Yazartv.az saytının baş redaktoru Polis Şöbəsinə çağrıldı
Mənbəmizin veridyi məlumata görə Cəlilabad rayonunun gənc fəalı Yazartv.az saytının baş redaktoru Cəfərov Elşən Oktay oğlu "RTŞ müdiri Qərənfil Əhmədova Qəbristanlıqda aylıq yığdırır” başlıqlı yazısına görə polisə çağrılıb. Cəlilabad RİH nin başçısı Namiq Zeynalovun xüsusi tapşırığına əsasən 19.09.2020-ci il tarixində Cəlilabad RPŞ-nə çağrılan Elşən şöbənin müavini Rövşən Quliyev tərəfindən hədə qorxu gəlinərək həmin yazını pozdurmuşdur. Rövşən Quliyev açıq şəkildə: buraların reketi mənəm və heç kim mən olduğum yerdə başqa söz deyə bilməz deyərək yazara hədə qorxular yağdırmışdır.
Cənab Prezidentin korrupsiyaya qarşı İctimai nəzarətin gücləndirilməsi çağrışına qoşulan Elşən Oktayoğlu RTŞ müdirinin təhsildə yaratdığı neqativləri yazaraq əslində cənab Prezidentin dediklərini etmişdir. Ancaq görünən odur ki, Elşən və digər ölkəsinə, prezidentinə sədaqətli olan gənclərin İcra Başçısı Namiq Zeynalov tərəfindən təqib edilməsi , onların müxalifət cərgələrinə qoşulmağa təhrikinə səbəb olur. Namiq Zeynalov icra başçısı təyin edildikdən sonra xeyli sayda savadlı gəncin müxalifət sıralarına qoşulduğu bildirilir. Artıq Namiq Zeynalovun timsalında heç kəs bu hakimiyyətin düzələcəyinə və islahatlarına inanmaq istəmir. Bu və ya digər qanunsuzluqların araşdırılması üçün cənab Prezident xüsusi nüməyəndə heyyəti göndərməli və sorğuları yalnız əhali arasında keçirtdirməlidir deyə düşünürük.
Hiç yorum yok:
Yorum Gönder