25 Mart 2017

Dövlət məmuru, sahibkar, yoxsa .... ?

Azərbaycan Respublikasının qanunlarına görə Dövlət Qulluğunda olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qadağan olsa da bir çox məmurlar buna məhəl qoymurlar.
Cəlilabad rayon məmurlarından Sabir Hüseynov haqqında yazı yazdığımız zaman bəzi şəxslər onun təmiz işlədiyini , nə avtomobilinin nə də villasının olduğunu qeyd etdilər. Biz də oxucumuzun fikirlərinə hörmətlə yanaşaraq yüngül araşdırma aparmaq qərarına gəldik. Məlum oldu ki, Sabir Hüseynovun "Prado" avtomobili olmuş və onunla adam öldürdükdən sonra onu satmışdır. Doğulduğu Təklə kəndində isə böyük Şadlıq Sarayının və rayonda isə böyük evinin və Ucuzluq adlı marketinin olduğu aşkarlandı. Bu hələ görünənlərdir. Sabir  Hüseynov rayonun bir çox məmurlarını da özündən aslı hala salmaqla demək olar ki, böyük güc sahibidir. Rəhbərlikdə olanlar sadəcə görüntü xarakteri daşıyır. Məsələn təhsildə hansı kadrın hara qoyulmasını istəyənlər Sabiri "görməlidirlər" Elminaz təhsildə sadəcə görüntü xarakteri daşıyır. Elminaz əgər narazılıq edərsə İcra aparatının "simpatyaqası" olan Sabir onu Masallı rayonuna apararaq könlünü almaqla bu işi yoluna qoyur .



Sabir Hüseynovun narkotik satışı ilə əlaqəli olduğu deyilsə də hələlik tutarlı subut olmayıb , söz yox bu yaxınlarda  qaynı Miradil narkotik vasitələrin satışına görə tutulsa da kimin malı olduğunu etiraf etməmişdir. Sabir Hüseynov rayonda çox güclü insan olduğundan ona heç kim heç nə deyə bilmir. O hətta İcra başçısı Əziz Əzizova zaman-zaman problem yaratmaq üçün Malik Şərbətovla birlikdə mətbuatda yazılar yazdırıb onu çəkindirə bilirlər.

Malik Şərbətov hansı üsullardan istifadə edərək kimlərə problem yaratması haqqında bilmək istəyirsinizsə gələcək məqaləmi gözləyin ....
...

Hiç yorum yok:

Yorum Gönder