24 Eylül 2017

14 saylı ƏMHM-nin rəisi Ehtiram Muxtarovun iyrənc oyunları

Bildiyimiz kimi , Prezident İlham Əliyevin "Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 iyul 2014-cü il tarixli sərəncamına əsasən, təhsildə şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ilə yanaşı, ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi nəzərdə tutulur. Bununçün aparılacaq struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət etməli idi. 

Bəs 14 saylı ƏMHM-ni rəsi Ehtiram Muxtarov nə edir  ?



region müəllimlərinə aylıq haqq qoyan təhsil şöbə müdirlərində fərqli olaraq Masallı 14 saylı ƏMHM nin rəhbəri və işçiləri elə vəziyyət yaradırlar ki, onlara pulu yalvara -yalvara verirlər. Məsələn ötən illərdə olduğu kimi bu ildə sinif açılması üçün mütləq 800-1000 manat təkcə Regional Təhsil İdarəsinə verməlisən. Odun pulu adı ilə 3 kub hər məktəbə odun yazmaqlarına baxmayaraq (600 manat edir) hər direktora 20 manat verərək qol çəkdirirlər. Məktəbə verilən invertarların qiyməti dəyərindən qat-qat artıq şişirdilərək yazılır. Bu il isə dərs bölgüsünün düzgün aparılmadığını bəhanə edərək direktorları gəl gedə salaraq pul qoparmamış razılıq vermirlər. Beləliklə direktorlar dərs saatını satıb regionala pul verməyə məcbur olurlar. Ehtiram Muxtarovun Cəlilabad rayonundakı qara kassası  Zaur Əzizovdur. Pullar məhz onun əli ilə yığılaraq regional idarəyə ötürülür. 

Dərs saatı kimlər tərəfindən və neçəyə satılır ?


Bizə daxil olan məlumata görə Cəlilabad şəhər 1 saylı tam orta məktəbin direktoru Füzuli  və şəhər  8 saylı məktəbin direktoru Qərənfil Əhmədova  bir dərs saatını 20-30 manata satırlar.
















Müqvilə bağlamaq üçün isə Ərəstun Hüseynov vasitəçi təyin edilib. Müddətlimüqavilə bağlamaq arzu edənlər gərək onu görüb siyahısına 1200 manat pul yazdıra . 



Hiç yorum yok:

Yorum Gönder