24 Eylül 2017

Təhsili bazarla səhv salanlar

14 saylı ƏMHM nin rəisi Ehtiram Muxtarov bir çox sahəni öz nəzarətinə götürməsinə baxmayaraq pulu Cəlilabad RTŞ müdiri Elminazla birlikdə bölür. Elminaz Nadirova bundan əlavə məktəbəqədər təhsilin məktəbdə təşkilmolunması üçün hər sinifə görə 200 manat alırlar. Xəstə uşaqlara görə isə Sərxan Həsənovu görmək lazımdır. Hər xəstə uşaq üçün 50 manat verilib açılır və hər ay buna görə Sərxan Həsənova 30 manat verilməlidir. Elminaz Nadirova bundan əlavə hər çəktəbin 5-6 xadiməsinin məvacib kartlarını özündə saxlayır. Məktəblərdə xadimə və labarantların çoxu ölü canlardır, adları var özləri yoxdur.
Nazirliyə edilən hər bir şikayətə görə isə daxili nəzarət şöbəsinin işçisi Elmir Həsənovun payı var. Təhsil Nazirliyini xəbərsiz bilib ona məktub gömdərənlərdə bu arada onu bilsinlər ki, onlatın hər şeydən xəbərləri var və əlbirdirlər

14 saylı ƏMHM-nin rəisi Ehtiram Muxtarovun iyrənc oyunları

Bildiyimiz kimi , Prezident İlham Əliyevin "Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 iyul 2014-cü il tarixli sərəncamına əsasən, təhsildə şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ilə yanaşı, ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi nəzərdə tutulur. Bununçün aparılacaq struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət etməli idi. 

Bəs 14 saylı ƏMHM-ni rəsi Ehtiram Muxtarov nə edir  ?

10 Eylül 2017

Direktorun şıltaqlığına dur deyən olacaqmı ?


Cəlilabad rayon Göytəpə şəhər 1 №- li məktəbin bir qrup müəllimi tərəfindən elektron poçtumuza məktub daxil olmuşdur. Məktubda məktəbə RTŞ tərəfindən təyin olunan direktorun qeyri qanuni əməllərindən danışılır. Məktubu olduğu kimi veririk.
Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin bir qrup müəllimi adından sizə yazaraq bildirmək istəyirik ki, ötən tədris ilinin sonlarından Cəlilabad rayon təhsil şöbəsi tərəfindən məktəbimizə təyin olunan direktor əvəzi Seymur Cəfərov məktəbimizi sözün əsl mənasında xarabalığa çevirməklə yanaşı, pedoqoji kollektivin əsəblərini korlayıb.
Adətən hər hansı müəssisəyə rəhbər təyin edilərkən onun savadı,  yaşı, təcrübəsi və qabiliyyəti nəzərə alınır. O ki, qaldı bu müəssisə təhsil ocağı ola və orada millətin gələcəyi  həll oluna. Bizə təyin olunan direktor əvəzi isə tədris etdiyi xarici dildən anlayışı olmayan, iki cümləni bir-birinə qoşub danışa bilməyən, işlədiyi müddətdə intizamsız davranışları olan birinə 1600 nəfərə qədər şagirdi və 140 -a qədər müəllimi olan məktəbi tapşırırlar. RTŞ-nin məktəbimizə bu təyinatı bir daha göstərdi ki, onları məktəblərdə maraqlandıran təhsil yox, öz maraqlarıdır. Məktəbimizdə sinif otaqları çatmadığından öz vəsaitimiz hesabına qurub yaratdığımız sinifləri anormalcasına sökən direktor əvəzi, indidə ibtidai sinif şagirdlərini ikinci növbəyə yerini dəyişib. İllərdir məktəbdə yaranan nizamı pozaraq, intizam yaratdığını iddia edən direktor əvəzi nədənsə məktəbə uzun zamandır gəlməyən xadimələrə və digər texniki işçilərə göz yumur. Çünki, buradan əldə etdiyi gəliri yuxarılarla  bölür və xeyir əldə edir. Seymur Cəfərovun davranışlarından dəfələrlə RTŞ-yə müraciət olunsada tədbir görülmədiyini  düşünsəkdə sonradan məlum oldu ki, onlarda nəyəsə görə onu bu davranışlarından çəkindirə bilmirlər və sifətlərindəki  acizanə ifadə ilə sanki xəstəxanaya ağır xəstə haqqında edilən müraciətə : bizlik bir şey yoxdur ,Bakıya qaldırın deyirlərmiş kimi cavab verdilər.  Saytınız vasitəsilə sizdən xahiş edirik  səsimizi aidiyatı orqanlara çatdıraraq  düşdüyümüz müşkül durumdan  bizi xilas etmələri üçün  kömək edəsiniz .

06 Eylül 2017

Bizdən özümüzə rəhbər olmaz .......................

Yeni tədris ilinin başlanması ilə Cəlilabada Təhsilində rüsvayçı alver yenidən başlandı. RTŞ müdiri Elminaz Nadirova hərrac yolu ilə məktəbəqədər siniflərin açlışı üçün hər bir direktordan 350 manat almağa başlaıyıb. Hər məktəbin payına düşən aylığı artırılıb. Direktor əvəzi olmaq istəyənlər isə İcra Başçısı Əziz Əzizovu görməlidirlər . Ən son Göytəpə şəhər 1 saylıya Seymur Cəfərovu direktor təyin edən Əziz müəllim ondan 15 min manat alıb və deyilənə görə hətta nazirlikdə təsdiq etdirib. Bəzilərinə bu fakt inandırıcı görünməsədə elə məhz Təhsil Nazirliyi tərəfindən korrupsiyaya himayədarlıq edilir . Deyə bilərsiniz ki,bu deyilənlərin heç biri yeni bir şey deyil əvvəldə olub, indidə var və olacaqda. Doğrudur amma bir məsələ var ki, bu dəfə təkcə prezidentin etimadı deyil, artıq müstəqilliyimiz üçün təhlükə yaranıb. Bu hadisələrdən sonra  hansı  müəllimi dindirsən bizə müstəqilliyin yaraşmadığını və rusun işğalını böyük səbirsizliklə gözlədiyini deyir. Bu fikrə isə onlara savadsız direktorlar  təyin edən İcra Başçıları aşılayır. Bizdən özümüzə rəhbər olmaz bizi ancaq dəyənəklə idarə etməlidirlər deyirlər. Əgər DTX və ya Prezident bu məsələyə müdaxilə etməzsə artıq müstəqilliyimiz üçün sayılı günlərin qaldığına şahid olacayıq.