18 Temmuz 2018

Cəlilabad üsyana sürüklənir !



Cənab Prezident İlham Əliyevin göstərişlərinə əməl etməyən məmurlar sırasına Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalovda qatıldı. Belə ki,  Cəlilabad rayon icra hakimiyyətinin başçısı təyin olunmu Namiq Zeynalov korrupsiyaya bulaşmış məmurları çıxararaq yerinə təyin etdiyi yeni komanda ilə təhsil və digər sahələrdə korrupsiya əməlinə başlamışdır. Məktəblərdən 400-800 azn toplatdıran Namiq Zeynalov digər tərəfdən isə qəzet pulu adı altında məktəblərdən pul yığdırır. İndi isə bələdiyyələrin hər birindən 1500-2000 azn yığdırmağa başlayıb. Bu yığımı isə Malik Şərbətovun yerinə təyin edilmiş Əmrəliyev Elgün və digər korrupsioner Vidadi Dövlətovun yerinə təyin olunan Məmmədov Mansurdur. Şəffaf işləyəcəkləri ilə əhalini aldadan Namiq Zeynalov indi artıq Cəlilabadlıların qəzəbini qazanmışdır. Belə getsə məlum Gəncə hadisələri Cəlilabadda gözlənilir.

Hiç yorum yok:

Yorum Gönder