Xaricdə düşmənlərlə çatışdığımız bir vəziyyətdə daxildəki düşmənlər də öz işindədir.Hətta ölkədən xaricdə olan "söyüş müxalifəti" belə dayandığı bir dönəmdə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri öz məkirli planlarını davam etdirməkdə idi. Bu dəfə RTŞ -də GHH-nin metodisti və kitabxanalara baxan Ərəstun Vəliyev vasitəsi ilə pul toplayan Qərənfil Əhmədova amansız düşmənlərlə üz-üzə olduğumuza belə məhəl qoymadı.Mənbəmizin verdiyi məlumata görə Ərəstun Vəliyev Cəlilabad şəhər 2 nömrəli məktəbin kitabxanaçısı vasitəsi ilə bütün məktəblərdən pul toplamağa başlayıb. Mənbə bidirir ki, Qərənfil Əhmədovanın cinayətlərini təsdiqləyən faktların Təhsil Nazirliyinə göndərilməsinə baxmayaraq Emin Əmrullayev onun barəsində heç bir tədbir görmür və ya görmək istəmir.