19 Aralık 2017
Azərbaycanı xəritədə göstərə bilməyənlər, direktor işləyir.
13 Kasım 2017
Bu məktəbin müəllimləri haradadır ?
08 Kasım 2017
Ehtiram Muxtarovun Cəlilabad məktəbində apardığı yoxlama
Cəlilabad şəhər 7 saylı məktəbdən edilən şikayətlərdən sonra Ehtiram Muxtarov 14 saylı ƏMHM in işçilərini bu məktəbə göndərib. Yoxlama zamanı bütün məktəblrdə olduğu kimi bu məktəbdə də xadimə və labarant ştatında olanlardan "ölü canlar" aşkar olunub. Əvvəl bərk təşvişə düşən məktəb rəhbərliyi bu dəfə də Elminaz Nadirovaya müraciət edib. Elminaz isə əlindən bir iş gəlmədiyini görüb yenidən rayon rəhbəri Əziz Əzizova müraciət edib. Əzizovun müdaxiləsindən sonra Ehtiram Muxtarovun əməkdaşları yenidğn akt tərtib edərək guya hər şeyin yerində olduğunu rəsmləşdiriblər. Çox guman Ehtiram yenədə öz payını alaraq geri çəkilib. Respublika prezidenti və Mikayıl Cabbarovun apardığı islahatlar doğru olsada yerlərdə bunu həyata keçirəcək dürüst potensial kadrlar yoxdur . Ehtiram kimi vicdanını satmışlarla islahat aparmağın mümkün olmadığını Təhsil Nazirliyi anlamalı və yollarını ayırmalıdır.
05 Kasım 2017
İcra Hakimiyyətinin qoçusu Sabir xərac toplayır
Cəlilabad rayon Təhsil Şöbəsinin müdirinin himayədarı Sabir Həsənov artıq o qədər harınlayıbkı özünün digər adamı Adəm İsmiyev vasitəsi ilə dağ kəndlərinin məktəblərindən açıq şəkildə xərac toplayır. Bu barədə adının çəkilməsini istəməyən dağ məktəblərindən birinin müəllimi xəbər verib. Nə yoxlaması aparıldığı məlum olmasa da hər məltəbdən 100-200 azn pulun yığılması məlumdur. İnformasiya verildikdən sonra yəqin Sabirə əsl qoçunun kim olduğu göstəriləcəkdir .
21 Ekim 2017
Cəlilabad RTŞ müdirinin Bodrum istirahəti
13 Ekim 2017
Cabbarovun şəffaf təhsili
Təhsildən anlayışı olmayan nazir müavini əsasən qardaşı vasitəsi ilə büdcədən ayrılan vəsaitlərə nəzarət edir. Mikayıl Cabbarov və Azər Bayramov tərəfindən ən yüksək səviyyədə dəstəklənən Ceyhun Bayramovun yaxın ətrafını Təhsil Nazirliyində müxtəlif vəzifələrdə irəli çəkib. Buna baxmayaraq Ceyhun Bayramovun təhsil sisteminə heç bir faydası dəymir. Əlbəttə nazirlikdə baş alıb gedən korrupsiyanı nəzərə almazsaq.
08 Ekim 2017
14 saylı ƏMHM-nin rəhbəri Ehtiram Muxtarovun təhsil biznesi !
Hörmətlə, Ramiz Yarıyev
05146747
Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi
24 Eylül 2017
Təhsili bazarla səhv salanlar
14 saylı ƏMHM nin rəisi Ehtiram Muxtarov bir çox sahəni öz nəzarətinə götürməsinə baxmayaraq pulu Cəlilabad RTŞ müdiri Elminazla birlikdə bölür. Elminaz Nadirova bundan əlavə məktəbəqədər təhsilin məktəbdə təşkilmolunması üçün hər sinifə görə 200 manat alırlar. Xəstə uşaqlara görə isə Sərxan Həsənovu görmək lazımdır. Hər xəstə uşaq üçün 50 manat verilib açılır və hər ay buna görə Sərxan Həsənova 30 manat verilməlidir. Elminaz Nadirova bundan əlavə hər çəktəbin 5-6 xadiməsinin məvacib kartlarını özündə saxlayır. Məktəblərdə xadimə və labarantların çoxu ölü canlardır, adları var özləri yoxdur.
Nazirliyə edilən hər bir şikayətə görə isə daxili nəzarət şöbəsinin işçisi Elmir Həsənovun payı var. Təhsil Nazirliyini xəbərsiz bilib ona məktub gömdərənlərdə bu arada onu bilsinlər ki, onlatın hər şeydən xəbərləri var və əlbirdirlər
14 saylı ƏMHM-nin rəisi Ehtiram Muxtarovun iyrənc oyunları
Bəs 14 saylı ƏMHM-ni rəsi Ehtiram Muxtarov nə edir ?
10 Eylül 2017
Direktorun şıltaqlığına dur deyən olacaqmı ?
Cəlilabad rayon Göytəpə şəhər 1 №- li məktəbin bir qrup müəllimi tərəfindən elektron poçtumuza məktub daxil olmuşdur. Məktubda məktəbə RTŞ tərəfindən təyin olunan direktorun qeyri qanuni əməllərindən danışılır. Məktubu olduğu kimi veririk.
Adətən hər hansı müəssisəyə rəhbər təyin edilərkən onun savadı, yaşı, təcrübəsi və qabiliyyəti nəzərə alınır. O ki, qaldı bu müəssisə təhsil ocağı ola və orada millətin gələcəyi həll oluna. Bizə təyin olunan direktor əvəzi isə tədris etdiyi xarici dildən anlayışı olmayan, iki cümləni bir-birinə qoşub danışa bilməyən, işlədiyi müddətdə intizamsız davranışları olan birinə 1600 nəfərə qədər şagirdi və 140 -a qədər müəllimi olan məktəbi tapşırırlar. RTŞ-nin məktəbimizə bu təyinatı bir daha göstərdi ki, onları məktəblərdə maraqlandıran təhsil yox, öz maraqlarıdır. Məktəbimizdə sinif otaqları çatmadığından öz vəsaitimiz hesabına qurub yaratdığımız sinifləri anormalcasına sökən direktor əvəzi, indidə ibtidai sinif şagirdlərini ikinci növbəyə yerini dəyişib. İllərdir məktəbdə yaranan nizamı pozaraq, intizam yaratdığını iddia edən direktor əvəzi nədənsə məktəbə uzun zamandır gəlməyən xadimələrə və digər texniki işçilərə göz yumur. Çünki, buradan əldə etdiyi gəliri yuxarılarla bölür və xeyir əldə edir. Seymur Cəfərovun davranışlarından dəfələrlə RTŞ-yə müraciət olunsada tədbir görülmədiyini düşünsəkdə sonradan məlum oldu ki, onlarda nəyəsə görə onu bu davranışlarından çəkindirə bilmirlər və sifətlərindəki acizanə ifadə ilə sanki xəstəxanaya ağır xəstə haqqında edilən müraciətə : bizlik bir şey yoxdur ,Bakıya qaldırın deyirlərmiş kimi cavab verdilər. Saytınız vasitəsilə sizdən xahiş edirik səsimizi aidiyatı orqanlara çatdıraraq düşdüyümüz müşkül durumdan bizi xilas etmələri üçün kömək edəsiniz .
06 Eylül 2017
Bizdən özümüzə rəhbər olmaz .......................
11 Ağustos 2017
Prezidentin Cəlilabad səfərində sürpriz ola bilər
Prezident İlham Əliyevin bu yaxınlarda cənub bölgəsinə səfəri gözlənilir. Səfər çərçivəsində çox guman yenə də yollar bağlanacaq və bir iki obyektin açlışında iştirak edən prezidentə sosial infrastrukturun yüksəldiyindən , əhalinin əhvalının yaxşılaşdığından ağız dolusu danışılacaq. Doğrudanmı bu dəfə də eyni senari üzrə nağıllar danışılacaq ? Yenədə xalq öz sözünü prezidentə deyə bilməyəcək ? Bəlkə bu dəfə bu qədər arxayın olmayaq ... əvvəlki illərdən fərqli olaraq Cəlilabad rayonunda narazılıq səviyyəsi həddindən artıq artmışdır və hətta narazı qüvvəllər arasında məmurlar belə var . Söz yox həmin məmurlar özləri heçnə deyə bilməsə də yəqin ki, fəhlə-kəndlilər içərisindən onların mənafeyindən çıxış edən oldu. Son zamanlar Cəlilabaddakı durumu analiz etsək , görərik ki, sosial müavinət oyunu bitmiş, hətta xəstəlik üzrə qrupla təqaüd alanlar bu imtiyazlarından məhrum edilmişlər. Əhali içərisində normal işləyərək əmək haqqı alan müəllimlərin də dərslərinin vakanta çıxarılması narazılığın pik həddinə çatdığını göstərir. Bizə gələn məlumatlara görə , ola biksin ki, Prezidentin keçdiyi zaman hansısa narazılıq ifadə edən üsuldan istifadə olunacaq. Deməli prezidentin bu dəfəki gəlişində nəsə sürpriz ola bilər..
06 Ağustos 2017
Cəlilabad təhsilindən növbəti şikayət
Cəlilabad təhsilindən növbəti şikayət! Şikayəti olduğu kimi sizə təqdim edirik
Hörmətli Cənab Nazir ,
Sizə yazmış olduğum saysız-hesabsız məktublarımın ünvana çatmadığını düşünərək bu dəfə sayt vasitəsi ilə sizə müraciət edirəm. Rayon Təhsil Şöbəsinin müdiri rüşvətlə direktor təyin etdiyindən Cəlilabad rayon məktəbləri təhsil müəssisəsi kimi öz nüfuzunu itirməkdədir. Rüşvət verən kim olsa direktorluq vəzifəsinə gətirilir. İctimayyət arasında hörməti, nüfuzu, əxlaqı olmasa da olar “təki pul versin” prinsipi ilə işləyən Elminaz Nadirova ancaq öz şəxsi büdcəsini doldurmaqla məşğuldur. Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” çıxarmaqla yanaşı, RTŞ -ə verəcək “aylıq” barədə düşünərsə onun təhsilimizə hansısa tövsiyəni verməyini düşünmək özü gülüncdür. Belə savadsız və səriştəsiz direktorlardan biri də Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Seymur Cəfərovdur. İxtisasca ingilis dili müəllimi olub ingilis dilində bir kəlmə söz bildiyinə dərs dediyi min şagirdindən biri şahid dura bilməz. Diaqnostk qoymətləndirmədən səkkiz bal toplayan birinin direktor təyin olunmasında məqsəd yəqinn ki, təhsilimizi inkişaf etdirmək deyil. Belə bir şəxsin savadlı kadırlar üzərində rəhbər təyin edilməsi ən azından elə həmin kollektiv üçün təhqirdir.
Cənab Nazir, dəfələrlə sizə yazdığım məktublarda bildirmişəm ki, burada adları olub özləri olmayan və məvacib kartları direktorun cibində olan şəxslərin adı gedir. Bu şəxslərin konkret olaraq adlarını nazirliyə təqdim etmişəm. Nazirlik isə mənim şikayətimi araşdırmaq üçün təhsil şöbəsinə göndərib. Şikayət ərizəmdən sonra Seymur Cəfərov məni bir qrup şəxslə şantaj etməyə çalışmış və guya mən bunları ondan pul almaq məqsədi ilə etdiyimi bildirmişdir. Təkrar Nazirliyə müraciət etdikdən sonra yenədə araşdırlması üçün iş Təhsil Şöbəsinə göndərilmiş və orada mənə yağlı vədlər verərək şikayətdən çəkinməyimi demişdilər. Məvacib kartlarını mənimsədikləri şəxslərdən başqa sən demə burada bəzi dırnaqarası jurnalistlərə də şikayət etməsinlər deyə yaxın qohumunun adını yazaraq aylıq haqq verirlər. Bu cür şəraitdə hansı təhsildən söhbət etmək olar ? Bir daha sizə müraciət edərək xahiş edirəm ki, təhsili təminat şöbəsi kimi mənimsəyənlərə imkan verməyəsiniz.
Hörmətlə, Ramiz Yarıyev.
Ünvan : Cəlilabad rayon Ağdaş kəndi
əlaqə telefonu: 051-467-42-59
04 Ağustos 2017
"Göytəpənin fəxri sakini " Cəlilabad təhsili üçün Nazirə müraciət etdi
Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı preziden İlham Əliyevin humanist qanunlarının köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri güclü olanda bizim kimi ailələr də bundan yararlana bilir əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməmiş dövlət müəssisələrindən birində, Xocalıdan olduğumu bilən bir məmur, faciədən necə qurtulduğumuzu ürək ağrısı ilə yarım saat sorğu –sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini istədi .
01 Ağustos 2017
Vakansiyaları kim verir ?
Dərs saatlarınızın vakanta çıxarılması ilə bağlı aldığımız şikayət məktublarında qeyd edirsiniz ki, Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova deyir ki, sizin dərslərinizin vakant verilməsindən xəbərim yoxdur və bunu edən Təhsil Nazirliyidir.
Cənablar və Xanımlar !
Bizi qərəzlilikdə günahlandırsanızda , bir daha sizlərin nəzərinizə çatdırmaq istəyirəm ki, Bunların hamısın edən RTŞ müdiri və direktorlardır. Necə olur ki, Elminaza vaxtı vaxtında haqq verən və diaqnostikdən az bal toplayan heç bir məktəbin adı yoxdur. Xüsusilə kartları Elminazın öz əlində olan yeddi nömrəli məktəbdən niyə vakant verilməyib. Bəlkə bu məktəblərin içərisində hansısa məktəb Göytəpə 1 saylı məktəbdən yaxşı nəticə göstərib ?
Gizli sirləri bilmək istəyirsiniz ?
31 Temmuz 2017
CƏLİLABAD MÜƏLLİMLƏRİ ÜSYANA QALXDI !
Cəlilabad rayonunda müəllimlər üsyana qalxır
Hələ yeni tədris ili başlamayıb və dərs bölgüsü üstündə müəllimlərin narazılıqları başlayıb. Narazılığa əsas səbəbi isə müəllimlərin dərs yüklərinin qeyri-qanuni olaraq vakanta verilməsidir. Narazı müəllimlər bu gün direktor və Cəlilabad RTŞ nin müdiri ilə görüşüb və nəyə görə onlatın dərslərinin vakanta verildiyini soruşublar. Direktor və RTŞ müdirinin deməyinə görə onların bu işdən xəbəri yoxdur və bunu edən Nazirlik olub. Təhsil Nazirıiyi ilə əlaqə yaratmağa çalışsaq da nəticə əldə edə bilmədik. Diaqnostik Qiymətləndirmədən sonra düşünürdük ki, 65 yaşına çatmış müəllimlər də təqaüdə çıxandan sonra dərs saatlarımız artar və normal əmək haqqı alarıq. Hər şeyin bahalaşdığı bir dövrdə aldığımız əmək haqqı ilə onsuz dolanmaq olmur. Təhsili bazara döndəriblər. Kim istəyir pulunu verib direktor olur, nə istəyirlər edirlər.Sosial durumu ağır olan müəllimlərin dərs saatlarının yetərli olmadığı halda dərsləri vakanta verilməsi həm dövlətə həm də bizə qarşı təxribatdır. Təhsil Nazirliyi hansı qanunlarla işlədiyi bilinmir. Əgər bir müəllimin dərsi 36 saatı ötməyibsə necə vakant verilə bilər. Bu nə qanunsuzluqdur.Hal-hazırda müəllimlər Cəlilabad RTŞ qarşısında etiraz aksiyası keçirirlər. Əgər bu qanunsuzluqlara son qoyulmasa Prezident Aparatının qarşısına gedərək orada aksiya keçirəcəklər.
20 Temmuz 2017
Müəllimlərin etirazı qarşısında Təhsil Nazirliyi geriyə addım atdı
"Report"a istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən orta məktəbdə, yeni tədris ilində müəllimlərə veriləcək dərs yükü ilə bağlı xəbərdarlıqedici elan yerləşdirilib. Bildirilir ki, 2017-2018 tədris ilində müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən topladığı bal nəzərə alınacaq.
Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcək. İbtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyəcək, ancaq yığma dərslər veriləcək.
17 Temmuz 2017
Təhsil Nazirliyində Elminazı himayə edənlərin adları .
12 Temmuz 2017
Cəlilabad Təhsil İşçilərinin bəyanatı
14 Haziran 2017
İcra başçısının "şəkər çuğunduru" xadiməni şoka saldı
13 Mayıs 2017
Elminaz Nadirovanın vəzifə alveri
Cəlilabadda məktəb direktorlarını sahələrdə qul kimi işlədirlər
Nazir təhsildən yayınan şagirdlərin teleyinə biganə qalmamlıdır
06 Nisan 2017
Saxta diplomla bağlı araşdırmanı kim tələb edib ?
02 Nisan 2017
Yalları azalan itlərin kəndlərə hücumu
Tədris ilinin sonuna yaxınlaşdıqca Cəlilabad RTŞ -nin müdiri Elminaz Nadirova məktəblərdən aldığı aylıq 800-1000 azn arası pulların miqdarını artıqmaq qərarına gəlib. Deyilənə görə nazirlik tərəfindən aparılan son yoxlamalarda xərci çox çıxdığına görə bu büdcəni doldurmaq məsədi ilə bəzi rayon kəndlərinə yoxlama reydləri təşkil olunaraq tutulan qüsrlara görə xəracları artırıblar. Bu dəfəki elçi heyyətinin tərkibində İlkin, Ərəstun və Ramiz rayon kəndlərinə yoxlamaya gedərək oradan Elminaz üçün xadimə məvacib kartı istəyib və pulun miqdarini artırmalarını deyiblər.
Xəlilli kəndindən verilən məlumata görə İlkin, Ərəstun və Ramiz bu səfədə istəklərinə nail olmuşdular. Bu reyd insanların narazılığına səbəb olduğundan yuxarı orqanlara müraciət edəcəkləri də söylənilir.
01 Nisan 2017
Cəlilabadlı müəllimdən Mikayıl Cabbarova Müraciət
Biz hər zaman sizin Azərbaycan Təhsilində rüşvətin kökünü kəsmək üçün görmüş olduğunuz tədbirlərinizi bəyənir və dəstəkləmişik. Amma çox təəssüflə qeyd etməliyik ki, sonuncu qərarınız bizi ruh düşgünlüyünə salmış və inamımızı sarsmışdır. Məgər siz bilmirsiniz ki, region təhsilində rüşvət və korrupsiyanın mənbəyi elə Rayon Təhsil İdarələri və onların sizdən çox tabe olduqlari Rayon İcra Hakimiyyətləridir. Bunu bildiyiniz halda niyə hələ də Direktorların İşə Qəbulunda "RƏY"ləri onlara həvalə edirsiniz ? Sizcə onlar təmiz , saf işləyən kadırlar haqqında müsbət rəy verərlərmi ? Cəlilabad rayon Təhsilində kifayyət qədər savadlı, bacarqlı kadırlar olmasına baxmayaraq Sizi tam əmin edə bilərəm ki, heç biri bu müsabiqədə iştirak etmirlər. Onlar hər zaman rayon rəhbərliyinin təhsilə müdaxiləsini və təhsil idarələrinin yarıtmaz fəaliyyətini tənqid etmişlər . İndi onlar əgər rayon təhsili üçün irəli dursalar tənqid etdiklərinin haqlı olduğunu və rüşvətsiz təhsildə işləmənin mümkünsüz olduğunu qəbul edəcəklər. Bunları deməklə əslində sizə inanan sosial bazanın hər gün seyrəldiyini xatırlatmağı həqiqi vətəsevər müəllimlərimizə isə sizə inanmamağı tövsiyə edirik.
26 Mart 2017
Rayonda vəziyyəti qarışdıran məmur kimdir ?
25 Mart 2017
Dövlət məmuru, sahibkar, yoxsa .... ?
Cəlilabad rayon məmurlarından Sabir Hüseynov haqqında yazı yazdığımız zaman bəzi şəxslər onun təmiz işlədiyini , nə avtomobilinin nə də villasının olduğunu qeyd etdilər. Biz də oxucumuzun fikirlərinə hörmətlə yanaşaraq yüngül araşdırma aparmaq qərarına gəldik. Məlum oldu ki, Sabir Hüseynovun "Prado" avtomobili olmuş və onunla adam öldürdükdən sonra onu satmışdır. Doğulduğu Təklə kəndində isə böyük Şadlıq Sarayının və rayonda isə böyük evinin və Ucuzluq adlı marketinin olduğu aşkarlandı. Bu hələ görünənlərdir. Sabir Hüseynov rayonun bir çox məmurlarını da özündən aslı hala salmaqla demək olar ki, böyük güc sahibidir. Rəhbərlikdə olanlar sadəcə görüntü xarakteri daşıyır. Məsələn təhsildə hansı kadrın hara qoyulmasını istəyənlər Sabiri "görməlidirlər" Elminaz təhsildə sadəcə görüntü xarakteri daşıyır. Elminaz əgər narazılıq edərsə İcra aparatının "simpatyaqası" olan Sabir onu Masallı rayonuna apararaq könlünü almaqla bu işi yoluna qoyur .
24 Mart 2017
Cəlilabad şəhər 8 nömrəli məktəbin direktoru rəhbərliyə layiq deyil .
Müəllim adı şərəfli addır. Bu ada biz hamımız hörmətlə yanaşmalıyıq. Amma ən azından bu ada layiq olanlar da özlərinə hörmət etməli, cəmiyyət arasında diqqətli davranmalıdırlar. Məktəb rəhbərləri isə xüsusilə cəmiyyət arasında ən nüfuzlu şəxslərdən ibarət olmalıdır. Çünki , el arasında məktəblər dövlətin verdiyi adlarla deyil, rəhbərlərinin adları ilə çəkilir . Məsələn , Elminazın məktəbi, Şəhlanın məktəbi , Qrənfilin məktəbi və s. kimi tanınır məktəblərimiz. Buna görə də bu şəxslər ciddi simalardan seçilməlidir. Əhmədova Qərənfil Qorxmaz qızının şəxsiyyəti nədir özü bilər amma bu şəxsin ailə qurduğu şəxs Rusiya Federasiyasında adam oğurluğu, narkotik ticarati və reketliklə məşğul olduğundan ömürlük həbs cəzası alıb və belə bir şəxsin təhsil müəssisəsinə rəhbərlik etməsi nə qədər doğrudur ? Biz demirik belə bir şəxs cəmiyyətdən təcrid olunmalıdır amma ən azından belə şəxslərin yuxarı mövqedə təmsil olunmaları doğru deyil necə ki, polis, mtn və digər önəmli qurumlarda belə məsələlərə diqqət ayrılırsa məktəbdə yüksək vəzifələrdə təmsil olunmamalıdırlar.
17 Mart 2017
Elminaz Nadirovanın əmri
əmri
Bundan sonra Cəlilabad şəhərlərinin bütün məktəbləri iaşə (büfet) obyektlərinə məhsulları RTŞ -nin müdirini himayə edib qanadları altına alan Hüseynov Sabir Ağahüseyn oğluna məxsus marketdən almaq tapşırılır .
Əmr verildiyi gündən qüvvəyyə minir