▼
06 Eylül 2017
Bizdən özümüzə rəhbər olmaz .......................
Yeni tədris ilinin başlanması ilə Cəlilabada Təhsilində rüsvayçı alver yenidən başlandı. RTŞ müdiri Elminaz Nadirova hərrac yolu ilə məktəbəqədər siniflərin açlışı üçün hər bir direktordan 350 manat almağa başlaıyıb. Hər məktəbin payına düşən aylığı artırılıb. Direktor əvəzi olmaq istəyənlər isə İcra Başçısı Əziz Əzizovu görməlidirlər . Ən son Göytəpə şəhər 1 saylıya Seymur Cəfərovu direktor təyin edən Əziz müəllim ondan 15 min manat alıb və deyilənə görə hətta nazirlikdə təsdiq etdirib. Bəzilərinə bu fakt inandırıcı görünməsədə elə məhz Təhsil Nazirliyi tərəfindən korrupsiyaya himayədarlıq edilir . Deyə bilərsiniz ki,bu deyilənlərin heç biri yeni bir şey deyil əvvəldə olub, indidə var və olacaqda. Doğrudur amma bir məsələ var ki, bu dəfə təkcə prezidentin etimadı deyil, artıq müstəqilliyimiz üçün təhlükə yaranıb. Bu hadisələrdən sonra hansı müəllimi dindirsən bizə müstəqilliyin yaraşmadığını və rusun işğalını böyük səbirsizliklə gözlədiyini deyir. Bu fikrə isə onlara savadsız direktorlar təyin edən İcra Başçıları aşılayır. Bizdən özümüzə rəhbər olmaz bizi ancaq dəyənəklə idarə etməlidirlər deyirlər. Əgər DTX və ya Prezident bu məsələyə müdaxilə etməzsə artıq müstəqilliyimiz üçün sayılı günlərin qaldığına şahid olacayıq.
Hiç yorum yok:
Yorum Gönder