▼
13 Mayıs 2017
Elminaz Nadirovanın vəzifə alveri
Rayon təhsilini bərbad vəziyyətə qoyan Elminaz Nadirova pul ala bilmədiyi direktorları xəbərdalıq edərək bildirib , "əgər "işləməyəcəksinizsə" sizi işdən çıxaracam.Baxın, Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktoru Firudin Bəhmənovda pul vermədiyi üçün onu işdən çıxarıb yerinə Seymur Cəfərovu qoydum. Hər zaman yerinizə pul verəcək birisi tapılar əgər vaxtında pul gətriməsəniz məktəb möhürünü və açarı təhfil verin.
Cəlilabadda məktəb direktorlarını sahələrdə qul kimi işlədirlər
Mötəbər mənbələrdən daxil olan məlumata görə Cəlilabad RİH -nin və Cəlilabad RTŞ -nin qeyri-rəsmi əmri və tələbi ilə Cəlilabad məktəblərinin direktorları və xadimələri iməclik adı altında əvvəllər pambıq sahələrində indi isə ferma tikintisində işlədilir. Mikayıl Cabbarov Cəlilabad təhsilinin səviyyəsindən şikayət edərkən bilməlidir ki, o nə vaxta qədər ki, öz işçilərinə sahib durmayacaq onlar da başqa qapılarda nökərlik edərək təhsilinə can yandıra bilməyəcəklər. Mikayıl Cabbarov cənabları hər gün Cəlilabad təhsilində baş verən özbaşınalıqlar haqqında məlumat alırıq yəqin ki bunu sizə də göndərirlər. Ya işləyin ya da qoruğunuza qayıdın !
Nazir təhsildən yayınan şagirdlərin teleyinə biganə qalmamlıdır
Yay mövsümünün başlaması ilə Cəlilabad rayon məktəblərində onsuz da olmayan davamiyyət bir az da aşağı düşdü. Elminaz Nadirovanın bərbad idarəçiliyində rayon təhsili ölkədə ən aşağı yerlərdən birini tutmuşdur. Bu artıq heç kəsə sirr deyil. Biz bu barədə dəfələrlə desəkdə bəzən bizə inanılmamıç və ya heç bir tədbirlər görülməmişdir.Elminaz Nadirovanı rayonda təhsildən başqa hər şey maraqlandırır. Onun üçün ancaq pul olsun. Hər məktəbə kontingentindən aslı olaraq pul tələb edən və eyni zamanda məktəbdəki xadimə və lobarant ştatların müəyyən qisminin məvacib kartlarını öz seyfində saxlayan Nadirova təhsillə deyil ancaq ayın sonunu gözləməklə məşğuldur. Adlarının çəkilməsini istəməyən 3 məktubda məktəb şagirdlərinin istismarı və istismar edərkən ölüm faktları haqqında məlumatlar almışıq. Bütün bunlar isə RTŞ müdiri tərəfindən gizlədilməkdədir. Kənd məktəblərinin şagirdlərindən birinin kartof sahəsində işləyərkən kartofun dərmanlanası zamanı ölməsi, digərinin isə işə gedərkən yolda aftomobil qəzasına düşrək ölməsi faktı Nazirlikdən gizlədilmişdi. Bundan əlavə kənd məktəblərinin birində 9 cu sinif şagirdinin intihar etməsi faktıda Nazirlikdən gizlədilmişdi. İnanmaq istəyirik ki, Nazir bu durumdan xəbər olan kimi bu barədə ciddi tədbir görəcək.