27 Temmuz 2019

Qanunsuzluqların arxasında Qərənfil Əhmədova durur !

Cəlilabad təhsilindəki bərbad durum hər gün bir az da dərinləşməkdədir. Attestat alveri, adı olub özü olmayan şagirdlər, ölü can texniki işçilər azmış kimi indidə vakansiyanın gizlədilməsi ilə bağlı məlumatlar əldə etmişik.  Direktorlardan yaxşı pul alan Qərənfil, onların məktəblərindəki vakant yerlərin adlarını təhsil nazirliyindən gizlədib. Hətta direktorların vakansiyalarıda gizlədilmişdir.    İnanırıq ki, təhsil naziliyi duruma müdaxilə esəcək.

02 Temmuz 2019

Xadimə kartlarını mənimsəyən icra nümayəndəsi kimdir?

İcra Hakimiyyətinin təhsilə müdaxiləsi barədə dəfələrlə yazmışıq. Hətta icra hakimiyyəti  bir yana  kənd icra nümayəndələri belə təhsilə müdaxilə edirlər. Bunlardan biri də Cəlilabad rayon Şabanlı kənd icra nümayəndəsi Mirzəyev İlqar Kərim (oğlu Vüqar Mirzəyev  İcra Hakimiyyətində işləyir.)oğludur . Dələduzluqla məşğul olan İlqar Mirzəyevi əhali daha çox Aqro Lizzinqdən kombayn götürərək aşağı qiymətə satması ilə tanıyır. Onun təhsillə əlaqəsi olmasa da  məktəblərdəki xadimə kartlarını əlinə keçirərək aylıq pulu mənimsəyir. Yəqin ki, aidiyyatı qurumlar yazımızı gördükdən sonra həmin şəxs haqqında araşdırma aparacaq.