▼
26 Aralık 2019
Cəlilabadda bağça uşaqlarının haqqını yeyən məmurlar kimlərdir ?
Bütün sahələrdə insanların haqqını yeyən məmurlara adət etmişik və bu adətimiz məmurlara rahat şəkildə hər kəsin haqqını yeməyə imkan verir. Hətta o qədər harınlamışlar ki, artıq uşaqların bağçada verilən paylıarına belə göz tikiblər. Cəlilabad rayonunda olan uşaq bağçalarının hamısında uşaqların payı toplanaraq Göytəpə şəhər icra nümayəndəsi Sabir Hüseynovun marketində satılıb oradan isə bir başa Namiq Zeynalova verildiyi deyilir. Bütün bunları eşidəndən sonra insanı bir sual düşündürür.. bu ölkənin gələciyinin haqqını yeyən məmurlar övladlarının üzünə necə baxır ?
21 Aralık 2019
Şagirdlərə zorla satdırılan bilet haqqında Cəlilabad müəllimi Ramil Sadıqov "od püskürdü" !
Şagirdlərə zorla satdırılan bilet haqqında Cəlilabad müəllimi Ramil Sadıqov "od püskürdü" ! Açıq şəkildə Cəlilabad RTŞ-nin müdirini ittiham edən Ramil Sadıqov ona verilən biletləri satmaqdan imtina edərək bunların pulunu Qərənfil Əhmədovanın özünün verməsini tələb edib. Artıq ölkə mediasina manşet olan statusu sizinlə paylaşırıq
19 Aralık 2019
Ağstafanın icra başçısının sağ əli Namiq Zeynalovun başına !
Bu gün bütün günü Ağstafanın İcra Başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov DTX tərəfindən həbs edilib. Bunun ardınca isə eşitdik ki, Yevlaxın İcra Başçısını həbs ediblər. Çox istərdik bu külək Cəlilabada tərəfdə əssin. Ancaq bu boyda hadisələrin olmasına baxmayaraq Cəlilabad icra başçısı heç bir dərs götürmür. Əgər dərs götürsəydi məktəblərə öz müavini Elnarə Həsənova vasitəsilə hər şagirddən 2 manat almaqla bilet satdırmazdı. Keçən il ki, "şaxtata baba" bilet pulu indidə olub "qış nağılı". Çox ümüd edirik ki, Ağstafanın icra başçısının sağ əli Namiq Zeynalovun başına olacaq.
04 Aralık 2019
Cəlilabadda Prezidentin verdiyi əmrlər sayılmır ?
Prezidentin apardığı islahatlar və Prezident Adminstrasiyasındakı dəyişiklərin heç biri Cəlilabaddakı yığımın qarşısını ala bilmədi. İndiyə qədər PA rəhbəri Ramiz Mehdiyevi günahlandıran icra başçıları hələdə təhsildəki qəzetə abunə pullarını yığırlar. İnsanları bir sual maraqlandırır.. Doğrudanmı "islahatlar" sadəcə gözdən pərdə asmaq üçündür ya Prezidentin verdiyi əmrləri saymırlar ?
Bu sondur.. Bundan sonra daha xalqı aldada bilməyəcksiniz....
Bu sondur.. Bundan sonra daha xalqı aldada bilməyəcksiniz....
24 Kasım 2019
İcra başçıları hamını əmin edir ki, Prezidentin apardığı islahatlar boş şeydir.
Cəlilabad təhsilində rüşvət bütün sahələri üstələyir. Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Beləki, Təhsil Nazirliyin əmrinə əsasən Araz Babayev rayonun Sabirabad kənd 1 saylı tam orta məktəb direktoru təyin edilib. Lakin A. Babayevin işinə bəzi əngəllər törədilir.
Cəlilabad rayon Sabirabad kənd icra nümayindəsi Rafail Nağıyev deməzdik ki, onun adından elə onun tapşırığını icra edərək “hörmət” tələb edir. Təhsil Nazirliyinin əmri isə tələb olunan “hörmətdən” sonra quvvəyə minəcək. Ölkə başçısının rüşvətə qarşı çıxışlarına laqyid yanaşan hətta əvvəlki aparat rəhbərinin üzərinə bütün məsuliyyəti qoyan icra başçılarını bildiklərini etməkdə davam edirlər. Mən hətta deyərdim ki, bunun özünə şərait yaradan Ceyhun Bayramovun özüdür. Əgər belə deyilsə nəyə bir nazirin əmri yerli icra tərəfindən əngəllənir.
15 Kasım 2019
Şikayət "şablon izahatla" təkzib edilir
Cəlilabad rayon Seyidbazar kənd sakini Sahib Ağasahib oğlu Məmmədov və Alar kənd sakini Səlimov Famil Duman oğlu Prezident İlham Əliyevin çıxışından ürəklənərək bütün dövlət orqanlarına müraciət edərək Cəlilabad Rayon Təhsil Şöbə müdiri Qərənfil Əhmədovanın qanunsuz əməllərindən, təhsilin bərbad vəziyyətə düşrülməsindən, təhsil müəssilələrindən ayıq almaqla təhsili iflic hala salmağından yazaraq müraciət etmişdirlər. Bu gün Cəlilabadda təhsildə nə uğur varsa imkanlı adamların öz balalarına yaratmış olduğu imkan nəticəsində olur. Kimin imkanı varsa uşaqların Repititor yanına və ya Kurslara göndərir . Qərənfil Əhmədova deməsin ki, Cəlilabaddan ali məktəblərə qəbullar var. Bunların heç biri məktəbin göstərdiyi nəticə deyil. Hamısı valideynlərin pulu hesbaına olur.
12 Kasım 2019
Sevgi macərasının qurbanına çevrilən təhsilimiz.
Əgər yadınızdadırsa biz işdə məhəbbət macərası başlığı ilə bir dəfə bu barədə söhbət aparmışdıq. Bəli, 14 saylının Cəlilabad rayon qəssabı Zaur Əzizov və Cəlilabad təhsilini xaraba qoyan Qərənfil Əhmədova. Yaddaşınızı təzələmək üçün həmin məqalədən bir hissəni nəzərinizə çatdırıram.
10 Kasım 2019
05 Kasım 2019
"O çox şey deyir, sement pulunu gətirin verin, gətirməyənlər ciddi şəkildə cəzalanacaqlar"
Preizdent İlham Əliyevin televizyada korrupsiya ilə bağlı sərt çıxışları Cəlilabad rayon təhsil işçilərini bərk qorxutmuşdu ki, Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova direktorları çağıraraq "ASAN" xidmət üçün onlarların adına nisyə götrülən sement pulunu gətirib vermələrini tələb edib. Direktorlar deyiblər ki, " XANIM AXI CƏNAB PREZİDENT KORRUPSİYA İLƏ BAĞLI SƏRT ÇIXIŞ ETDİ DEDİ Kİ. DÜZ İŞLƏYİN.." cavabında isə xanım deyib ki, " "O ÇOX ŞEY DEİYİR, SEMENT PULUNU GƏTİRİB VERİN, YOXSA VERMƏYƏNLƏR CİDDİ CƏZALANDIRILACAQLAR. İndi insanlar bilmir , ölkə başçısından qorxmayan Qərənfil Əhmədovanın sözündən necə çıxsınlar ...
Namiq Zeynalovun Prezidentin beş gün qabaqkı çıxışandan Cəlilabadda çıxardığı nəticə
Tərəfinfonun verdiyi məlumatda deyilir:
“…Bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir…”
Cəlilabad Təhsil Şöbəsinin qarşısındakına"Bravo" deyilmədi.
01 Kasım 2019
Ölkə rəhbərinin korrupsiya ilə bağlı sərəncamları Cəlilabada aid deyil ?
Ölkə rəhbərinin korrupsiya ilə bağlı sərəncamlarının Cəlilabada aidiyyatı yoxdur ?
Əgər aidiyyatı olsaydı bu gün Cəlilabad RTŞ nin binasında hazırlıq qrupundan tutmuş, aylıqlara qədər alınan pullar yığılmazdı. Bu gün pul verən direktorları bir sual da maraqlandırır. Bəs icra başçısının təhsildən yığdırdığı bu pullar Kərəm Həsənov tərəfindən yığdırıldığını deyirdiniz ? Necə olur Kərəm Həsənov vurulur anca ona yığılan pullar dayanmır ? Başqa bir məsələ də var .. Deyəsən Cəlilabad rəhbərliyi ölkə başçısından yox başqa yerlərdən əmrlər alır ..Cəlilabad ciddi şəkildə yoxlanılmalıdır. Təhsil Nazirliyi isə Qərənfil Əhmədovanı kənarlaşdırmasa öz şəffaf imicini itirəcək .
Əgər aidiyyatı olsaydı bu gün Cəlilabad RTŞ nin binasında hazırlıq qrupundan tutmuş, aylıqlara qədər alınan pullar yığılmazdı. Bu gün pul verən direktorları bir sual da maraqlandırır. Bəs icra başçısının təhsildən yığdırdığı bu pullar Kərəm Həsənov tərəfindən yığdırıldığını deyirdiniz ? Necə olur Kərəm Həsənov vurulur anca ona yığılan pullar dayanmır ? Başqa bir məsələ də var .. Deyəsən Cəlilabad rəhbərliyi ölkə başçısından yox başqa yerlərdən əmrlər alır ..Cəlilabad ciddi şəkildə yoxlanılmalıdır. Təhsil Nazirliyi isə Qərənfil Əhmədovanı kənarlaşdırmasa öz şəffaf imicini itirəcək .
31 Ekim 2019
Cəlilabad RTŞ-nin qarşısında zorbalıq
Cəlilabad Rayon Təhsil Şöbəsinin qarşısında baş verən özbaşınalıq hər kəsi qəzəbləndirib. Bu qədər də olmaz ! Binanın qarşısında uzun zamandır boş qalan obyekt sökülərək qazıntılar aparılmağa başlanıb. Obyektin sahibi Sultanov Mirkamil Əvəz oğlu olsada onun əlindən zorbalıqla alındığı deyilir. Bu zörbalığın müəllifi isə Kərəm Həsənovdur. Vəzifəsindən vurulmamışdan öncə bu işə başlayan , öz biznes imperyasını genişləndirməkdə davam edən Kərəm Həsənov görəsən bu yolla davam edə biləcəkmi ? Bu artıq yuxarıların verə biləcəyi qərardır...
15 Eylül 2019
23 Ağustos 2019
Ölkənin yiyəsi olsaydı bu məktəbin direktorunu Rayon Təhsil Şöbəsinə müdir verməzdilər.
Cəlilabadın mərd oğlu, uzun zaman siyasi məhbus kimi haqsız olaraq məhkum olunmuş Əfqan Sadıqov Cəlilabad təhsilindən yazdı. O, deyir: Mən dünən 8 nömrəli məktəbin arxasındakı futbol meydançasını, ayaqyolunu, arxa tərəfdən çəkilişini etdim. Həyətdə şagirdlərin su içdiyi, yuyunduğu yeri göstərmişəm. Montaj edilsin Azel.tv-də gedəcək. Çox biabırçı. Heç Mozambikdə də beləsi yoxdur.
Məktəbin həyəti başdan ayağa zibillik, üfunət, mikrob içindədir.
Bəlkə də bu məktəbin təmiri üçün hər il 10, 100 minlərlə manat pul silinir.
Təhsil nazirliyi, Cəlilabadın İcra başçısı, Cəlilabad rayon təhsil şöbəsi, məktəbin direktoru hara baxır ???
Yurd Yurd adlı profilin sahibi həmin məktəbin müəlliminə deyir ki, Ramil müəllim məktəbinizin vəziyyəti acnacaqlı vəziyyətdədir buna yiyə çıxın.
Ramil Sadıqlı isə kökündən vuraraq: bu boyda ölkənin yiyəsi yoxdur.onda qalmişdi 8 saylı məktəbin. deyir .
Əslində Ramil bəyin dediyində bir həqiqət var. Ölkənin yiyəsi olsaydı bu məktəbin direktorunu Rayon Təhsil Şöbəsinə müdir verməzdilər.
13 Ağustos 2019
Qəbul olunmamış "qurbanlar"
Digər rayonlarda olduğu kimi Cəlilabad rayonunda da Müqəddəs Qurban Bayramı "coşqu" ilə keçrildi. Bu dəfəki coşqu bir az təcili və naşı olduğundaan daha yadda qalan olacaq. Əmlak Komitəsinin sədri çox hörmətli Kərəm Həsənov,dəyərli deputatımız Malik Həsənov və İcra başçısı Namiq Zeynalovun adından əhalinin ehtiyacı olan təbəqəsinə paylanılan qurban payı paylanıldı. Ancaq bu paylar əlahəzrətlərin adından verilsədə sən demə bu payları direktorların hərəsindən aldıqları 50-100 manat pullar hesabına verilmişimiş. Deməli bu paylarla insanları aldada bilsələrdə, Allahı aldada bilmədilər.
03 Ağustos 2019
Cəlilabadda təhsil işçiləri Qurban Bayramına hazırlaşır
Cəlilabad rayonunda təhsil işçiləri üçün QURBAN BAYRAMI başladı. Belə ki, Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədova direktorları çağıraraq onlara hərəsinə bir qoyun gətirməyi və ya pulunu çatdırmağı əmr verib. Maraqlıdır dünən təhsil nazirinin müavini Firudin Qurbanovla görüşdə olan təhsil şöbəsini bu gün bu addıma cəsarətləndirən nədir və ya kimdir ? Bəlkə elə təhsil nazirliyidir ......
27 Temmuz 2019
Qanunsuzluqların arxasında Qərənfil Əhmədova durur !
Cəlilabad təhsilindəki bərbad durum hər gün bir az da dərinləşməkdədir. Attestat alveri, adı olub özü olmayan şagirdlər, ölü can texniki işçilər azmış kimi indidə vakansiyanın gizlədilməsi ilə bağlı məlumatlar əldə etmişik. Direktorlardan yaxşı pul alan Qərənfil, onların məktəblərindəki vakant yerlərin adlarını təhsil nazirliyindən gizlədib. Hətta direktorların vakansiyalarıda gizlədilmişdir. İnanırıq ki, təhsil naziliyi duruma müdaxilə esəcək.
02 Temmuz 2019
Xadimə kartlarını mənimsəyən icra nümayəndəsi kimdir?
İcra Hakimiyyətinin təhsilə müdaxiləsi barədə dəfələrlə yazmışıq. Hətta icra hakimiyyəti bir yana kənd icra nümayəndələri belə təhsilə müdaxilə edirlər. Bunlardan biri də Cəlilabad rayon Şabanlı kənd icra nümayəndəsi Mirzəyev İlqar Kərim (oğlu Vüqar Mirzəyev İcra Hakimiyyətində işləyir.)oğludur . Dələduzluqla məşğul olan İlqar Mirzəyevi əhali daha çox Aqro Lizzinqdən kombayn götürərək aşağı qiymətə satması ilə tanıyır. Onun təhsillə əlaqəsi olmasa da məktəblərdəki xadimə kartlarını əlinə keçirərək aylıq pulu mənimsəyir. Yəqin ki, aidiyyatı qurumlar yazımızı gördükdən sonra həmin şəxs haqqında araşdırma aparacaq.
29 Haziran 2019
Cəlilabad təhsilində "Üçü Birində" vergisi təyin olundu !
Cəlilabad təhsil işçiləri hələ əmək haqlarını almayıblar, ancaq bilirlər ki, indidən onları çox ağır vergilər gözləyir. Hələ sement pulunu verib qurtarmamış indi hər məktəbdən 800-1000 manat arası qəzet pulu istənilir. Elə başa düşməyin ki, bu aylığın olmayacağı anlamına gəlir. Qətiyyən ! Bu dəfə təhsil işçiləri " Üçü birində " vergisi verəcəklər. Pulu vaxtında verməyənləri yoxlamalar gözləyir.
Aylığı az verən məktəblər dərhal RTŞ müdirinin yoxlamalarına məruz qalır. Bundan sonra iki qat ödəməyə məcbur olduqlarından dərhal vergilər ödənilir.
Aylığı az verən məktəblər dərhal RTŞ müdirinin yoxlamalarına məruz qalır. Bundan sonra iki qat ödəməyə məcbur olduqlarından dərhal vergilər ödənilir.
Qərənfil Əhmədovanın "Qanqal Şurası" (səs yazısı)
Cəlilabad Rayon Təhsil Şöbə müdiri Qərənfil Əhmədovanın yeni səs yazısı yayılıb. Vəzifə funksiyası məktəblərdən aylıq toplamaq olan Qərənfil Əhmədova bu dəfə də təhsildən çox iməcliyin vacibliyindən , qanqalların təmizlənməsindən danışıb. Hər kəsin arasında "Qanqal Şurası " adı almış bu şuraya Qərənfil özü başçılıq edib.
28 Haziran 2019
Məhv olmuş Cəlilabad təhsilinin "Qara Qutusu" tapıldı
09 Haziran 2019
ASAN xidməti ÇƏTİN xidmət edən kimdir ?
Cəlilabad rayonunda “ Asan Xidmət”
mərkəzi üçün bina tikiləcək !
Öncə
ASAN Xidmət haqqında qısa məlumat
ASAN
XİDMƏT -“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13
iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.
ASAN XİDMƏTİN –yaradılmasında məqsəd
vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması
dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması
dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
04 Haziran 2019
Q.Əhmədovanın "Sınaq Biznesi"-2
Qərənfil Əhmədovanın "Sınaq Biznesi" adlı yazımızda RTŞ müdiri ilə şəhər 1 nömrəli məktəbin direktoru Füzuli Quliyevin birgə əməliyyatı nəticəsində sınaq qiymətləndirməsi adı altında 1-ci sinifdən 11-ci sinifə qədər 4 manatdan pul yığılması faktına mənbələrimizdən narazılıq dolu məktublar almışıq.
02 Haziran 2019
Qərənfil Əhmədovanın "Sınaq" biznesi.
Cəlilabad Rayon Təhsil Şöbəsinə müdir təyin olunandan ard-arda kobud səhvlər edən Qərənfil Əhmədova növbəti dəfə də Təhsil Nazirinin verdiyi əmri pozdu.
30 Mayıs 2019
"Əlbir olub bir ayı bir şir ilə "
Cəlilabad təhsil şöbəsindən gələn növbəti şikayət 14 saylının fəaliyyətindəndir. Bəziləri hələdə bu quruma ümüdlə baxmasına baxmayaraq bura da bazarı xatırladır.
"Pedaqoji mühazirələr" yoxsa "Pedaqoji ələsalmalar"
28 Mayıs 2019
Namiq Zeynalovdan Prezidentə qarşı təxribat
Hörmətli Cənab Prezident ,
Sizi hər gün televizya və sosial şəbəkədən izləyirik. Əmək haqlarının qaldırlması , yeni iş yerlərinin açılması üçün tapşırıqlar vermisiniz . Düzdür Cəlilabad rayonundada xeyli iş yerləri açılmış ancaq bunların hamısı Namiq Zeynalovun öz yaxın bildikləri insanlarla doldurulmuşdur. İcra hakimiyyətində yerli işçiləri işdən uzaqlaşdırmaqla öz qohum əqrabalarını və yerlilərini ətrafına yığmışdır.
Qərənfil Əhmədova müşavirədə necə rəzil oldu !
Bildiyimiz kimi mayın 24-də Masallı rayonundakı Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair zona müşavirəsi keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov təhsil şöbələrinin müdirləri, təhsil işçiləri, KİV nümayəndələri və digər şəxslər iştirak edib.
17 Mayıs 2019
İşdə məhəbbət macərası ya , şərik talama müqaviləsi...
16 Mayıs 2019
Cəlilabad RTŞ də rəzalət ! Mübahisəyə nə səbəb olub ?
Cəlilabad Rayon Təhsil Şöbəsində növbəti rəzalət baş verib. Qəbula gələn Ramin Yarıyev adlı vətəndaş içəri daxil olmaq istəyəndə RTŞ şefinin katibəsi ona telefonunu təhvil verməlisən deyib.
14 Mayıs 2019
Cəlilabad təhsilində analoqu olmayan "yeni qaydalar "tətbiq edilir.
Cəlilabad rayon təhsil şöbə müdüri Qərənfil Əhmədova RTŞ də analoqu olmayan yeni qaydalar müəyyən
etməyə başlayb.
09 Mayıs 2019
Bizə bu cür abadlıq lazımdırmı ?
Cəlilabad Rayonunun İcra Başçısı barədə belə yazırlar...
Cəlilabad Rayonunun İcra Başçısı hörmətli Namiq müəllim Zeynalov 06.02.2018-ci il tarixindən etibarən rayonumuzda öz
08 Mayıs 2019
Aprel qazisi polkovnik Asəf Əhmədovu kim işdən çıxartdırdı ?
Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik Asəf Əhmədov bu gün işindən uzaqlaşdırıldı.
04 Mayıs 2019
Qərənfil Əhmədova təhsili bazara çevirib
Cəlilabadın təhsil şöbəsinin müdirinə rüşvət ittihamı səslənib. Bu dəfə ittihamın müəllifi sıradan biri deyil-filologia üzrə fəlsəfə doktoru, AYB üzvü, Cəlilabad rayonundakı Rauf Quliyev adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi rayonda və respublikada yetərincə tanınan yazıçı Bilal Alarlıdır. Bilal müəllim Cəlilabad rayon təhsilindəki özbaşınalığı, rüşvətin əndazədən çıxmasını özünün fb səhifəsində ictimailəşdirib.
06 Nisan 2019
Qərənfil Əhmədova hansı direktoru işdən çıxartmaq istəyir ?
Son zamanlar SON XƏBƏR profil adlı bir şəxsin informasiyası maraq doğurur. O heç kimə sirr olmayan direktorların neqativ hallarından daha dəqiq desək Cəlilabad şəhər 1 saylı məktəbin direktoru Füzuli Quliyevin əməllərindən yazır. Hər kəsə bəllidir ki, təkcə 1 nömrəli məktəbdə deyil Cəlilabad məktəblərinin hamısı eyni gündədir və bunun səbəbi yuxarıdan qaynaqlandığıda heç kimə sirr deyil.
Dövlət Təhlükəsizliyi üçün hər kəs əlindən gələni etməlidir.
Hörmətli həmvətənlər, Dövlət Təhlükəsizliyi təkcə DTX və digər qrumların işi yox hər birimizin işi olmalıdır. Ölkədə Dövlət Başçısı İlham Əliyev islahatlar aparmağa çalışır, yerlərdə isə məmurların çoxu buna əhəmiyyət vermir və dövlətin siyasətinin əleyhinə çıxır. Dövlət korrupsiya ilə məvh edilir. Biz buna etiraz etməliyik və belə şəxslər ifşa edilməlidir. Kimlərdə bunlarla bağlı video, səs yazısı və ya foto varsa bizə göndərsin ictimailəşdirək. İctimailəşdirək ki, bu şərəfsizlərin ailəsi, uşağı kimin çörəyini yediklərini bilsinlər. Bu məlumatları celilabad.tehsilishcileri@mail.ru elektron poçtuna göndərilsin.
29 Mart 2019
Qərənfil Əhmədovanın "islahatları" təhsilimizi uçruma aparır
Prezident İlham Əliyevin və təhsil naziri Ceyhun Bayramovun təhsildə apardığı islahatlara kölgə salan Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədovanın "islahatları" rayon təhsilini məhvə aparır. Direktorları tez-tez rayona cağıraraq onlara ancaq iməcliyə lapatka, vedrə və araba ilə gəlməyi
27 Mart 2019
Jurnalist İcra Başçısını ifşa etdi
Cəlilabad rayonun İcra Hakimiyyetinə başçı təyin olunan Namiq Zeynalov kresloya oturar-oturmaz kadr deyşikliləri etməyə başladı.İlk baxışdan uğurlu görünsə də keçmiş İcra başçısı Əziz Əzizovdan geri qalmadı. Təkcə İcra Aparatını yox , rayonun digər idarə və müəssələrinə rüşvət müqabilində səriştəsiz kadrları doldurdu. Təyin edilən kadırlar heç birisi etimadı doğrultmadı.Əksinə öz uğursuz işləri ilə rayonun imicinə mənfi təsir göstərdilər.Təhsil kimi strateji əhəmiyyətli bir sahə Cəlilabad rayonunda demək olar ki, məhv olmaq təhlukəsi ilə üzləşdiyi bir məqamda Cəlilabad RTŞ-ya xanım direktor-Qərənfil Əhmədovanı təyin etdi. Bununla da bir daha təhsilimizi anasını ağlatmağa hesablanmış bir addım atdı. Q. Əhmədova 5 il 8 saylı məktəbdə direktor işləyib.
23 Mart 2019
Namiq Zeynalov və rüşvətxor komandası ifşa olundu !
Namiq Zeynalov və Kərəm Həsənovun sülaləsi Cəlilabadı və onun təhsilini diz üstə çokdürüb.
22 Şubat 2019
Direktorluğa namizədlərin təsdiqinə kim mane oldu ?
Azərbaycan Respublikasının Təhsil Naziri C.Bayramovun müvafiq əmrinə əsasən Respublikanın ümumtəhsil məktəblərində DİQ müsabiqəsinə start verildi.700-ə yaxın məktəb direktoru bu vəzifədə yarışına qoşulmuşdur.
Məlumat üçün deyim ki,məktəb direktorların vakansiyası ən çox Cəlilabad rayon məktəblərinin üzərinə düşür.35 vakant yeri müsabiqəyə çıxarılmışdı.
Imtahan prosesi və müsahibə mərhələsi bitdikdən sonra kimin direktor işə qabulu mərhələsini keçib-keçmədiyi təxmini bilinirdi.Məsələn,savadına, intellektinə və idarəetməsinə şübhə etmədiyim Şabanlı kənd orta məktəbində direktor vəzifəsini müqavilə əsasında idarə edən Sucaet muellim uğur qazandığını,test və müsahibə mərhələsində keçdiyini sevincini mənimlə və dostları ilə bölüşüb.və bundan başqa bir neçə adın çəkmədiyim direktorluğa namizədlər var ki,onlarda müsabiqədən keçdiklərini bildiriblər.
Sevgililər gününün ən böyük hədiyyəsi Cəlilabadda verildi
" Sevgililər gününə hədiyyə"
Bu gün Beynəlxalq
Valentin yəni Sevgililer günüdür. Günün yaranma tarixi və məkanı Avropaya
aiddir. Əl qərəz harda yaranması nə vaxt yaranması o qədər də əhəmiyyətli kəcb
etmir, əsas olan bu günde verilen hədiyyədir. Deyiller hədiyyənin böyük kiçiyi
olmur.
Ama deyəsən olur- hədiyyəni açanda içindən çıxanı görənə
kimi adamın canı agzınnan gəlir. Həəəə...... İndi hədiyyəni açasan içindən 3800
müəllim və 1200- texniki işçi çıxa!!! Ürəy gəl buna dözdəəə. Deyəsən çox qəliz
danışdım axı qısası Hədiyyə paketi Cəlilabad RTŞ-dır hə RTŞ.
Cəlilabad təhsili say etibarı ilə bir pillə irəlilədi 7-
linin direktoru getdi, 8- li məktəbin direktoru gəlir. 7,8 olsun! Yox! Yix! 8- li vaknta çıxmayacaq əsla,
boşuna ümidlənməyin ora ikinci obyekt kimi idarə olunacaq.
Bu gün Cəlilabad
RİHB- nın hesabatıydı. İlin təhsil hesabatını 10- ildə 8- li məktəb liseyiyi
ölümcül yaralayan, bu müddətdə bir Şura iclası, bir dövlət tədbiri keçirə bilməyən,
məktəbində ancaq " Sevgililer Gınü", 8- mart bayramları qeyd edilen, ancaq makiaj,
pedikürle məşğul olan Qərənfil xanım Əhmədova verdi. Bilirsiniz niyə?
-Çünki bu gün "Valentin" günüdür, Qərənfilin
prizentasiya günüdür..
-" Valentin" -" Kişini" də tanıyırsızda.
Nəysə deyilene göre 80- ci illərdə Cəlilabada rəhbərlik
etmiş İbrahim Qurbanovda 8- martda bir xanıma Univermaq hədiyyə edibmiş.Yəni bu
hal Cəlilabd tarixində ilk deyil, ilk
olan " Valentin" gününə hədiyyədir..
Əslində nə baş verir?, niyə Qərənfil Əhmədova?
-1. Medalı var ona göre?
- yox.
2. Təhsilə töhvə verib ona göre?
- yox
Əşşi nəysə düzgün cavabı diyirik. " Nə verib?",
" Kimə verib?" nəyimizə lazım, ama deyilənə görəb "
Valentin" azadlıqdadı ama uzun müddət türmə həyatı sürüb.
Cənab Namiq Zeynalov hesab etdi ki, Cəlilabad təhsilini Cənab
Preidentin imzaladığı Təhsil qanunu, Təhsil strategiyası və. s qanun və
qaydalarla yox " TÜRMƏ QANUNLARI" ilə idarə olunması daha məqsədəmüvafiqdir. Direktorları "tasa
oturtmaq", " qruz" vurmaq lazım olsa "qulaq burması"
vermek üçün bunnan gözəl qanun yoxdu. Özüdəki nəzərə alsaq ki, adam uşaq
manyakı və killerdir deməli - Namuq müəllim " iş" baş tutub.
Deyilene göre və şəhər
məktəb direktorları arasında aparılan araşdırmamıza əsasən " PUL"
yığanlar Qərənfil xanımı onlara örnək göstərir. O, verilen aylığa göre liderlik
edir 1000 azn. Elə bu da təbii ki Namiq müəllimin diqqətindən kənarda qala bilməzdi.
Namiq müəllim sələflərindən geri qalmayaraq Qərənfil xanımı
" Valentin" günündə qərənfillə deyil, başıbəlalı Cəlilabad RTŞ- nın
"müdirliyi" ilə mükafatlandırdı.
Cənab
Ceyhun Bayramov ! Siz ölməkdə olan Cəlilabad təhsilinin işini tezmi bitirmek istiyirsiniz?
Cəlilabad təhsilini düzəltmək üçün - bu müdiri də " yoxlayaq
taktikası"- nı sınamaq çox gecdi Cənab
Emil Eminliyə təhsil işçilərindən cavab
Emil Eminli adı ilə Cəlilabad RTŞ-nin işçiləri haqqında yazan şəxsə adlarının çəkilməsini istəməyən bir qrup təhsil işçisindən e-mailimizə cavab göndərilmişdir. Yazını olduğu kimi sizlərə təqdim edirik .
16 Ocak 2019
İcra hakimi Prezidenti qəbul etmir ?(video)
Cəlilabadda son zamanlar qəribə hadisələr olur. İnsanları dinləməyən və rayondan yuxarı orqanlara qarşı narazılıq yaradan Namiq Zeynalov daha nələr edir video sujetdə izləyin
Emil Eminli ciddi ittihamlar irəli sürür...
Fikirlərinə görə məhkəməyə çəkilən Emil Eminli Hafiz Cavadovun ona qarşı aqressiyasının arxasında İcra Başçısı Namiq Zeynalovun olduğunu deyir. Ancaq nədənsə həmin fikirlər indi sosial şəbəkədən silinib. Həmin statusla özünüz tanış olun.
Hafiz Cavadov onu tənqid edənləri şərləyərək məhkəməyə verir
Həmyerlimiz Emin Eminlinin yazdığına görə Hafiz Cavadov onu məhkəməyə verib və bu işdə ona rayon prokuroruda kömək edib. Yazını olduğu kimi diqqətinizə çatdırırıq.