağdaş kəndi
əlaqə telefonu: 051-467-42-59
04 Ağustos 2017
"Göytəpənin fəxri sakini " Cəlilabad təhsili üçün Nazirə müraciət etdi
Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı preziden İlham Əliyevin humanist qanunlarının köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri güclü olanda bizim kimi ailələr də bundan yararlana bilir əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməmiş dövlət müəssisələrindən birində, Xocalıdan olduğumu bilən bir məmur, faciədən necə qurtulduğumuzu ürək ağrısı ilə yarım saat sorğu –sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini istədi .
01 Ağustos 2017
Vakansiyaları kim verir ?
Dərs saatlarınızın vakanta çıxarılması ilə bağlı aldığımız şikayət məktublarında qeyd edirsiniz ki, Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova deyir ki, sizin dərslərinizin vakant verilməsindən xəbərim yoxdur və bunu edən Təhsil Nazirliyidir.
Cənablar və Xanımlar !
Bizi qərəzlilikdə günahlandırsanızda , bir daha sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, Bunların hamısın edən RTŞ müdiri və direktorlardır. Necə olur ki, Elminaza vaxtı vaxtında haqq verən və diaqnostikdən az bal toplayan heç bir məktəbin adı yoxdur. Xüsusilə kartları Elminazın öz əlində olan yeddi nömrəli məktəbdən niyə vakant verilməyib. Bəlkə bu məktəblərin içərisində hansısa məktəb Göytəpə 1 saylı məktəbdən yaxşı nəticə göstərib ?