29 Mart 2019
Qərənfil Əhmədovanın "islahatları" təhsilimizi uçruma aparır
Prezident İlham Əliyevin və təhsil naziri Ceyhun Bayramovun təhsildə apardığı islahatlara kölgə salan Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədovanın "islahatları" rayon təhsilini məhvə aparır. Direktorları tez-tez rayona cağıraraq onlara ancaq iməcliyə lapatka, vedrə və araba ilə gəlməyi
tövsiyə etməkdən başqa əlindən bir iş gəlməyən Qərənfil Əhmədova belə getsə təhsili STROYBATA çevirəcək . Etibarlı mənbələrin verdiyi məlumata görə xanım ancaq İcra Başçısının verdiyi tapşırıqları həyata keçirməklə aylıq yığmaq və direktorları iməcliyə cəlb etməklə təhsili bazara çevirib. Hər şeydən pul əldə edən Qərənfil Əhmədova indidə İlham Əliyev haqqında kitabı pulla satır və hər kəsə bəyan edir ki, mən vaxtı ilə bu kitabı 30 manata alırdım, sizin bəxtiniz çəkib ki mən ucüz, 20 manata satıram. Əldə etdiyimiz məlumata görə bu kitablar müəssisələrə dövlət tərəfindən pulsuz verilir. Qərənfil Əhmədovanın "islahatları" bununlada bitmir. O, rayonun ən böyük məktəbləri olan 7 və 8 nömrəli məktəblərinə Dərs Hissə Müdirləri ola-ola heç bir iş təcrübəsi olmayan ədəbiyyat müəllimi Şükürova Səidə və tarix müəllimi olan Süleymanlı Sevdanı 25-30 min manat müqabilində təyin edib. Təhsil Nazirliyinin əmrlərini və qanunları qəbul etməyən xanıma dur deyən tapılmazsa Cəlilabad təhsili məhv olacaq. İnanırıq ki, aidiyyatı qurumlar bu xanımın axmaq "islahatlarının" qarşısını alacaq..
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder