26 Aralık 2019
Cəlilabadda bağça uşaqlarının haqqını yeyən məmurlar kimlərdir ?
Bütün sahələrdə insanların haqqını yeyən məmurlara adət etmişik və bu adətimiz məmurlara rahat şəkildə hər kəsin haqqını yeməyə imkan verir. Hətta o qədər harınlamışlar ki, artıq uşaqların bağçada verilən paylıarına belə göz tikiblər. Cəlilabad rayonunda olan uşaq bağçalarının hamısında uşaqların payı toplanaraq Göytəpə şəhər icra nümayəndəsi Sabir Hüseynovun marketində satılıb oradan isə bir başa Namiq Zeynalova verildiyi deyilir. Bütün bunları eşidəndən sonra insanı bir sual düşündürür.. bu ölkənin gələciyinin haqqını yeyən məmurlar övladlarının üzünə necə baxır ?
21 Aralık 2019
Şagirdlərə zorla satdırılan bilet haqqında Cəlilabad müəllimi Ramil Sadıqov "od püskürdü" !
Şagirdlərə zorla satdırılan bilet haqqında Cəlilabad müəllimi Ramil Sadıqov "od püskürdü" ! Açıq şəkildə Cəlilabad RTŞ-nin müdirini ittiham edən Ramil Sadıqov ona verilən biletləri satmaqdan imtina edərək bunların pulunu Qərənfil Əhmədovanın özünün verməsini tələb edib. Artıq ölkə mediasina manşet olan statusu sizinlə paylaşırıq
19 Aralık 2019
Ağstafanın icra başçısının sağ əli Namiq Zeynalovun başına !
Bu gün bütün günü Ağstafanın İcra Başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov DTX tərəfindən həbs edilib. Bunun ardınca isə eşitdik ki, Yevlaxın İcra Başçısını həbs ediblər. Çox istərdik bu külək Cəlilabada tərəfdə əssin. Ancaq bu boyda hadisələrin olmasına baxmayaraq Cəlilabad icra başçısı heç bir dərs götürmür. Əgər dərs götürsəydi məktəblərə öz müavini Elnarə Həsənova vasitəsilə hər şagirddən 2 manat almaqla bilet satdırmazdı. Keçən il ki, "şaxtata baba" bilet pulu indidə olub "qış nağılı". Çox ümüd edirik ki, Ağstafanın icra başçısının sağ əli Namiq Zeynalovun başına olacaq.
04 Aralık 2019
Cəlilabadda Prezidentin verdiyi əmrlər sayılmır ?
Prezidentin apardığı islahatlar və Prezident Adminstrasiyasındakı dəyişiklərin heç biri Cəlilabaddakı yığımın qarşısını ala bilmədi. İndiyə qədər PA rəhbəri Ramiz Mehdiyevi günahlandıran icra başçıları hələdə təhsildəki qəzetə abunə pullarını yığırlar. İnsanları bir sual maraqlandırır.. Doğrudanmı "islahatlar" sadəcə gözdən pərdə asmaq üçündür ya Prezidentin verdiyi əmrləri saymırlar ?
Bu sondur.. Bundan sonra daha xalqı aldada bilməyəcksiniz....
Bu sondur.. Bundan sonra daha xalqı aldada bilməyəcksiniz....
Kaydol:
Kayıtlar (Atom)