20 Eylül 2020

Cəlilabad RİHB Namiq Zeynalov gəncləri müxalifətə yönəldir

 


Yazartv.az saytının baş redaktoru Polis Şöbəsinə çağrıldı

Mənbəmizin veridyi məlumata görə Cəlilabad rayonunun gənc fəalı Yazartv.az saytının baş redaktoru  Cəfərov Elşən Oktay oğlu  "RTŞ müdiri Qərənfil Əhmədova Qəbristanlıqda aylıq yığdırır” başlıqlı yazısına görə polisə çağrılıb.  Cəlilabad RİH nin başçısı Namiq Zeynalovun  xüsusi tapşırığına əsasən  19.09.2020-ci il tarixində Cəlilabad RPŞ-nə çağrılan Elşən  şöbənin müavini Rövşən Quliyev tərəfindən hədə qorxu gəlinərək həmin  yazını pozdurmuşdur.  Rövşən Quliyev açıq şəkildə:  buraların reketi mənəm  və heç kim mən olduğum yerdə başqa  söz deyə bilməz deyərək  yazara hədə qorxular yağdırmışdır. 

19 Eylül 2020

Cəlilabad təhsilində analoqu olmayan biabırçılıq

 

    Cəlilabad rayon təhsilinə Qərənfil Əhmədovanın rəhbər kimi təyinatından sonra təhsildə baş verən biabırçılıqların ardı arası kəsilmək bilmir. Əslində bunların olacağı heç kəsdə şübhə doğrultmurdu. Əvvəllər şəhər  8 saylı məktəbdə rüşvətxorluğu ilə ad çıxarmış Qərənfil Əhmədovadan başqa nəsə gözləmək sadəlövlük olardı. Rayon İB -sı Namiq Zeynalov rayon təhsilini məvh etmək üçün Qərənfildən yaxşı kadr tapa bilməzdi. Qərənfilin  cinayətlərini sübut edən kifayyət qədər səs yazısı internetdə olmasına baxmayaraq və tədbir görülmədiyinə görə hər gün bir az da azğınlaşır.

17 Eylül 2020

Cəlilabad təhsilindəki acınacaqlı durum Ziyalıları hiddətləndirdi.

 Cəlilabad rayonunun dəyərli ziyalılarından Əzizxan Əzizxanlı da Cəlilabad RTŞ dəki vəziyyətə qarşı üsyan etdi. O özünə məxsus sosial hesabında status paylaşaraq Cəlilabad təhsilinin yenə də bazar qaydaları ilə işə düşməsindən gileylənib. Müəllimlərin haqlı iradlarına baxılmadığı və ilin sonuna qədər uzadıldığı bildirilib. Statusu olduğu kimi paylaşırıq.

16 Eylül 2020

Cəlilabad rayonunda məktəb direktorları vakansiyasını niyə gizlədir?

 

Cəlilabad rayon məktəblərində vakansiyaların gizlədilməsi və müraciətlərə baxılmaması ilə bağlı Müəllimlərin İşə Qəbulu(MİQ) üzrə imtahanlarda yüksək nəticə göstərən bir qrup gənc müellimlər “Turantv.az” İA -nə müraciət edərək bildiriblər:
“Biz müəllimlər hər il Müəllimlərin İşə Qəbul imtahanında iştirak edib vakansiyaların azlığı səbəbindən işsiz qalırıq. Cəlilabad Rayon təhsil şöbəsi tərəfindən məqsədli şəkildə vakansiyalar gizlədilir, şəxsən tanıdıqları müəllimləri müqavilə ilə işə qəbul edirlər. Biz buna etiraz edirik. Əgər müqavilə ilə işə qəbul olunmaq mümkündürsə, nə üçün həmin müəllimlər Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək nəticə göstərmiş namizədlər arasından seçilmir?

10 Eylül 2020

"Kasıbın heroini" artıq məktəblilər arasında yayılmağa başlayıb

Cəlilabad rayonu pis gündədir 

Нет описания фото.
Rayonun hər yerində demək olar vəziyyət çox pisdir . Cəlilabad və Göytəpə şəhər cavanların çoxu bu zəhərdən istifadə edir. Artıq bu zəhərdən orta məktəb şagirdləri də istifadə edir."Kasıbın heroini" kimi məşhur olan, el arasında "şüşə pati" kimi tanınan sintetik narkotika- Metamfetamin surətlə yayılır. Heroindən daha çox asılılıq yaratdığı deyilir. Davamlı istifadəçilərində "Met ağzı" deyilən diş çürükləri müşahidə edilir, immun sistemi zəiflədir. Bu kəslərdə stafilokok infeksiyalarına tez-tez rast gəlinir. Çəki itkisi və qısamüddətli libido artımına, bundan əlavə erektil disfunksiyaya səbəb olur. Qüvvətli sistemik reaksiya ilə ölüm baş verə bilir.
Yuxu, aclıq və qorxu hisslərini itirir. Bu səbəblə gecə vaxtı işləyən taksi sürücüləri arasında məşhurdur.
Dozası çox olarsa insanlara hücum etmə, öz ətini və ya digər insanın ətini çeynəyərək yemə hadisəsi ola bilər...

04 Eylül 2020

Cəlilabad rayon təhsilinin “Legioner” şagirdləri.

Artıq hər kəsə bəllidir ki, bir çox rayonlarda təhsil gəlir mənbəyi olduğu üçün təhsil yox dərəcəsindədil. Lakin eşidirik ki, hər il rayonlardan çox yuxar balla şagirdlər qəbul olur. 

Sual oluna bilər ki, bəs onda bu şagirdlər kimdir ?

Həmin şagirdlərin bir qismi imkanlı şəxslərin övladlarıdır ki, valideynləri onları repititor yanına qoymaqla uğurlar əldə edirlər. 

03 Eylül 2020

Cəlilabad təhsilində daha bir biabırçılıq

 

Cəlilabad rayon  təhsilinin bərbad vəziyyətdə olması, RTŞ ni yalnız məktəblərdən gələn aylıq maraqlandırdığını, təhsilə nəzarət edilmədiyi haqqında dəfələrlə yazılsada aidiyyatı orqanlar işlərini izahat alaraq bitirirlər. Rayonların çoxunda olduğu kimi Cəlilabad təhsilndədə  yüksək nəticənin çoxu repititor və Bakı şəhər məktəblərindən gətirdərək adlarını yazdırdıqları şagirdlərin hesabına əldə edirlər. Direktorların bir digər qazanc isə şagirdlərin attestata qiymətlərini yüksək yazaraq qazanmalarıdır.

02 Eylül 2020

Cəlilabad rayon təhsil şöbəsində rüşvət "sezonu" açıq elan olundu.


Hər il olduğu kimi bu il də Cəlilabad RTŞ müdiri  Qərənfil Əhmədova  pul yığıma sezonunu açıq elan edib. Pandemiya ilə əlaqədar olaraq qiymətlərdə ciddi bir dəyişiklik yoxdur. Hər il olduğu kimi bu il də sağlamlıq imkanları məhdud  uşaqlara görə  200 azn, məktəbəqədər  hazırlıq qruplarının açılması üçün 200 azn, birinci sinif şagirdlərinə dərs deyəcək müəllimlərin adının sistemə salınması üçün 200 azn , 65 yaşdan yuxarı müəllimlərlə əmək müqaviləsi bağlamaq üçün 1500 azn , tarifikasiyanın təsdiqi üçün 100 azn, başqa yerdən transfer etdikləri şagirdlərə görə isə 500-1500 azn arası pul tələb olunduğu  bildirilib. Ölücan texniki işçilərin pulu isə ayrıdır.