Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində böyük saxtakarlığa yol verilib. Belə ki, məktəbdə 200 şagird təhsil aldığı halda cəmi 150 şagirdin məktəb jurnalında adı var. Müəllimlərin sayı 30 nəfər olduğu halda cəmi 19 müəllim məktəbə gedir.
Məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Dünyamalıyev Balafər Mesəxan oğlu, Tərbiyə işləri üzrə direktor müavini Mirzəyev Bəxtiyar Rəc oğlu və Cəlilabad rayon təhsil şöbəsində inspektor vəzifəsində çalışan Ağaxan Ağayev lə əl bir olaraq saxtakarlığa yol verilməsinə şərait yaradılıb. Yuxarıda qeyd etdiyim 200 şagirddən 50 şagirdi təhsildən yayındıraraq fərdi təhsilə cəlb edir adı olub özləri məktəbə getməyən müəllimlərin adına dərs saatı yazıb və 11 -ci sinifdə əlavə şagirdlər yazıb saxta atestatlar sataraq dövlət büdcəsini talan edirlər. Həmin pulu kənd və qonşu kənd sakinlərinə sələm verərək müəllim adına yaraşmayan hərəkətlər etməklə daha çox qazanc əldə edirlər. Möhtərəm cənab Prezidentin bunlar sizin göstərişlərinizə məhəl qoymurlar öz bildiklərini edirlər. Bunların arxasında kimlər dayanir. Cənab Prezident bunları hələdə öz əməllərindən əl çəkmirlər. Cənab Prezident inaniram sizin göstərişinizlə bu dövlət büdcəsini talan edənlər ifşa olunacaq. İmza: Rəşid Abbasov Cəlilabad rayon Soyuqbulaq kənd sakini.
Hiç yorum yok:
Yorum Gönder