10 Eylül 2017

Direktorun şıltaqlığına dur deyən olacaqmı ?


Cəlilabad rayon Göytəpə şəhər 1 №- li məktəbin bir qrup müəllimi tərəfindən elektron poçtumuza məktub daxil olmuşdur. Məktubda məktəbə RTŞ tərəfindən təyin olunan direktorun qeyri qanuni əməllərindən danışılır. Məktubu olduğu kimi veririk.
Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin bir qrup müəllimi adından sizə yazaraq bildirmək istəyirik ki, ötən tədris ilinin sonlarından Cəlilabad rayon təhsil şöbəsi tərəfindən məktəbimizə təyin olunan direktor əvəzi Seymur Cəfərov məktəbimizi sözün əsl mənasında xarabalığa çevirməklə yanaşı, pedoqoji kollektivin əsəblərini korlayıb.
Adətən hər hansı müəssisəyə rəhbər təyin edilərkən onun savadı,  yaşı, təcrübəsi və qabiliyyəti nəzərə alınır. O ki, qaldı bu müəssisə təhsil ocağı ola və orada millətin gələcəyi  həll oluna. Bizə təyin olunan direktor əvəzi isə tədris etdiyi xarici dildən anlayışı olmayan, iki cümləni bir-birinə qoşub danışa bilməyən, işlədiyi müddətdə intizamsız davranışları olan birinə 1600 nəfərə qədər şagirdi və 140 -a qədər müəllimi olan məktəbi tapşırırlar. RTŞ-nin məktəbimizə bu təyinatı bir daha göstərdi ki, onları məktəblərdə maraqlandıran təhsil yox, öz maraqlarıdır. Məktəbimizdə sinif otaqları çatmadığından öz vəsaitimiz hesabına qurub yaratdığımız sinifləri anormalcasına sökən direktor əvəzi, indidə ibtidai sinif şagirdlərini ikinci növbəyə yerini dəyişib. İllərdir məktəbdə yaranan nizamı pozaraq, intizam yaratdığını iddia edən direktor əvəzi nədənsə məktəbə uzun zamandır gəlməyən xadimələrə və digər texniki işçilərə göz yumur. Çünki, buradan əldə etdiyi gəliri yuxarılarla  bölür və xeyir əldə edir. Seymur Cəfərovun davranışlarından dəfələrlə RTŞ-yə müraciət olunsada tədbir görülmədiyini  düşünsəkdə sonradan məlum oldu ki, onlarda nəyəsə görə onu bu davranışlarından çəkindirə bilmirlər və sifətlərindəki  acizanə ifadə ilə sanki xəstəxanaya ağır xəstə haqqında edilən müraciətə : bizlik bir şey yoxdur ,Bakıya qaldırın deyirlərmiş kimi cavab verdilər.  Saytınız vasitəsilə sizdən xahiş edirik  səsimizi aidiyatı orqanlara çatdıraraq  düşdüyümüz müşkül durumdan  bizi xilas etmələri üçün  kömək edəsiniz .

Hiç yorum yok:

Yorum Gönder