16 Mart 2020

Cəlilabad Təhsil İşçilərindən yuxarılara "Novruz Sovqatı" yığıldı.(VİDEO)

Nə Prezidentin islahatları, nə də Koronovirus təhlükəsi Cəlilabad Təhsil İşçilərinin yuxarılara hər il göndərdiyi “Novruz Sovqatına” təsir göstərə bildi. Bu il də hər bir məktəb Kərəm Həsənovun tapşırığına əsasən PA-na “Novruz Sovqatı” göndərdi. Yığım “Okean” kafesində baş tutdu.
Kərəm Həsənovun Cəlilabad rayonundakı mülklərini idarə edən Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin rəisi Xudaverdiyev Qalib Firudin oğlunun qardaşı

 Xudaverdiyev Fuad Firudin oğlu özünə məxsus “Okean”  kafesində direktorlardan 1 quzu və 10 toyuq alırdı. Hələ bu azmış kimi Xudaverdiyev Fuad  kiçik qoyun gətirənlərin qoyununu bir şərtlə qəbul edirmiş ki, ona əlavə 20-30 manat versinlər.
Cənab Prezidentin təyin etmiş olduğu Namiq Zeynalov heçnədən çəkinmədən bu sovqatı təhsil işçilərinin boğazından kəsərək yığdı. Görəsən sovqatı alan PA-dada duruma susacaqlar ?


Hiç yorum yok:

Yorum Gönder