Cəlilabadın mərd oğlu, uzun zaman siyasi məhbus kimi haqsız olaraq məhkum olunmuş Əfqan Sadıqov Cəlilabad təhsilindən yazdı. O, deyir: Mən dünən 8 nömrəli məktəbin arxasındakı futbol meydançasını, ayaqyolunu, arxa tərəfdən çəkilişini etdim. Həyətdə şagirdlərin su içdiyi, yuyunduğu yeri göstərmişəm. Montaj edilsin Azel.tv-də gedəcək. Çox biabırçı. Heç Mozambikdə də beləsi yoxdur.
Məktəbin həyəti başdan ayağa zibillik, üfunət, mikrob içindədir.
Bəlkə də bu məktəbin təmiri üçün hər il 10, 100 minlərlə manat pul silinir.
Təhsil nazirliyi, Cəlilabadın İcra başçısı, Cəlilabad rayon təhsil şöbəsi, məktəbin direktoru hara baxır ???
Yurd Yurd adlı profilin sahibi həmin məktəbin müəlliminə deyir ki, Ramil müəllim məktəbinizin vəziyyəti acnacaqlı vəziyyətdədir buna yiyə çıxın.
Ramil Sadıqlı isə kökündən vuraraq: bu boyda ölkənin yiyəsi yoxdur.onda qalmişdi 8 saylı məktəbin. deyir .
Əslində Ramil bəyin dediyində bir həqiqət var. Ölkənin yiyəsi olsaydı bu məktəbin direktorunu Rayon Təhsil Şöbəsinə müdir verməzdilər.