15 Ekim 2018

Maskalar düşür, icra başçısı öz məsumiyyətini itirir










Maskalar düşür, icra başçısı öz məsumiyyətini itirir

Cahan.infonun məlumatına görə

Cəlilabadın Şabanlı kənd sakini Tarverdiyev Fərhad Hüsi oğlu təhsil şöbəsi müdiri Hafiz Cavadovun qanunsuz əməllərindən bəhs edən müraciət ünvanlayıb

Cahan.info-ya daxil olan məktub təhsil naziri Ceyhun Bayramova, Cəlilabadın icra başçısı Namiq Zeynalova, 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Ehtiram Muxtarova göndərilib.


F.Tarverdiyevin sözlərinə görə, 67 yaşlı müəllimdir, YAP üzvüdür. O, Cəlilabad təhsilini zülmətəsürükləyən, onu bataqlığa salan, ziyalı kütləsini günü-gündən dövlətdən narazı salan Hafiz Cavadovun fəaliyyəti araşdırılmalıdır. 

“Cəlilabad təhsili respublika təhsil sistemində axırıncı 2-3 yerdən birini tutur. Təhsil şefləri müxtəlif cinayətlərdə, o cümlədən Ağır Cinayətlər Məhkəməsində sürünəndə belə, o, bu cinayətlərə şərik olsa da,“yağ içindən qıl çıxan” kimi sürüşüb çıxıb. 

Səbəb isəəfsuslar olsun ki, YAP rayon təşkilatının sədr müavini olmasıdır. Əslində isə YAP donuna bürünmüş, müxalifət canavarıdır. Təhsil şöbəsində hər kiçik işdən tutmuş, böyük işə qədər hər işin öz “qiyməti” var. Təsadüfü deyil ki, Cəlilabad ziyalıları Hafiz bəyi “rüşvətlər kralı” adlandırırlar”, - deyə cəlilabadlı müəllim yazıb. 

Onun sözlərinə görə, paralel sinfin açılması 1100-1300 manat müqavilə1500-2000 manat arasında dəyişə bilir: 

“Onun müxalifətə can-başla xidmət etməsinin əyani sübutu olaraq bu günlərdə işlədiyi dövrdə məktəbdə təhsilin inkişafına nail, vətən yolunda canını əsirgəməyən müharibəiştirakçısı V.Xankişiyevi qeyri-qanuni vəzifədən azad etməsidir. 

Şabanlı kənd tam orta məktəbinə fəal YAP üzvləri olduğu halda, Müsavatın rayonda fəallarından olan, hazırda ərazidə xaos yaratmağa nail olmuş, tam dərs saatı ilə təmin olunmasına baxmayaraq, məktəbimizdən və Təhsil şöbəsindən yuxarı təşkilatlara böhtan xarakterli mütəmadi məlumatlar yazan Sücaət Mehdiyevi direktor təyin edib. Sücaət bəypsixoloji pozğunluqdan əziyyət çəkmiş vəgizlişəkildə müalicə olunan biridir. 

Məktəbi nələrin gözlədiyi bu baxımdan məlum deyil. Odur ki, bir ağsaqqal müəllim kimi xahiş edirəm öz rüşvətxorluğu ilə böyük ziyalı ordusunu cana yığmış Hafiz bəy və onun Şabanlı kənd tam orta məktəbinə təyin etdiyi direktor barədə tədbir görülməsinə göstəriş verəsiniz”.

Cahan.info xəbər verir ki, Cəlilabad rayon təhsilindən edilən saysız-hesabsız şikayətlər və müraciətlər bu gündə səngimək bilmir. Yağışdan çıxıb yağmura düşən müəllimlər rayon təhsilində tənəzzül dövrü yaşandığını deyir. Bildirilir ki, Cəlilabad rayonunda yaşanan yeni dəyişikliklər özü ilə naşı və rüşvətpərəs tkadrlar gətirib. 

Paytaxt.org yazıb ki, cəlilabadlı ziyalılar rayon təhsilində baş verən haqsızlıqlardan və özbaşınalıqlardan şikayətçi düşüblər. Onların bildirdiyinə görə, Hafiz Cavadov özünə məxsus “taktiki” dəyişikliklər edərək xərac toplamağa başlayıb. 

Hafiz Cavadov əvvəllər də əlaltılarının vasitəsilə 129 məktəb direktorunu istismar edilməsində sabiq RTŞ-nin müdirinə yaxında köməklik edib. Adı bir çox rüşvət olaylarında hallanan H.Cavadov müdir əvəzi olandan sonrada köhnə təcrübəsini işə salması hər kəsdə narahatlıq yaradıb.

Şikayətçilərin iddialarına görə 129 məktəb direktorunu RTŞ -yə çağırıb onun rəhbərliyində işləmək istəyənlərə yeni qiymətləri açıqlayıb. Yeni müdir əvəzi kiçik məktəb direktorluğu 3 min böyük məktəb rəhbərləri isə işdə qalacağı halda 5 min verməlidir. 

Müqavilə ilə işləyən müəllimlərə gəldikdə isə, ayda 300 yüz manata işləmək istəyən müəllim cənab Cavadova 1000-1400 manat əvvəlcədən şirinlik verməlidir.

Bundan başqa şikayətçi ziyalılar iddia edir ki, Hafiz Cavadov kənd və rayon məktəblərində sinif komplektləri açdıraraq 1300 manat qarşılığında parallel siniflərin yaradılmasını da təşkil edir. Yeni dəyişikliyə görə, indi artıq “aylıqlar” inzibati ərazi üzrə bir neçə direktor tərəfindən yığılaraq mərkəzə gətirilir…

Şikayətçilərin etdiyi şikayətdə, əvvəllər kontingentindən aslı olaraq kiçik məktəblər 200, böyük məktəblər 500 verirdisə, indi 300-600 manat hesab qoyulub. Kontingentindən asılı olaraq hər məktəb 3-5 texniki işçinin maaş kartına yazılan məvacibin də Hafiz Cavadova verilməsi nəzərdə tutulub. 

Bütün bunlar azmış kimi direktorlarlardan ayda 300-500 manat və müqavilə ilə işləmək istəyən hər müəllimdən alınan 1300 manat pullar isə rayon İcra hakimiyyətidə məlum adama verilməsi də gündəmə gətirildiyi bildirilib.

Qarşı tərəfi dinləməyə hazırıq...

Hiç yorum yok:

Yorum Gönder