Cəlilabad rayon təhsilində görəcək günlərimiz sən demə qabaqda
imiş.... yeni başçı və yeni RTŞ müdir əvəzi təyin olunanda, düşünürdük
ki, təhsilimizdə daha "aylıq"lar olmayacaq. Hardan bilərdik ki,
aparılan kadr islahatı sadəcə bir oyun imiş...
İllərdir RTŞ də müavin işləyərək özünü "təmizlik
abidəsi" kimi göstərən , nə verdin qane olan Hafiz Cavadov artıq təhsil
işçilərinin nə verdiyinə , nə də yalvarışlarına qane olur.Bəlkə də qane
olardı.... Özünündə dediyi kimi bu onluq deyil. “Dövlətçiliyimiz” üçün bu
yığımlar vacib imiş. Hər direktora 1000-1500 manat aylıq tələbi qoyulub və
hətta bu işdə inspektorlar artıq yığıma start belə verib. Vermək istəməyən və
az verənləri isə bir başa kabinetdə
Hafiz Cavadov özü “qəbul” edir. Dünəndən artıq pul verənlər belə olub.
Dırnaqarası səmimi görünən icra başçısı Namiq Zeynalovda sən demə görüntü imiş. Bu qədər kadrları dəyişməyin mənası nə idi ay Namiq müəllim ? Yoxsa siz də bəhanə edəcəksiniz ki, vallah mənlik deyil ərazinin kuratoru Kərəm Həsənovluqdur ? Axı sizə etimad göstərən cənab prezident İlham Əliyev sizi bura təyin edəndə belə təlimat almamışdınız. Nə oldu sizə ? Düzdür, Cəlilabad hər zaman arıq eşşəklər üçün yaylaq olsada , təhsilimizi rahat həzm olmağa imkan verməyəcəyik. Biz hələdə bunlarda sizin əlinizin olmasına inanmaq istəmirik. Ancaq "qəzetpulu" və iməclik adı ilə məktəb və xəstəxana işçilərinin istismarı sizin şəxsən tapşırığınızla həyata keçirilib.

Hiç yorum yok:
Yorum Gönder