Gizli
sirləri bilmək istəyirsiniz ?
Bu sözü aylardır təhsil
işçilərinə biz yox, başqaları deyirlər , amma ingilis dilində. Facebookda TƏHSİL ŞİKAYƏTLƏRİ adlanan bir qrupa rəhbərlik
edən Thomas Crown adlı saxta profilli bir şəxs bu qrupa rəhbərlik edərək təhsil işçilərinə “kömək” edir. Profil şəklinin üstündə isə ingilis dilində məhz
bu sözlər yazılıb “Do You
Want to Know a Secret ?”
Əgər edirsə niyə bu adla edir ? İndi
hamınız deyəcəksiniz “heç dəxli var.. əsas odur edir “ və ya “ əsas odur ki,
edir adın bizə nə dəxli” Əlbəttə ki, var
!
Thomas Crown kimdir ?
1968- ci ildə ABŞ istehsalı olan
bir filmdəbaş qəhrəmanın adıdır. Milyoner
“Kübar Oğru “ olan Thomas Crown əyləncə məqsədi ilə bank və s. yarmaqla
məşğul olur. Oyunlar oynamağı xoşlayır.
Profil şəklindəki Julian Assange kimdir ?
Julian Paul Assange (d. 1971)
avstraliyalı internet aktivisti, jurnalist və Wikileaks adlı internet saytının
qurucusu və redaktorudur.
Wikileaks’in redaktoru olmadan əvvəl xaker və kompyuter proqramçısı idi.
Julian Assange Wikileaks saytını 2006-cı ildə qurub. Onun 5 redaktoru və 800 könüllü işçi qrupu var. Hal-hazırda Julian Assange İsveçdə fəaliyyətini davam etdirir.
Wikileaks’in redaktoru olmadan əvvəl xaker və kompyuter proqramçısı idi.
Julian Assange Wikileaks saytını 2006-cı ildə qurub. Onun 5 redaktoru və 800 könüllü işçi qrupu var. Hal-hazırda Julian Assange İsveçdə fəaliyyətini davam etdirir.
Azərbaycan oxucuları Prezident
və onun ailəsi haqqında xoşagəlməz yazıları ilə onu tanımışdır.
Bəs bizim Thomas kimdir ?
Özünü “ağıllı” sanan və müəllimlərlə
əylənən bu şəxs artıq iki aydır qeyri-qanuni hərəkətləri ilə Azərbaycan təhsilini
sözün əsl mənasında ələ salır. Əlbəttə bu şəxs balaca fiqur ola bilməz və bu şəxs
hər kimdirsə Təhsil Nazirliyinin əməkdaşı və hətta elə bir şəxsdir ki, Mikayıl
Cabbarov ona çox etibar edir. Bir çox versiyalar bu şəxsin Eşqi Bağırov
olduğunu desə də onu tanayanlar bilir ki, Eşqi ana quzusu və əl buyruqçusudur.
Ola bilsin ki, bu işdə hansısa “xidmətləri” yerinə yetirsin amma o deyil. Bu
kimdirsə daha böyük və daha səlahiyyətli biridir ki, Mikayıl Cabbarov belə öz səlahiyyətlərini
ona dövr edib. İkinci versiya kimi isə
Mikayıl Cabbarovun xalası oğlunu Elnur Əliyevi deyirlər. Elnur haqqında
internet üzərində araşdırma apararkən 2014 cü ildə yazılmış maraqlı bir yazıya
rast gəldik. Yazını olduğu kimi veririk
Məlumatda
bildirilir ki, Elnur Əliyev Bakı şəhər Təhsil İdarəsinə birinci müavin vəzifəsinə
təyin olunduqdan sonra idərənin bütün rəsmi və qeyri-rəsmi səlahəiyyətlərinə
sahiblənib.
Qeyd edək ki,
200-dən çox məktəbi özündə birləşdirən Bakı şəhər Təhsil İdarəsi Təhsil
Nazirliyninin əsas streteji və gəlirli sahələrindən biri hesab olunur. Bu məktəblərə
nəzarəti həyata keçirən Elnur Əliyevin həmçinin Bakı şəhər Təhsil İdarəsinin
bütün maliyyə resurslarına da nəzərət etdiyi qeyd olunur.
Məluamta
bildirilir ki, Elnur Əliyev "İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi olub. Daha əvvələr isə Elnur
Əliyev JEK rəisi işləyib.
Daxil olan məlumatda
bildirilir ki, Elnur Əliyev təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur. Bu
səbədən də istər "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, istərsə
də, Təhsil Nazirliyində Mikayıl Cabbarovun ən inanılmış adamı hesab olunub və
olunmaqdadır.
Məlumata əsasən
Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra tədricən nazirliyin bütün
"kilid” yerlərinə nəzarəti məhz Elnur Əliyevə həvalə edib. Hazırda nazirin
xalası oğlu rəsmi olaraq Təhsil Nazirliyinin ümumi şöbəsinin müdiri və Bakı Təhsil
şöbəsində birinci müavini vəzifələrini icra edir. Həmçinin Elnur Əliyev xarici
ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə
alınmış təhsilin Azərbaycan Respubilkasında qüvvədə olan təhsil standartlarına
uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsinə nəzarət edən 3
nəfərlik Ekspert Qrupunun tərkibində yer alır.
Məlumatlı mənbəmiz
bildirir ki, xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının diplomlarının
tanınması işlərinə Elnur Əliyev rəhbərlik edir. Diplomların tanınması işində isə
külli miqdarda qazanc var.
Qeyd edək ki,
Misir Mərdanovun zamanında bu işi sabiq nazirə yaxın olan isimlərdən biri,
nazirliynin Hüquq Sektorunun müdiri Elmir Həsənli həyata keçirirdi və məhz
Elmir Həsənlinin sayəsində çoxlu sayda saxta diplom tanınıb.
Məlumata əsasən
hazırda Elnur Əliyevin əsas vəzifəsi paytaxt məktəb direktorlarından
yığılan aylıq "hesablar”a və Bakı Təhsil şöbəsinin xətti ilə orta məktəblərə
ayrılan vəsaitlərin xərclənməsinə nəzarəti həyata keçirtməkdir. Paytaxtın orta
məktəblərdə imtahanların keçirilməsinə və atesstatların verilməsinə də nəzarəti
Elnur Əliyevin komandası həyata keçirir.
Qeyd edək ki,
Elnur Əliyevin bağlı yaxın günlərdə oxucularımıza ilginc informasiya təqdim edəcəyik.
Bizi izləməkdə davam edin…
Qarşı tərəfin
mövqeyini dərc etməyə hazırıq…
Pia.az
Elnur Əliyev Thomas Crown ola bilərmi ?
Hiç yorum yok:
Yorum Gönder