Adının çəkilməsini istəməyən vətəndaşlar DTX-nın təcili olaraq Cəlilabadda əməliyyat keçirməsini zəruri hesab edirlər. Belə ki, Cəlilabad RİH-nin əlində adları olub özü olmayan 70 ədəd komxoz və 50 ədəd-məktəb xadimələrinin kartları olduğu bildirilib.Bu ilin mart ayının 3-də ölkədə təhsil müəssisələri bağlanmasına baxmayaraq mayın 4-də Uşaq Bağçalarına gələn, dəyəri iki min- iki min beş yüz azn olan ərzaqlar götrülərək Cəlilabad RİH-nə verilmişdir. Ölkə rəhbərliyi tərəfindən Cəlilabad rayonuna gələn yardımlar isə ənənəyə uyğun olaraq əvvəllər Cəlilabad RİH-də məsul vəzifədə işləmiş, hal -hazırda Göytəpə ŞİN- dəsi işləyən Sabir Hüseynovun rayondakı mağazasında satılır. Cəlilabad RİH-də Göytəpə komxozunun kartları da olduğu bildirilir. Deyilənə görə Sabir Hüseynov İN-dəki vəzifə səlahiyyətlərindən istifadə edərək insanlara 6 ayı özünə götürməklə sosial müavinət düzəldir və kartı-da özündədir. Ümumilikdə Cəlilabad RİH-də yığım işinə isə icra hakiminin köməkçisi Əmralıyev Elgün Qurban oğlu və icra hakiminin müavini Həsənova Elnarə Ədalət qızı rəhbərlik edirlər. Hər ay İcra Nümayəndələrini və Bələdiyyə sədrlərini icraya çağıraraq aylıq alırlar. Nümayəndələr və Bələdiyyə sədrlərinin çoxu bu durumdan narahat olduğunu dilə gətirə bilməsələrdə , günlərin birində onları da İsmayıllı və Biləsuvar icra işçilərinin aqibəti gözlədiyini dəqiq bilirlər.
Tezliklə DTX-nın Cəlilabaddakı əməliyyatının detallarından yazmaq ümüdü ilə !
Hiç yorum yok:
Yorum Gönder