Cəlilabad rayon təhsilində görəcək günlərimiz sən demə qabaqda
imiş.... yeni başçı və yeni RTŞ müdir əvəzi təyin olunanda, düşünürdük
ki, təhsilimizdə daha "aylıq"lar olmayacaq. Hardan bilərdik ki,
aparılan kadr islahatı sadəcə bir oyun imiş...

Dırnaqarası səmimi görünən icra başçısı Namiq Zeynalovda sən demə görüntü imiş. Bu qədər kadrları dəyişməyin mənası nə idi ay Namiq müəllim ? Yoxsa siz də bəhanə edəcəksiniz ki, vallah mənlik deyil ərazinin kuratoru Kərəm Həsənovluqdur ? Axı sizə etimad göstərən cənab prezident İlham Əliyev sizi bura təyin edəndə belə təlimat almamışdınız. Nə oldu sizə ? Düzdür, Cəlilabad hər zaman arıq eşşəklər üçün yaylaq olsada , təhsilimizi rahat həzm olmağa imkan verməyəcəyik. Biz hələdə bunlarda sizin əlinizin olmasına inanmaq istəmirik. Ancaq "qəzetpulu" və iməclik adı ilə məktəb və xəstəxana işçilərinin istismarı sizin şəxsən tapşırığınızla həyata keçirilib.
Hiç yorum yok:
Yorum Gönder