Cəlilabad təhsil işçiləri hələ əmək haqlarını almayıblar, ancaq bilirlər ki, indidən onları çox ağır vergilər gözləyir. Hələ sement pulunu verib qurtarmamış indi hər məktəbdən 800-1000 manat arası qəzet pulu istənilir. Elə başa düşməyin ki, bu aylığın olmayacağı anlamına gəlir. Qətiyyən ! Bu dəfə təhsil işçiləri " Üçü birində " vergisi verəcəklər. Pulu vaxtında verməyənləri yoxlamalar gözləyir.
Aylığı az verən məktəblər dərhal RTŞ müdirinin yoxlamalarına məruz qalır. Bundan sonra iki qat ödəməyə məcbur olduqlarından dərhal vergilər ödənilir.
Hiç yorum yok:
Yorum Gönder