28 Mayıs 2019

Namiq Zeynalovdan Prezidentə qarşı təxribat








Hörmətli Cənab Prezident ,
Sizi hər gün televizya və sosial şəbəkədən izləyirik. Əmək haqlarının qaldırlması , yeni iş yerlərinin açılması üçün tapşırıqlar vermisiniz . Düzdür Cəlilabad rayonundada xeyli iş yerləri açılmış ancaq bunların hamısı  Namiq Zeynalovun öz yaxın bildikləri insanlarla doldurulmuşdur. İcra hakimiyyətində yerli işçiləri işdən uzaqlaşdırmaqla öz qohum əqrabalarını və yerlilərini ətrafına yığmışdır.



Komxozda 150 işçinin adı gedir ancaq bütün kartlar Namiq Zeynalovdadır. Siz isə elə bilirsiniz ki, Cəlilabadlılar işlə təmin olunub. Komxoz işçilərini isə təhsil və səhiyyənin xadimələri əvəzləyir. Rayonda aparılan abadlıq işləri təhsildən və səhiyyədən alınan aylıqlar nəticəsində görülüb sonda Sizin adınıza çıxmaqla əhalini dahada qəzəbləndirirlər. Cənab Prezident bilin ki, Cəlilabadda sizə qarşı, dövlətə qarşı böyük təxribat hazırlanır və bütün bunların arxasında Namiq Zeynalov dayanır. Əhali ilə görüşə gedəndə heç bir narazı şəxs buraxılmır. Guya hər şey qaydasındadır. Onsuz narazı insanlarda daha Namiq Zeynalovla görüşmürlər çünki, o özüdə etiraf edir ki, onun əlindən heç nə gəlmir və bu barədə "yuxarılara" müraciət etməklə işini bitmiş hesab edir. Təhsil və Səhiyyə rüşvət bataqlığında boğulur. Kənd məktəblərinin şagirdləri və müəllimləri  sahələrdə işləyir aldıqları pulu isə direktorla bölüb təhsilimizi məhv edirlər. Xəstəxanalarda hər şey pulladır. Xüsusən  doğuma görə istədikləri pula görə ana-bacılarımız uşaqları təhlükəli şəraitdə evdə dünyaya gətirir və bunun çoxu da ölümlə nəticələnir. Şəhid ailələrinə qayği göstərilmir, vətəndaşların əlindən torpaqları alınır. Sahələrdə zəhmət çəkən fermerlər isə polislərə haqq verməkdən iflasa uğrayıblar. Dövlətdə qayda-qanuna əməl edən qalmayıb. Bir sözlə apardığınız islahatları Namiq Zeynalov Cəlilabadda öz bildiyi kimi təbliğ edir. Əgər bu məsələyə müdaxilə etməsəniz Cəlilabadda öz sosial bazanızı itirmiş olacaqsınız.

Emil Bəhramov

Hiç yorum yok:

Yorum Gönder