30 Nisan 2020

DTX-a təcili olaraq Cəlilabadda əməliyyat keçirməlidir


DTX-nın İsmayıllı və Biləsuvar rayonunda yüksək rütbəli məmurlara qarşı keçirdiyi uğurlu əməliyyatdan sonra  Cəlilabad sakinləri tərəfindən elektron poçtumuza məktublar daxil olub.

21 Nisan 2020

İki şikəst uşaq atası Sahil Babayevə şikayət etdi




Cəlilabad rayon Muğan kənd sakini Duniyev Arif İxtiyar oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə şikayət edib.

A.Duniyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad Özünəməşğulluq İdarəsində saxtakarlıq edirək onu proqramdan uzaqlaşdırırlar:

"İki ilə yaxındır ki, DSMF-nin Cəlilabad Özünəməşğulluq İdarəsinə mənə aktivlərin verilməsi üçün müraciət etmişəm. Siyahıda qeyd olunsam da, çox maraqlıdır ki, məndən sonra siyahıda yer alan şəxslər aktivlərlə təmin olunub, amma mənə hər dəfə növbə gözləməyimi söyləyirlər. Mən isə yüz faiz əminəm ki, adıçəkilən idarədə saxtakarlıq edirlər. Necə olur məndən sonra növbəyə yazılan adamlar özünəməşğulluq proqramı çərçivəsində heyvanla təmin olunub, amma mən növbə gözləməliyəm. Həmin siyahıda yer alan şəxslər isə mənim öz kəndlilərimdir”.

01 Nisan 2020

Cəlilabad İcra hakimiyyəti hamını virusa yoluxduracaq

Hər kəsin bildiyi kimi Cəlilabad İcra hakimiyyətinin müavini Alıcı Dilavərov  koronovirusa yoluxub. Bu yoluxmuş məmur isə çox guman icra aparatında kimlərlə ünsiyyətdə olubsa hər kəsi yoluxdurub. Doğrudur onların çoxu müayinədən keçib virusa yoluxmadıqları bildirilsədə hamı bilir ki, bu xəstəlik bir müddət bilinmir necə ki, Alıcı Dilavərovun özündə də bilinməmişdir. İcra hakiminin başçısından tutumuş bütün işçilər karantinə alınmaq yerinə bunlar düşüblər küçələrin canına insanlara danışmağa. Guya danışıb nə cavab veriblər ki ? İcra başçısı deyib küçəyə çıxmaq olmaz, deyiblər ehtiyacımız var gedirik onu almağa. Deyib heç olmasa maskayla çıxın, deyiblər ki apteklərdə satılsın gedək alaq. Acından isə evdə nə qədər oturmaq olar buna cavab verən yoxdur.