29 Haziran 2019

Cəlilabad təhsilində "Üçü Birində" vergisi təyin olundu !

Cəlilabad təhsil işçiləri hələ əmək haqlarını almayıblar,  ancaq  bilirlər ki, indidən onları çox ağır vergilər gözləyir. Hələ sement pulunu verib qurtarmamış indi hər məktəbdən 800-1000 manat arası qəzet pulu istənilir. Elə başa düşməyin ki, bu aylığın olmayacağı anlamına gəlir. Qətiyyən ! Bu dəfə təhsil işçiləri " Üçü birində " vergisi verəcəklər. Pulu vaxtında verməyənləri yoxlamalar gözləyir.
Aylığı  az verən məktəblər dərhal RTŞ müdirinin yoxlamalarına məruz qalır. Bundan sonra iki qat ödəməyə məcbur olduqlarından dərhal vergilər ödənilir.

Qərənfil Əhmədovanın "Qanqal Şurası" (səs yazısı)

Cəlilabad Rayon Təhsil Şöbə müdiri Qərənfil Əhmədovanın yeni səs yazısı yayılıb. Vəzifə funksiyası məktəblərdən aylıq toplamaq olan Qərənfil Əhmədova bu dəfə də təhsildən çox  iməcliyin vacibliyindən , qanqalların təmizlənməsindən danışıb. Hər kəsin arasında "Qanqal Şurası " adı almış bu şuraya Qərənfil özü başçılıq edib.

28 Haziran 2019

Məhv olmuş Cəlilabad təhsilinin "Qara Qutusu" tapıldı

Elektron poçtumuza daxil olan məktubda bəzi sənəd şəkilləri var. Şəkillər keçmiş RTŞ müdiri Elminaz Nadirovanın direktorlardan topladığı pullar göstərilib. 14 saylı ƏMHM-nin  Cəlilabad üzrə nümayəndəsi Zaur Əzizovla iş birliyində olan Elminaz Nadirovanın rayon prokuroru, polis rəisi , KQB-nin rəisi və nazirliyin əməkdaşlarına nə qədər verdiyi əksini tapıb. "Üzümüzə gələn həftə gedib paylayım gəlim" kimi ifadələrində yer aldığı "qara qutuda" Nazirlik təmsilçisi Əhliyyət Gözəlov, Fərzəli Qədirov, Aydın Əhmədov və s işçilərə nə qədər verildiyidə yazılıb. Oxuyun ! İndi bildinizmi Qərənfil Əhmədovanın səs yazısına niyə reaksiya verilmədi ..

09 Haziran 2019

ASAN xidməti ÇƏTİN xidmət edən kimdir ?




Cəlilabad rayonunda  “ Asan Xidmət”  mərkəzi  üçün bina tikiləcək !

Öncə ASAN Xidmət haqqında qısa məlumat

ASAN XİDMƏT -“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.

ASAN XİDMƏTİN –yaradılmasında məqsəd
vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması
dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;

04 Haziran 2019

Q.Əhmədovanın "Sınaq Biznesi"-2


Qərənfil Əhmədovanın "Sınaq Biznesi" adlı yazımızda RTŞ müdiri ilə şəhər 1 nömrəli məktəbin direktoru Füzuli Quliyevin birgə əməliyyatı nəticəsində sınaq qiymətləndirməsi adı altında 1-ci sinifdən 11-ci sinifə qədər 4 manatdan pul yığılması faktına mənbələrimizdən narazılıq dolu məktublar almışıq.

02 Haziran 2019

Qərənfil Əhmədovanın "Sınaq" biznesi.

Cəlilabad Rayon Təhsil Şöbəsinə müdir təyin olunandan ard-arda  kobud səhvlər edən  Qərənfil Əhmədova  növbəti dəfə də Təhsil Nazirinin verdiyi əmri pozdu.