Kərəm Həsənovun qohumu vətəndaşın torpaqlarını mənimsəyib özü üçün ev tikir
Cəlilabad rayon İcra hakimiyyətinin şöbə müdiri vəzifəsindən sui-istifadə edib
Cəlilabad sakinləri Babayeva Xatira İbrahim qızına və Babayev Alı İbrahim oğluna Cəlilabad Rayon İcra hakimiyyətinin 30 aprel 1996-cı il tarixli 40 saylı sərəncamı ilə təsdiq olunmuş inkişaf fondu üçün nəzərdə tutulmuş sahədən o zaman rayonda fəaliyyət göstərən “Bakı” sovxozu tərəfindən 23 iyun 1997-ci il tarixli 8 nömrəli əmrlə hər birinə ayrı-ayrılıqda 0.06 ha torpaq sahəsi ayrılıb.
Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli 03 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində JN-1250A və JN-1251A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə tərtib olunuraq Babayevlərə verilib.
Həmin torpaq sahəsinin vergisi hər il Cəlilabad Şəhər bələdiyyəsinə Xatirə Babayeva və alı Babayev tərəfindən ödənilib.
Rayon sakinləri Babayeva Xatirə və Babayev Alı bildirir ki, Cəlilabad şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyev onlara məxsus torpaq sahəsini mənimsəyərək özü üçün şəxsi yaşayış binası tikdirir. Yaşar Vəliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin rəisi olub. Həmin vəzifədə çalışdığı vaxtda boş qalan sahələri (vətəndaşların imkansızlıq ucbatında ev tikə bilmədiyi torpaqlar) qeyri qanuni yollarlarla özününküləşdirib.
“Bütün bu əməlləri isə Yaşar Vəliyev əvvəllər Dövlət əmlak Komitəsinin sədri olan, hazarda isə Prezidentin köməkçisi Kərəm Həsənova güvənərək etdiyi bildirilir. Yaşar Vəliyevin Həsənovlarla yaxın qohum olması, vəzifədə Həsənovların kadrı bütün cəlilabadlılara aydındır. Heç Yaşar Vəliyev də bunu gizlətmir”,-deyə bu haqda da şikayətçilər bildirib
Buna oxşar hallarla bağlı redaksiyamıza əvvəllər də şikayətlər də daxil olub. Uzuntəpə Kənd sakini Əpruz Abbasova da ona məxsus torpaq sahəsinin bu qayda ilə əlindən alınması barədə video-müraciətlə çıxış edib.
Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı, buna baxmayaraq onların münasibət bildirmək hüququ saxlanılır.
azadliq.info
Hiç yorum yok:
Yorum Gönder