09 Haziran 2019

ASAN xidməti ÇƏTİN xidmət edən kimdir ?




Cəlilabad rayonunda  “ Asan Xidmət”  mərkəzi  üçün bina tikiləcək !

Öncə ASAN Xidmət haqqında qısa məlumat

ASAN XİDMƏT -“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.

ASAN XİDMƏTİN –yaradılmasında məqsəd
vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması
dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;



Bu xəbəri eşidən hər kəs sevinsədə  təkcə müəllimlərin ürəyincə olmayıb.Elə bilməyin ki, müəllimlər Cəlilabadda inkişafı istəmir və ya şəffaf , korrupsiyasız bir qrumun fəaliyyətinə qarşı çıxır. Əlbəttə istəyərdilər  amma..... Sözün qısası,  amması budur ki, Asan xidmətin tikintisi üçün  dırnaq arası tenderin qalibi özləri istəməsədə  “Cəlilabad Rayon Təhsil Şöbəsi”  MMC  tikinti şirkəti olub.  Cənab Namiq Zeynalovun  əmri ilə “Cəlilabad RTŞ” Tikinti Şirkətinin rəhbəri Qərənfil Əhmədova məktəblərə sement “istehsal” edib ona təhvil verməyi tapşırıb. Kontingentindən aslı olaraq

Şəhərin böyük  məktəbləri ---- 250 paçka sement
Şəhirin  kiçik məktəbləri  -150 paçka sement
Kəndlərdə olan  tam orta məktəblər -100 paçka sement
Kəndlərdə olan Ümumi  Orta  Məktəblər-70 paçka sement 
İbtidai Məktəblər   -30 paçka sement
Görünən odur ki, Cəlilabad rayonunda tikiləcək “Asan Xidmət”  heç də asan tikilməyəcək. Dediklərimiz bir daha öz təsdiqini tapır. Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Namiq Zeynalov  Prezidentə  qarşı çıxır və onun nüfuz və etimadını ciddi şəkildə zədələyir. Buna bariz  nümunə isə yuxarıda altını xətləyərək göstərdiyimiz dövlət siyasətinin təməllərini sarsıtmağıdır.


Hiç yorum yok:

Yorum Gönder