11 Mart 2018

Cəlilabad təhsil işçilərinin "TOY" u oldu !

TƏHSİL İŞÇİLƏRİNƏ BU AY YIĞILMAYAN AYLİĞA GÖRƏ  TUTULAN TOY















Cəlilabad rayon İcra hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri  Hüseynov Sabir Ağahüseyn oğlunun təhsilə  müdaxiləsi və Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirovanın himayədarı olmasını demək olar rayonda hər kəs bilir. Hələ illər öncə bir yerdə Elminazla İrana araq daşıyan ortaqlar,  indidə təhsil biznesində birgədirlər. Bunları rayonda bilməyən yoxdur. 

10 mart 2018 ci il tarixində Sabir Hüseynovun qızının toyu oldu. ( Allah xöşbəxt eləsin) Amma əsas toy təhsil işçilərinin oldu desək yanılmarıq. Bütün direktorlara əmr verilərək bildirildi ki, toyda iştirak etməlidirlər və əgər olmasalar işlərindən uzaqlaşdırılacaqlar. Hətta... Elminazın şəxsi məktəbi olan Zərifə Əliyeva adına 7 nömrəli  məktəbin müəllimlərinin  70% orda oldu. Keçmiş icra başçısı kimi deyəsən bu icra başçısı da  Sabir Hüseynovun imperyasına toxuna bilmir. Rayon sakinlərinin dediyinə görə Sabirə heç Kərəmin də gücü çata bilməz. Əgər doğrudan da belədirsə deməli təhsil işçiləri hələdə Sabirin adamı olan Elminazla hesablaşmalı olacaq və ona aylığı vaxtında çatdıracaqlar. 

Hiç yorum yok:

Yorum Gönder