Hamının başı cəbhədə gedən vəziyyətə qarışdığı bir vaxtda Cəlilabad rayon təhsili ətrafındakı söz söhbətlər daha da gərginləşməkdədir. Cəlilabad rayonunun fəal gənclərindən Eışən Oktayoğlu öz sosial hesabında yazdıqlarını sizlərə olduğu kimi təqdim edirəm:
Ölkə başçısı İlham Əliyev cənablarına
Baş Prokuror Kamran Əliyev cənablarına
Təhsil Naziri Emin Əmrullayev cənablarına
Ünvanladığım məktubu ictimailəşdirirəm
Nəzərinizə çatdırım ki, ölkəmizin bu ağır günlərində Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova təhsilimizi məhv etməkdə davam edir.