26 Aralık 2019

Cəlilabadda bağça uşaqlarının haqqını yeyən məmurlar kimlərdir ?

Bütün sahələrdə insanların haqqını yeyən məmurlara adət etmişik və bu adətimiz məmurlara rahat şəkildə hər  kəsin haqqını yeməyə imkan verir. Hətta o qədər harınlamışlar ki, artıq uşaqların bağçada verilən paylıarına belə göz tikiblər. Cəlilabad rayonunda olan uşaq bağçalarının hamısında uşaqların payı toplanaraq Göytəpə şəhər icra nümayəndəsi  Sabir Hüseynovun marketində satılıb oradan isə bir başa Namiq Zeynalova verildiyi deyilir. Bütün bunları eşidəndən sonra insanı bir sual düşündürür.. bu ölkənin gələciyinin haqqını yeyən məmurlar övladlarının üzünə necə baxır ?

Şagirdlərə zorla satdırılan bilet haqqında Cəlilabad müəllimi Ramil Sadıqov "od püskürdü" !


Şagirdlərə zorla satdırılan bilet haqqında Cəlilabad müəllimi Ramil Sadıqov "od püskürdü" ! Açıq şəkildə Cəlilabad RTŞ-nin müdirini ittiham edən Ramil Sadıqov ona verilən biletləri satmaqdan imtina edərək bunların pulunu Qərənfil Əhmədovanın özünün verməsini tələb edib. Artıq ölkə mediasina manşet olan statusu sizinlə paylaşırıq

19 Aralık 2019

Ağstafanın icra başçısının sağ əli Namiq Zeynalovun başına !

Bu gün bütün günü Ağstafanın İcra Başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov  DTX tərəfindən həbs edilib. Bunun ardınca isə eşitdik ki, Yevlaxın İcra Başçısını həbs ediblər. Çox istərdik bu külək Cəlilabada tərəfdə əssin. Ancaq bu boyda hadisələrin olmasına baxmayaraq Cəlilabad icra başçısı heç bir dərs götürmür. Əgər dərs götürsəydi məktəblərə öz müavini Elnarə Həsənova vasitəsilə hər şagirddən 2 manat almaqla bilet satdırmazdı. Keçən il ki, "şaxtata baba"  bilet pulu indidə olub "qış nağılı". Çox ümüd edirik ki, Ağstafanın icra başçısının sağ əli Namiq Zeynalovun başına olacaq.

04 Aralık 2019

Cəlilabadda Prezidentin verdiyi əmrlər sayılmır ?

Prezidentin apardığı islahatlar və  Prezident Adminstrasiyasındakı dəyişiklərin heç biri  Cəlilabaddakı yığımın qarşısını ala bilmədi. İndiyə qədər PA rəhbəri Ramiz Mehdiyevi günahlandıran icra başçıları hələdə təhsildəki qəzetə abunə pullarını yığırlar. İnsanları bir sual maraqlandırır.. Doğrudanmı "islahatlar" sadəcə gözdən pərdə asmaq üçündür ya Prezidentin verdiyi əmrləri saymırlar ?
Bu sondur.. Bundan sonra daha xalqı aldada bilməyəcksiniz....