04 Aralık 2018

İcra başçısının"qəzet pulu" adı altında korrupsiyası



Hər 6 aydan bir təhsil işçilərindən yığılan "qəzet pulu" vergisi ənənəsi Namiq Zeynalov tərəfindən amansızcasına davam etdirilməkdədir. Təhsilə açıq şəkildə nifrət edən Namiq Zeynalov Cəlilabad təhsilinə zərbə vurmaq üçün əlindən gələni etməkdə davam edir. Müəllimin halal zəhmətinə müxtəlif yollarla əlindən almağa çalışan icra indi bu məbləği artırırmaqla yanaşı artıq həyasızcasına heçnədən çəkinmədən özü yığır. İcraya çağıraraq öz adlarına açdıqları hesab nömrəsini direktorlara təqdim edərək guya puldan onlara heçnə çatmadığını göstərirlər. Nəzərinizə çatdırım ki, belə qəzet pulu Bakıda yığılmır. Nədənsə rayonlarda yığılan bu  pulları isə əvvəl Loğman Hüseynov indi həmin şöbənin baş məsləhətçisi Nəsib İsgəndərov həyata keçirir. Bloqumuzu diqqətlə izləyən icra strukturu və nazirlik yəqin çirkin kompanoyanı saxlayar.

Hiç yorum yok:

Yorum Gönder