28 Mayıs 2019
Qərənfil Əhmədova müşavirədə necə rəzil oldu !
Bildiyimiz kimi mayın 24-də Masallı rayonundakı Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair zona müşavirəsi keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov təhsil şöbələrinin müdirləri, təhsil işçiləri, KİV nümayəndələri və digər şəxslər iştirak edib.
Respublikamızın inkişafına təkan verən əsas sahələrdən birinin təhsil olduğunu diqqətə çatdıran Məhəbbət Vəliyeva təhsil işçilərinin çətin, eyni zamanda məsuliyyətli və şərəfli iş yerinə yetirdiklərini bildirib. Ümumi təhsil pilləsinin əhəmiyyətindən söz açan nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşması, onlarda həyat üçün vacib olan keyfiyyətlərin aşılanmasının məhz bu pillədən başlandığını da deyib.Müşavirədə Məhəbbət Vəliyeva təqdim etdikləri hesabata əsasən zəif qiymətləndirilən məktəblərin, eyni zamanda müəllimlərin fəaliyyətlərinin izlənilməsini, nəticələrin geniş şəkildə təhlil olunmasını tövsiyə edib.Daha sonra Masallı, Cəlilabad və Yardımlı rayon təhsil şöbələri müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.
Cəlilabad RTŞ -nin müdiri Qərənfil Əhmədovanın işindən narazı olan Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva ona xəbərdarlıq etmişdir. Müşavirənin sonu daha böyük biabırçılıqla yadda qaldı. Məhəbbət Vəliyeva müşavirə zalından çıxmamış Cəlilabad RTŞ-nin müdirinin təyin etdiyi yeni direktorlar etik normaları pozaraq zaldan hamıdan öndə çıxıblar. Bunu görən Məhəbbət xanım həmin şəxslər haqqında tədbir görülməsini tələb edib.
P.S. Axı Məhbbət xanım hardan bilsin ki, o direktorlar qoyulan taslardan və iməcliklərdən etik normaları belə unudublar.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder