21 Mayıs 2020

Prezidentin əmrlərinin əlehinə çıxan İcra Başçısının müavini kimdir ?



Hər kəsə bəllidir ki,  Azərbaycanda son zamanlar  sensasiya sayılan hadisələr baş verir. Belə ki, Cənab Prezidentin göstərişi  ilə DTX tərəfindən aparılan əməliyyat nəticəsində korrupsiyaya bulaşmış  Rayon İcra Başçıları, onların müavinləri və icra nümayəndələri həbs edilmişdilər. Bu hadisələrdən sonra bir çox yerlərdə olduğu kimi Cəlilabad rayonundada İcra başçısının göstərişi iə təhsil  və digər sahələrdən artıq pul toplanmadığı bildirilmişdi.
Prezidentin tapşırığına məhəl qoymayan  icra başçısının müavini  kimdir ?

    Lakin artıq bir həftədir ki, elektron poçtumuza daxil olan məlumata görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının humanitar  məsələlər üzrə müavini  icra nümayəndələrinə və  məktəb direktorlara zəng edərək  bundan sonra “aylıqları” ona verməyi  tapşırıb.


Haradan  haraya gəlib  çıxdı?
əvvəllər heç bir idarəçilik təcrübəsi olmayan orta məktəbdə UBTR işləyən hansısa “Güclü Əl” vasitəsi ilə İcra hakimiyyətinin müavini səviyyəsinə qalxan Həsənov Elnarə deyilənə görə indi İcra Aparatında hər kəsin səlahiyyətlərini əlindən alaraq ən önəmli şəxsə çevrilib. Hətta icra nümayəndələri ilə iş onun səlahiyyətinə aid olmasa belə onlara icranın adından tapşırıqlar verir. Artıq bir neçə aydır ki, bölgələrdə DTX-nın əməliyyatından sonra Cəlilabad RTŞ –də məktəb direktorlarından pul alınmır. Hətta İcra Başçısı belə bir tapşırıq vermişdir ki, “heç kəs heç kəsdən hər hansı bir adla pul almasın. Əgər belə bir məsələdə kimsə ilişərsə onu müdafiə etməyəcək. Bütün bunlara baxmayaraq Elnarə Həsənova İcra Başçısından xəbərsiz olaraq , Prezident İlham Əliyevin verdiyi qərarın əlehinə gedərək bütün icra nümayəndələrinə tapşırıq verib ki, onlar aylığı icra nümayəndəsi vasitəsi ilə Elnarə Həsənovaya verməlidir. Məlumatı verən direktorlar əgər  bu yazıdan sonra da Elnarə Həsənova tərəfindən pul yığılmağa davam edilərsə onların aralarındakı səs yazısını bizə verəcəklərini bildirmişdilər.
Bəlkə İcra Başçısı müavini vasitəsi ilə bunları edir ?
           Elnarə Həsənovanın qanunsuzluqları bununlada bitmir. Bağça müdirlərinin hər birini çağıraraq orada adları olub özləri olmayan ştatlardan 600 manat , bağçalara paylanan ərzağa görə isə hər qrupdan 250-300 manat pul alır.
 Hərçənd biz inanmasaq da icra aparatından olan mənbəmizin verdiyi məlumata görə İcra Başçısı Namiq Zeynalovun son aylarda olan bu yığımlardan xəbəri olmadığını və bunu İcra başçısının etibarını qazanmış  Elnarə Həsənovanın özbaşına etdiyi bildirilir.  İcra Aparatında hər bir işi öz manapolyasına keçirən  bu xanım bir nömrəli söz sahibi olduğu bildirilir.

Ardı olacaq.....



Hiç yorum yok:

Yorum Gönder