27 Aralık 2018

Cəlilabad təhsili talan edilir.


Cəlilabad rayon icra hakimiyyəti ac qurd kimi orta məktəblər üzərinə düşərək onlardan xərac toplayır. Buna başçılıq edən başçının qohumu olan dişi qurd Elnarə Həsənovadır. Hər orta məktəbdən min-min beş yüz manat alan icra hakimiyyətinə RTŞ də göz yumur . Bu vəziyyətdə olan orta məktəblərdə təhsildən danışmaq olarmı ? Hələ bir neçə gün bundan öncə Fuad Xudaverdiyev (bu şəxs regional əmlak komitəsinin sədri Qalib Xudaverdiyevin qardaşıdır) adlı restoran işlətməcisi Hind quşu və quzu vergisini yığıb qurtarmamış ardınca bunların baş verməsi Cəlilabad təhsilinə düşmən kəsilmiş icra başçısının göndərilməsindən xəbər verir. Nə edək dərdimizi kimə deyək ?

23 Aralık 2018

Cəlilabad icra başçısı bilet satır ?



Cəlilabad icra hakimiyyəti bilet satır. Biletin qiyməti 2 azn. Məktəblərin hamısının iştirak etməsi vacibdir və hətta bunu məcbur aldırıblar. Pəhləvan pulu isə hər məktəbdən 100 manat alınıb. Əzizə biznesmen deyirdilər. Namiq əsl peşəkardır.Keyf edin !

21 Aralık 2018

Cəlilabadda təhsil ktiminal qüvvəllər tərəfindən idarə ediləcək

Sosial şəbəkələrdə yayılan məlumatlara görə Cəlilabad RTŞ nin müdiri Hafiz Cavadov məktəblərə aylıqdan başqa yeni bir vergidə təyin edib. Deyilənə görə bu vergi şəhərə gələcək  pəhləvan göstərişi ilə əlaqədar "pəhləvan" vergisidir. Qəzəetpulunu icra hakimiyyətinin özü birbaşa yığdığını hamı bilsədə digər vergilərin adətən Hafiz vasitəsilə yığılır deyə hamı RTŞ -ni günahlandırır. Ancaq çox adam bilmir və ya özünü avam yerinı qoyaraq elə düşünür ki Hafiz bu qədər pulu özü yeyir. Daha bilmirlər ki, pulun hamısı İcra hakimi Namiq Zeynalova gedir. Namiq Zeynalov üçün fərq etmir təhsil var ya yoxdur. Onun üçün hətta Hafiz belə maraqlı deyil. Aldığımız məlumata görə son zamanlar Təhsil Nazirliyindən ciddi təpkilər alaraq daha pul yığmayacağını deyən Hafizin yerinə yeni namizəd belə var. Namiq Zeynalov onun yerinə kriminal qüvvələrin arxasında durduğu Qərənfili gətirərək təhsili kriminal qüvvələr vasitəsilə idarə etmək istəyir. Məlumat verən şəxs bu planın çoxdan hazırlandığını və hətta son zamanlar Hafizdən narazılıq edənlərin Qərənfil tərəfindən təşkil edildiyini bildirir. Görünən odur ki, Cəlilabadlılar arasında hər gün artan narazılıq daha da artacaq.

04 Aralık 2018

İcra başçısının"qəzet pulu" adı altında korrupsiyası



Hər 6 aydan bir təhsil işçilərindən yığılan "qəzet pulu" vergisi ənənəsi Namiq Zeynalov tərəfindən amansızcasına davam etdirilməkdədir. Təhsilə açıq şəkildə nifrət edən Namiq Zeynalov Cəlilabad təhsilinə zərbə vurmaq üçün əlindən gələni etməkdə davam edir. Müəllimin halal zəhmətinə müxtəlif yollarla əlindən almağa çalışan icra indi bu məbləği artırırmaqla yanaşı artıq həyasızcasına heçnədən çəkinmədən özü yığır. İcraya çağıraraq öz adlarına açdıqları hesab nömrəsini direktorlara təqdim edərək guya puldan onlara heçnə çatmadığını göstərirlər. Nəzərinizə çatdırım ki, belə qəzet pulu Bakıda yığılmır. Nədənsə rayonlarda yığılan bu  pulları isə əvvəl Loğman Hüseynov indi həmin şöbənin baş məsləhətçisi Nəsib İsgəndərov həyata keçirir. Bloqumuzu diqqətlə izləyən icra strukturu və nazirlik yəqin çirkin kompanoyanı saxlayar.

09 Kasım 2018

Ceyhun Bayramova "Açıq Məktub"

















Cəlilabad şəhər 8 saylı məktəbin ana dili ədəbiyyat müəllimi Ramil Sadıqovdan Ceyhun Bayramova
                                                                    AÇIQ MƏKTUB









02 Kasım 2018

Cəlilabadda dövlətə və bayrağa nifrət aşılanır


Başqa rayonlarda olduğu kimi, Cəlilabad rayon təhsilindədə vəziyyət çox bərbad vəziyyətdədir. Yerli icra hakimiyyətini və RTŞ müdirini təhsildən çox aylıq pul yığımı maraqlandırır. Aylığı kecikdirənlərə qarşı isə təzyiq vasitəsi kimi yoxlama göndərirlər. Aylıq azmış kimi indidə "qəzet pulu" və "bayraq pulu" vergisidə əlavə olunub. Hər bir direktor "aylıqdan" əlavə Bayraq gününə görə icra hakimiyyətinə 5-6 ədəd bayraq alıb verməli və ən azı 700-800 manatıq olmayan qəzetə abunə olmalıdır. Yığım işlərinə RTŞ də hər zaman olduğu kimi yenədə Ağaxan, İlkin , Ramiz və Rəxşəndə rəhbərlik edir. Buradan təhsilimizi bərbad vəziyyətə qoyanlara demək istəyirəm :
Rayon təhsilindəki neqativ hallardan yazan bəzi şəxsləri vəzifə və pulla susdursalarda açıq şəkildə yazı yazanlarda var. Belə insanlarımız nə qədər ki var heç kəs bu rayonun təhsilini çökdürə bilməycək

10 Ekim 2018

Cəlilabad təhsili bu qədər biabırçı durumda olmayıb

Cəlilabad məktəbinin direktor əvəzlərindön birinin verdiyi məlumata görə Cəlilabad RTŞ -də vəziyyət çox biabırçı həddə çatıb. Şəhər məktəblərində direktor vəzifəsini icra edənlərdən müqavilə bağlamaq üçün 15-20 min , ümumi orta məktəblərindən 3-5 min arası pul toplanır. Deyilənə görə pulu Rəxşəndə və İlkin vasitəsilə Hafiz Cavadov toplayır və bunu bir başa başçı Namiq Zeynalova verirlər.
Korrupdioner Vidadi haqqında verdiyimiz suala isə direktor əvəxi belə cavab verdi ki, onu metodist kimi işə götürüb 4 nömrəli məktəbə direktor əvəzi təyin ediblər.
Bütün bunlatın rəsmləşdirilmə işini necə etdikləri isə müammalı olaraq qalır.

29 Eylül 2018

Korrupsioner Vidadi Dövlətov Cəlilabad RTŞ-nə qayıtdı !

Korrupsioner  Vidadi Dövlətov Cəlilabad RTŞ-nə qayıtdı !

Əvvəllər Rayon Təhsil Şöbə müdiri işləyən i  və rayon təhsilini məhv edən Vidadi Dövlətovu yeniidən təhsil şöbəsinə gətirdilər. Təhsildə yenilik islahat deyəndə yəqin  elə bunu nəzərdə tuturmuşdular. Belə görünür ki, rayonlarda başlanacaq islahatlara doğan ümüd bətindəcə boğuldu. Vidadi kimi təhsildən anlayışı olmayan birini metodist qoymaqla təhsildə rüşvəti necə alacaqlarının metodu yəqin ki, müəllimlərə öyrədiləcək. Hal-hazırda rayon təhsilində davam edən şıdırğı alverdə yəqin ki, Hafiz Cavadova yeni metodlar lazım olacaq. ..... Rayonun təhsili məhv edilir və bunu edəndə  başqası yox elə Dövlətovların əli ilə dövlətin  özüdür !!!

21 Eylül 2018

Korrupsiya tenderi. Təhsil şöbəsi yox bazardır




Cəlilabad rayon təhsil şöbəsi tender elan edib. Tenderdə iştirak etmək üçün direktor olmaq lazımdır. Tenderde iştirak edəcək məhsullar aşağıdakılardır 
1. Hazırlıq qrupları açmaq üçün 250 manat
2. Sinif açmaq üçün 1500 manat
3. 65 yaşından yuxarılarla müqavilə bağlamaq üçün 1500 manat
4. fərdi təhsil 250 
5.Xüsusi təhsil 250-300
6.Başqa yerdən gələn şagirdlər üçün şəhər məktəblərində adlarının yazılması üçün 1000 manat 
7.Kənd məktəblərində adları yazdırıb özləri olmayanlar 500 manat ödəyirlər.
Xidmət bir pəncərə rejimində Ağaxan , İlkin  və Rəxşəndə vasitəsi ilə həyata keçirilir.
Hafiz Cavadov yaxşı insandır ətrafı pisdir.



     14 saylı ƏMHM-nin tenderi daha ucuzdur.

   1.Tarifikasiyanı doldurmaq üçün 50 manat
   2. Cədvəlin doldurulması üçün  50 manat

Bir pəncərə rejimndə həyata keçirmək üçün muhasiblərə və baş muhasib Müşviqə yaxınlaşa bilərsiniz.

14 saylı ƏMHM -nin müdiri Ehtiram Muxtarov keyfiyyətə şəxsən zəmanət verir.

19 Ağustos 2018

Kolxozdur ya RTŞ ?


   

Cəlilabad təhsilində rəzalət davam edir !

RTŞ -yə bir həftədir gedirəm ancaq bir nəfər tapa bilmirəm ki, dərdimi deyəm. Nə vaxt soruşuram deyirlər iməclikdədir. Ey dad ! insan nə qədər iməcliyə gedər ? Heç Lenin köpəkoğlu bu qədər  iməclik etməyib. RTŞ müdiri Hafiz müəllim isə sən demə indiyə qədər sadəcə maskalanıbmış. İndi yaradılan fürsəti əldən vermir. Yuxarılara əlindən gələn nə var çatdırır. Çatdırdığı pula da ola bilər , söz də . Düzdür söz pulu əvəzləmir, ancaq heç elə sözdə var ki, onu pulla əvəzləmək olmur. 
Burdan sözüm həmdə Təhsil Nazirliyinədir. Hər zaman şikayət edirsiniz ki, Cəlilabadda təhsilin səviyyəsi aşağıdır və inkişaf yoxdur. Necə inkişaf yoxdur ? Bu gün rayonda hansı dövlət obyektinə baxsan orada müəllimin(məktəbin) əməyi var.  Həm aylıq pulu ilə , həm də məktəbin texniki işçiləri ilə ərsəyə gətirdiyi abadlıq işləri hamısı təhsilimizin "inkişafı" kimi qiymətləndirilməlidir. Repititorlar sağ olsun,daha doğrusu onlara pul verən valideyinlər olmasa idi indi heç ali təhsillimiz olmazdı. Əslində hər bir işi ilə kolxozu xatırladan RTŞ də Hafiz müəllimdə Kolxoz sədrinə oxşyır. Buna görədə bu müəssisə tam təyinatı istiqamətində işləyir. Əgər normal işləməsini istəsəniz Vətəninə , Millətinə, Xalqına sadiq bir nəfər təhsil işçisi göndərin qoy təhsili inkişaf etdirsin . 


10 Ağustos 2018

İcra hakimi kimi şərəfsiz, şəxsiyyətsiz , alçaq adlandırıb ?

ŞƏRƏFSİZ, ŞƏXSİYYƏTSİZ, ALÇAQ adlandırılan məmur kimdir ?
 Səbəbini tam bilməsəkdə bu gün günorta saatlarında Cəlilabad rayon icra başçısı Namiq Zeynalov cənablarının hansısa məmuru söyüb təhqir elədiyi barəsində məlumat əldə etdik. 




09 Temmuz 2018

Başçı hansı xanım direktorla şəxsən telefon əlaqəsi saxlayır ?



Qərənfil və oğlanları
Əvvəlcə onu qeyd edim ki, "Tovuzquşu" haqqında yazı gedən kimi bir nəfəri araya salaraq yazdırır ki, guya  tək qadındır və heç kimi yoxdur. Bu şəxsdə buna inanaraq düşür ortaya. İndi həm ona həm də digərlərinə aydınlıq gətirmək üçün bəzi nüanslara aydınlıq gətirim. Bir tək qadın 2 övladı Bakı şəhərində eyni vaxtda oxutmaqla yanaşı, həyat yoldaşını rusiya həbsxanasından gətirərək Bakıda həbsxanada hansı pulla və ya nə qədər pulla saxlaya bilər? Hər toyda bir bahalı paltarla getmək necə ? Sonda hansı direktora və ya hansı xanım direktorla şəxsən telefon əlaqəsi saxlayıb danışırlar və ya hansı direktor yeni təyin olunmuş icra başçısı ilə bir başa telefon əlaqəsinə girir ?
İndi ay yazıqlar.... yazıq sizsiniz o deyil !

"Tovuzquşu" 7 nömrəli məktəbə direktor təyin edilir.



Keçmiş icra başçısı Əziz Əzizovun sürücüsü(bacısı oğlu) Muradla adı hallanan  8 nömrəli məktəbin direktoru Əhmədova Qərənfil Qorxmaz qızı toxunulmaz statusuna malik olmaqla yanaşı ən çox xərac verən olub. Elə indidə RTŞ -də müdir əvəzi olan Hafiz Cavadova  2000 azn  pul verərək yenə də rekorda imza atıb. İndiki başçının sürücüsü ilə əlaqəsinin olub-olmamasını deyə bilmərik ancaq onu bilirik ki, necə "xod" tapıbsa "Tovuzquşu" kliçkalı bu xanımı 7 nömrəli məktəbə direktor vermək istəyirlər. Müəllimliyə yaraşmayan, kriminal krişalı direktorun Zərifə Əliyeva kimi möhtərəm bir  xanımın adını daşıyan məktəbə  direktor verilməsindən böyük təhqir ola bilməz. Bunu bizə elə 7 nömrəli məktəbin müəllimlərindən biri dedi. Əgər onu bu məktəbə verərlərsə icra başçısı üçün heçdə yaxşı nəticələnməyəcəyini də qeyd edirlər.  

 

05 Temmuz 2018

Suyun lal axanı, İcranın sakit baxanı...

 



 Hafiz Cavadov bu gün  məktəb rəhbərlərini çağıraraq pul verməsələr məktəblərinə yoxlama  göndəriləcəyini bildirib. Artıq Elminaz və Əzizin atasına rəhmət oxuyurlar. Bir çox direktor vəzifəsindən imtinaya hazırlaşır. 

12 Nisan 2018

Elminaz direktorları hədələdi

Bu gün 17:00 da məktəb direktorlarını yığan Cəlilabad RTŞ nin müdiri Elminaz seçkilərdən qabaq fürsətdən istifadə edib  ona pul verməyənləri hədələyib. Birinci  gündən frontal yoxlamalara başlayacağını və heç kimə güzəşt etməyəcəyini deyib. Hətta sonda hər  kəsə : Mənim çıxmağımı gözləyənlərin arzuları ürəyində qaldı. Mən yoluma davam edəcəm amma sizlər indidən işdən uzaqlaşmağa hazır olun. Elminazın arxayın  "cəsarətinin" arxasında kimin dayandığı məlum olmasada çoxları bunun İcra Hakimiiyyətindən olduğunu düşünür.

30 Mart 2018

Elminaz haqqında bayatı

Əziziyəm Elminaz,
Hiylən çoxdur, elmin az
Eqaistsən bilirik,
Buna görə helmin az,

Əziziyəm hay gedib
Niyə haqqı say gedib ?
Elminaz tənha qalıb
Deyirlər "Day-day "gedib

Əzizim Elminazın
"kim kökləyəcək sazın?"
"Day-day" gedəndən sonra
"De kim çəkəcək nazın ?"

Zopunlular səs salır
Elminaz rüşvət alır
Müəllimlər nə etsin ?
Mayıs yerində qalır.

Əziziyəm əlhəzər
Deyək, dəyməsin nəzər
Rüşvətin hesabıyla
Elminaz evin bəzər

Baloğlan Mirzəli
Şair jurnalist





Elminaza son xəbərdarlıq edildi, amma.....

Ötən saylarımızda seçkiöncəsi təhsil şöbəsində baş verən təxribat barəsində məlumat verdikdən sonra nələr baş verdi ?

 
Cəlilabad rayon İcra Hakimiyyətinə çağrılan Elminaz Nadirova sərt xəbərdarlıq edilərək məktəblərdən yığdırdığı pulu qaytarmasını tələbi qoyulub. Buna baxmayaraq Elminaz Nadirova hamının pulun qaytarsada, özünün etibar etdiyi şəxslərə heç nə qaytarmayıb.
  Bundan başqa bu qarışılıqdan istifadə edən Elminazın komandası da pul yıöımını dayandırmayıb. Komandanaın inanılmış simalarından olan Sarxan Həsənov, Ərəstun Hüseynov, İlkin Zeynalov, Ağaxan Ağayev və Ramiz Quliyev direktorlara zəng edərək pul gətirmələrini tələb edir. Baxmayaraq  ki, Sarxan Həsənov, Ərəstun Hüseynovun təqaüd yaşı, Ramiz Quliyevin  metodist olması buna baxmayaraq ondan inspektor kimi istifadə açıq qanunsuzluq olsada, bu dəfə çox ciddi fakt var . Bu fakt səs yazısıdır və  artıq korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. Yəqin ki, çox qısa müddətdə bu şəxslər əli qolu bağlı aparılacaq və Elminazın illərdir yığdığı pullar onun burnundan gətiriləcək.

25 Mart 2018

Təxribat ya həqiqət ?


Prezidentə qarşı təxribatın arxasında kim durur ?



Cəlilabad RTŞ –i  bu gün saat 10:00 da təcli iclas keçirib. İclasda iki aydır “yığılmayan” aylığın verilməsi tələbi qoyulub. Elminaz Nadirova bu tələbi  ona şəxsən başçı  Namiq Zeynalovun tərəfindən Sabir Hüseynovun  verildiyini  və bu aylıqları Prezident Administrasiyasına göndərəcəkləri deyilib. Aylq tələbində  Prezident və başçı adı olduğundan  heç kimin də cəsarəti çatmır ki, bunu aydınlaşdırsın və artıq kor peşman bütün direktorlar düşüb pul axtarır. Hər halda bunun seçkiqabağı  təxribat olduğuda istisna edilmir.

15 Mart 2018

Elminaz Nadirovanın məxvi tapşırığının üstü açıldı

Bu gün saat17:00 da inspektorları toplayan Elminaz Nadirova  məxvi tapşırıq verib. Tapşırığa görə icranın tapşırığına baxmayaraq "aylıq"lar yığılmalı, ancaq elə etmlidirlər ki, bundan heç kimin xəbəri olmasın. Direktorlara məlumat verilən kimi isə bu işin məxviliyi itdi. Yeni icranın və xüsusilə prezident seçkiləri öncəsi əhalinin narazı salınmaması tapşırığı verilsədə Elminazın bunlara məhəl qoymaması və narazılıq yaratması bir növ hakimiyyətin siyasətinin əleyhinə çıxmaqdır. Yerli İcra hakimi bu xanım Təhsil Şöbəsinin müdirini çıxara bilmirsə yəqin ki bu hərəkətinə görə Prezident Administrasiyası xəbər tutandan sonra nəsə edər.

08 Mart 2018

Elminaz Nadirovanın gunahkar olduğunu sübut edən sənəd

Cəlilabad təhsilində baş verən bütün qanunsuzluqlara görə Elminaz Nadirova cavabdehdir. Məktəbin idarəçiliyi və əmr verəni  rəsmiyyətdə məktəb direktoru olsa belə o buna görə rəsmən Elminaz Nadirovadan icazə alır. Bir oxucumuz bizə məktub yazaraq direktor Qərənfil Əhmədovanı günahlandırmağımızı düzgün hesab etmir və sübut olaraq onun hər hansı əmri verməsində Elminaz Nadirovadan rəsmən icazə aldığını deyir. Bizə analoqu olmayan bu cür vəziyyəti sübut edəcək sənədi  belə təqdim edir. Doğrudan əgər bu sənəd doğrudursa onda nəyə görə hər hansı problemə görə Elminaz  yox direktor gunahlandırılır ? Bu suala isə yəqin Elminaz özü cavab verməlidir ?

Aylıqla bağlı yeni iddia

Bildiyimiz kimi Cəlilabadımıza yeni təyin olunan Namiq Zeynalov gələn kimi ölkədə korrupsiyaya görə ad -san qazanmış Cəlilabad təhsil şefi Elminazai  qət göstəriş verərək rüşvətə son qoymasını tələb etmişdir. Doğrudur o da özünün etibar etdiyi adamlardan başqa heç kimdən bu ay pul tələb etməmişdir. Amma..... amma məktəblərdən topladığı xadimə kartları özündədir və həmin kartlardan gələn gəlirləri heç kimlə paylaşmır. Təhsil işçiləri yeni təyin olunmuş RİH-nin də Elminaza təsir edə biləcəyini düşünmürlər. Əgər doğrudan nəsə etmək istəsəydilər Elminazın hər yerdə villalarını Bakı şəhərindəki evini və qızına aldığı bahalı avtomobili və son vaxt Cəlilabadın mərkəzi küçəsindəki o başdan  bu başa olan Sarayını necə və hansı pulla tikdirdiyini araşdırardılar.



01 Mart 2018

Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova Prezident İlham Əliyevin təyin etdiyi yeni icra başçısı Namiq Zeynalovu rəhbər kimi qəbul etmir ?



Deyilənə görə rayona yeni təyin oluan başçı ilk iclasında Elminaz Nadirovaya sərt xəbərdarlıq edərək rüşvətxor əməllərinə son qoymağa və bundan sonra pul yığımını dayandırmağı əmr edib. Elminaz Nadirova belə bir halın olduğunu boyun almasada ancaq bundan  sonra korrupsiya hallarının qarşısını tam alacağı sözünü verib.  Onun bu sözü sən demə ayın sonuna qədər imiş . Fevral ayının maaşı yüklənən kimi Elminaz Nadirova pul yığımına start verib.Yığım bu gün müəllimləri cağırdıqları iməclikdə baş tutub. Yığımın icraçıları isə, hər zaman olduğu kimi Ə. Hüseynov, S. Həsənov, R. Quliyev, R. Quliyeva , A. Ağayev  və İ. Zeynalov olub.  İndi təhsil işçilərini maraqlandıran bir sual var . Təhsilimizi məhv edən Elminaz Nadirova kimə güvənərək Prezidentin təyin etdiyi şəxsi dinləmir ?

23 Şubat 2018

Cəlilabad məktəbi saxtakarlığına görə rekorda imza atdı.

Cəlilabad şəhər 8 nömrəli məktəb rəhbəri saxtakarlıqda rekorda imza atdı. Maxinasyaları ilə dövlətə zərbə vurmaqda məşhur olan Qərənfil Əhmədova bu dəfə elə bir maxinasiya  etdi ki, bu dövlətə qarşı açıq aşkar düşmənçilikdir.
Fevral ayında 24 büllüten maxinasi edərək dövlətə 15 min manat zərbə vurması ölkə büdcəsinə düşmən kəsilməkdən başqa bir şey deyil . Görəsən buna Elminaz Nadirova niyə göz yumur ?

Elminaz Nadirova haqqında verilən ilginc əmr

Dəfələrlə mətbuatda  yazılanlar sübüt edir ki, Elminaz Nadirovanın Cəlilabad  RTŞ müdiri təyin olunması  yanlış bir qərar olduğu kimi eyni zamanda korrupsiyanın dəstəklənməsi kimi qiymətləndirilib. Çünki bu şəxsin  bu vəzifəyə təyinatı ndana qabaq şəhər  7 №-li tam orta məktəbdə uğursuz bir rəhbərliyi olmuşdur. Təkcə əlimizə keçən RTŞ –nin bir rəsmi əmri  bunu sübut edir ki, Elminaz Nadirovanın bu postda olması Cəlilabad təhsilini qəsddən məhv etməyə hesablanmışdır.
Belə ki, 2015-ci ildə  Azərbaycan Respublikasının  Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarət  xidməti  tərəfindən  aparılmış yoxlamadan məlum olmuşdur ki,  2012 ci ilin oktyabr ayından 2015 ci ilin avqust  ayı üçün olan dövrdə ayrılmış vəsaitərin təyinatı üzrə xərclənilməsində xeyli korrupsiya fakti olub.
Bu  barədə o zamankı Təhsil Şöbəsinin müdiri İlham Salmanovun  04 may 2015 ci il  64 nömrəli əmrində göstərilir ki,   Şəhər  7 nömrəli tam orta  məktəbində 8 sinif komplekti nin sadəcə adı var özləri isə mğvcud deyil. Bu əmrdə həm də  4 fənn  kabineti  ləğv edilməsi  göstərilib. Bütün bunlardan sonra isə Salmanov işdən çıxarır və Elminaz Nadirova vəzifəyə gətirilir. Deməli bu rayonda hansı meyarlar əsasındaa vəzifəyə yeksəlmə bəlli olur.  Belə olan təqdirdə isə təhsildə keyfiyyatdən danışmaq olmaz.

10 Şubat 2018

Yazını göstər, deyim sən kimsən .....

Bu əmri verən  Cəlilabad Rayon Təhsil Şöbəsində müdir işləyir. Deməli Təhsil Nazirliyinə svadlı yox , Elminaz kimi rüşvət toplamağı bacaran lazımdır..

08 Şubat 2018

Cəlilabad RTŞ-ində Üç Müşkatyor və Dartanyan

Bu dəfə sizə Cəlilabad təhsilini talayan Kraliça Elmidən  yox , onun yolunda ölməyə və hətta hər şeylərini verməyə hazır , rüşvət toplamaqda yarışa girən Üç muşkatyor Ağaxan , İlkin və Ərəstun və digər tərəfdən özünü Dartan yan kimi aparan 14 saylı regionalın işçisi Zaurdan danışacam. Kraliça Elminin ətrafında pərvanə olub , hər istəyinə müti olan bu şəxsləri hamı tanıyır və onların necə Cəlilabad təhsilini taladıqlarınıda. İndi hamını maraqlandıran bir məsələ var. Yeni İcra Başçısı Namiq Zeynalov  şərəfsiz dəstəsini dağıtmağa gücü çatacaqmı ?

Cəlilabadda korrupsiya davam edəcəkmi

Cəlilaba rayon İcra başçısı dəyişdi, bəs icrada dəyişiklik olacaqmı ?
Sabiq icra başçısı Əziz Əzizova yaxınlığı ilə tanınan və icra hakimiyyətində şöbə müdiri işləyən Sabir Hüseynov demək olar Cəlilabadı əsarəti altında saxlayırdı. Altında ən axrıncı modl avtomobil və ucuzluq market şəbəkəsi azmış kimi rayonun təhsilindən gələn aylıq 100 min manat və bütün icralar onun kurasiyasındadır. Sabir Hüseynov Elminaz Nadirova vasitəsilə indiyə qədər təhsili talayarkən sabiq icra hakimini bəhanə edər və hər kəsə bunun icra tərəfindən istənildiyi deyilirdi. Bəs onda bu ay icra hakimi olmadığı halda pulların kimə yığıldığı hələ də məlum deyil. Yeddi kəndin icra nümayəndəliyinin mühasiblərini məcbur edərək işdən çıxaran Sabir yeni icra tərəfindən geri addım atdırlacaqmı... sualını hər kəs gözləyir. Ümüd edirik ki, yeni icra başçısı həqiqətən Cəlilabadda təmizlik işi aparacaqdır ...

29 Ocak 2018

Elminaz oğlunu dövlət qulluğuna hazırlayır

Cəlilabad təhsilini məhv edən Elminaz Nadirova, indidə oğlu Xəlilov Zəkanı Uzuntəpə kənd ərazi nümayəndəliyində buxalter vəzifəsinə təyin etdirib dövlət qulluğuna hazırladır. Məqsədi Koperasiya universitetini bitirən  zəkasız oğluna dövlət qulluqçusu statusu alaraq ona önəmli vəzzifə verdirməkdir. Deyilənə görə Üçtəpə kənd məktəbinin direktoru hər gün gülməşəkər bala yaxşı yemək verilməsi tapşırığını alıb. Allah səbr versin !