Cəlilabad rayonunda müəllimlər üsyana qalxır
Hələ yeni tədris ili başlamayıb və dərs bölgüsü üstündə müəllimlərin narazılıqları başlayıb. Narazılığa əsas səbəbi isə müəllimlərin dərs yüklərinin qeyri-qanuni olaraq vakanta verilməsidir. Narazı müəllimlər bu gün direktor və Cəlilabad RTŞ nin müdiri ilə görüşüb və nəyə görə onlatın dərslərinin vakanta verildiyini soruşublar. Direktor və RTŞ müdirinin deməyinə görə onların bu işdən xəbəri yoxdur və bunu edən Nazirlik olub. Təhsil Nazirıiyi ilə əlaqə yaratmağa çalışsaq da nəticə əldə edə bilmədik. Diaqnostik Qiymətləndirmədən sonra düşünürdük ki, 65 yaşına çatmış müəllimlər də təqaüdə çıxandan sonra dərs saatlarımız artar və normal əmək haqqı alarıq. Hər şeyin bahalaşdığı bir dövrdə aldığımız əmək haqqı ilə onsuz dolanmaq olmur. Təhsili bazara döndəriblər. Kim istəyir pulunu verib direktor olur, nə istəyirlər edirlər.Sosial durumu ağır olan müəllimlərin dərs saatlarının yetərli olmadığı halda dərsləri vakanta verilməsi həm dövlətə həm də bizə qarşı təxribatdır. Təhsil Nazirliyi hansı qanunlarla işlədiyi bilinmir. Əgər bir müəllimin dərsi 36 saatı ötməyibsə necə vakant verilə bilər. Bu nə qanunsuzluqdur.Hal-hazırda müəllimlər Cəlilabad RTŞ qarşısında etiraz aksiyası keçirirlər. Əgər bu qanunsuzluqlara son qoyulmasa Prezident Aparatının qarşısına gedərək orada aksiya keçirəcəklər.
31 Temmuz 2017
CƏLİLABAD MÜƏLLİMLƏRİ ÜSYANA QALXDI !
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder