Təhsil Nazirliyinin son zamanlar apardığı islahatlar və Tərtərdə Regional Maliyyə İdarələrinin işçilərinin işdən uzaqlaşdırılması Cəlilabad əməkdaşlarını heç də narahat etmədiyini göstərir. Beləki, sözü gedən ərazidə 14 saylı ƏMHM-nin müdiri Zaur Əzizov Ələddin Əsədullayevlə işguzar əlaqəyə girərək Təhsil Nazirliyinin verdiyi təsərrüfat malları və digər avadanlıqların hamısını məktəblərə versədə onlardan bunun qarşılığında pul tələb edir.
İnventarizasiya üçün hər direktordan 20 azn alan Ələddin , indidə keçib süpürgələrə görə onlardan pul tələb etməyə. Odun yanacağına görə verdikləri pulun 3/1 yəni 1500 azn-dən 1000 azn-nin özlərini götürüb 500 direktora verib sonra isə onun silinməsində pul istəyəcək qədər həyasız bir quruma çevriliblər. Bütün bütün bunların başında isə bu idarənin Cəlilabad ərazisindəki rəhbəri Zaur Əzizov və onun iş birlikçisi Ələddin Əsədullayevdir. Orta ixtisas təhsilli olan Ələddin Əsədullayevin qanunsuzluqları bununlada bitmir. O, Təhsil Nazirliyi tərəfindən göndərilən avadanlıqları paylayarkən Çünzəli məktəbinin direktoru qardaşına və Fərzili kənd orta məktəbinin direktoru olan yeznəsini daha çox materialla təmin edilir. rüşvətxosluğuna ən böyük subutlardan biri bu yaxınlarda büdcəsinə uyğun olmayan Şevrolet Niva avtomobilini almasıdır. İnanırıq ki, hər şikayətimiziə reaksiya verən Təhsil Nazirliyi bu idarədə yoxlamalar aparacaq
Hiç yorum yok:
Yorum Gönder