23 Şubat 2018

Elminaz Nadirova haqqında verilən ilginc əmr

Dəfələrlə mətbuatda  yazılanlar sübüt edir ki, Elminaz Nadirovanın Cəlilabad  RTŞ müdiri təyin olunması  yanlış bir qərar olduğu kimi eyni zamanda korrupsiyanın dəstəklənməsi kimi qiymətləndirilib. Çünki bu şəxsin  bu vəzifəyə təyinatı ndana qabaq şəhər  7 №-li tam orta məktəbdə uğursuz bir rəhbərliyi olmuşdur. Təkcə əlimizə keçən RTŞ –nin bir rəsmi əmri  bunu sübut edir ki, Elminaz Nadirovanın bu postda olması Cəlilabad təhsilini qəsddən məhv etməyə hesablanmışdır.
Belə ki, 2015-ci ildə  Azərbaycan Respublikasının  Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarət  xidməti  tərəfindən  aparılmış yoxlamadan məlum olmuşdur ki,  2012 ci ilin oktyabr ayından 2015 ci ilin avqust  ayı üçün olan dövrdə ayrılmış vəsaitərin təyinatı üzrə xərclənilməsində xeyli korrupsiya fakti olub.
Bu  barədə o zamankı Təhsil Şöbəsinin müdiri İlham Salmanovun  04 may 2015 ci il  64 nömrəli əmrində göstərilir ki,   Şəhər  7 nömrəli tam orta  məktəbində 8 sinif komplekti nin sadəcə adı var özləri isə mğvcud deyil. Bu əmrdə həm də  4 fənn  kabineti  ləğv edilməsi  göstərilib. Bütün bunlardan sonra isə Salmanov işdən çıxarır və Elminaz Nadirova vəzifəyə gətirilir. Deməli bu rayonda hansı meyarlar əsasındaa vəzifəyə yeksəlmə bəlli olur.  Belə olan təqdirdə isə təhsildə keyfiyyatdən danışmaq olmaz.

Hiç yorum yok:

Yorum Gönder