Cəlilabad rayonu pis gündədir
Rayonun hər yerində demək olar vəziyyət çox pisdir . Cəlilabad və Göytəpə şəhər cavanların çoxu bu zəhərdən istifadə edir. Artıq bu zəhərdən orta məktəb şagirdləri də istifadə edir."Kasıbın heroini" kimi məşhur olan, el arasında "şüşə pati" kimi tanınan sintetik narkotika- Metamfetamin surətlə yayılır. Heroindən daha çox asılılıq yaratdığı deyilir. Davamlı istifadəçilərində "Met ağzı" deyilən diş çürükləri müşahidə edilir, immun sistemi zəiflədir. Bu kəslərdə stafilokok infeksiyalarına tez-tez rast gəlinir. Çəki itkisi və qısamüddətli libido artımına, bundan əlavə erektil disfunksiyaya səbəb olur. Qüvvətli sistemik reaksiya ilə ölüm baş verə bilir.
Yuxu, aclıq və qorxu hisslərini itirir. Bu səbəblə gecə vaxtı işləyən taksi sürücüləri arasında məşhurdur.
Dozası çox olarsa insanlara hücum etmə, öz ətini və ya digər insanın ətini çeynəyərək yemə hadisəsi ola bilər...
Boşuna yaymırlar bu ZƏHƏRİ. İnsanları BƏDBƏXT ETMƏKLƏ SÜRÜ HALINA GƏTİRİRLƏR. Olkədə o qədər oğurluq hadisəsi var ki, amma 500 azn-dən az olduğu üçun inzibati xəta kimi yazıb gündəmə gətirmirlər. Nə qədər maşınların hissələri oğurlanır. Artıq ölkədə əmin amanlıq itib. Bu zəhrimarı almaq üçün əllərindən gələni edirlər. Vaxtı çatanda gozlərinə heç nə görünmür.
Hiç yorum yok:
Yorum Gönder