24 Mart 2017

Cəlilabad şəhər 8 nömrəli məktəbin direktoru rəhbərliyə layiq deyil .



Müəllim adı şərəfli addır. Bu ada biz hamımız hörmətlə yanaşmalıyıq. Amma ən azından bu ada layiq olanlar da özlərinə hörmət etməli, cəmiyyət arasında diqqətli davranmalıdırlar. Məktəb rəhbərləri isə xüsusilə cəmiyyət arasında ən nüfuzlu şəxslərdən ibarət olmalıdır. Çünki , el arasında məktəblər dövlətin verdiyi adlarla deyil, rəhbərlərinin adları ilə çəkilir . Məsələn , Elminazın məktəbi, Şəhlanın məktəbi , Qrənfilin məktəbi və s. kimi tanınır məktəblərimiz. Buna görə də bu şəxslər ciddi simalardan seçilməlidir. Əhmədova Qərənfil Qorxmaz qızının şəxsiyyəti nədir özü bilər amma bu şəxsin ailə qurduğu şəxs Rusiya Federasiyasında adam oğurluğu, narkotik ticarati və reketliklə məşğul olduğundan ömürlük həbs cəzası alıb və belə bir şəxsin təhsil müəssisəsinə rəhbərlik etməsi nə qədər doğrudur ? Biz demirik belə bir şəxs cəmiyyətdən təcrid olunmalıdır amma ən azından belə şəxslərin yuxarı mövqedə təmsil olunmaları doğru deyil necə ki, polis, mtn və digər önəmli qurumlarda belə məsələlərə diqqət ayrılırsa məktəbdə yüksək vəzifələrdə təmsil olunmamalıdırlar.

 Bu  məktəbdəki idarəçilik də heç bir məktəbdən yaxşı mənada fərqənmir yəni hamısında olduğu kimi vəziyyət bərbaddır. Xadimə kartları, adı olub özləri olmayan müəllimlər və s. neqativ hallar burada da var.Qərənfil Əhmədovanın təhsildəki uğurları da müəmmalıdır . Belə ki, 2011 ci ildə "əməkdar müəllim" adı alan şəxs sonradan 2012 ci ildə "ilin ən yaxşı müəllimi" adı alıb. Görünən odur ki, Qərənfil Əhmədova rayonda çox "önəmli şəxs" tərəfindən dəstəklənir. Bu məktəb və direktoru diqqətimizdə olacaq. Ən azından ona görə ki, bu məktəbin qarovulçusu hansısa kriminal qüvvəllərin köməyi ilə müəmmalı şəkildə bıçaqlanaraq qətlə yetrilmişdir.

Ardı olacaq......

Hiç yorum yok:

Yorum Gönder