13 Kasım 2017

Bu məktəbin müəllimləri haradadır ?

Cəlilabad təhsil şefinin bir başa himayəsində olan Zərifə Əliyeva adına 7 nömrəli məktəbdən görünməmiş biabırçılıqlar aşkarlandı. Beləki, burada yoxlama aparan 14 saylı ƏMHM araşdırma zamanı özləri şokadüşmüşdürlər. Məktəbin texniki işçilərinin məvacib karlarını zimmətinə keçirən RTŞ müdiri sən demə həm də elə müəllimlərə dərs yazıb pulunu götürür ki, həmin müəllimlər xarici ölkədədirlər.  Bir tərəfdə icra hakimi Əziz Əzizovun problemlərə səti yanaşma tələbi , digər tərəfdən isə Təhsil Nazirliyinin obyekiv araşdırma tələbi yoxlamanı çıxılmaz vəziyyətdə qoyub. Obyekiv araşdırma davam edərsə Elminaz Nadirovanın sonu olacağına şübhə yoxdur. Əgər olsarsa ......

08 Kasım 2017

Ehtiram Muxtarovun Cəlilabad məktəbində apardığı yoxlama

Cəlilabad şəhər 7 saylı məktəbdən edilən şikayətlərdən sonra Ehtiram Muxtarov 14 saylı ƏMHM in işçilərini bu məktəbə göndərib. Yoxlama zamanı bütün məktəblrdə olduğu kimi bu məktəbdə də xadimə və labarant ştatında olanlardan "ölü canlar" aşkar olunub. Əvvəl bərk təşvişə düşən məktəb rəhbərliyi bu dəfə də Elminaz Nadirovaya müraciət edib. Elminaz isə əlindən bir iş gəlmədiyini görüb yenidən rayon rəhbəri Əziz Əzizova müraciət edib. Əzizovun müdaxiləsindən sonra Ehtiram Muxtarovun əməkdaşları yenidğn akt tərtib edərək guya hər şeyin yerində olduğunu rəsmləşdiriblər. Çox guman Ehtiram yenədə öz payını alaraq geri çəkilib. Respublika prezidenti və Mikayıl Cabbarovun apardığı islahatlar doğru olsada yerlərdə bunu həyata keçirəcək dürüst potensial kadrlar yoxdur . Ehtiram kimi vicdanını satmışlarla islahat aparmağın mümkün olmadığını Təhsil Nazirliyi anlamalı və yollarını ayırmalıdır.

05 Kasım 2017

İcra Hakimiyyətinin qoçusu Sabir xərac toplayır

Cəlilabad rayon Təhsil Şöbəsinin müdirinin himayədarı Sabir Həsənov artıq o qədər harınlayıbkı özünün digər adamı Adəm İsmiyev vasitəsi ilə dağ kəndlərinin məktəblərindən açıq şəkildə xərac toplayır. Bu barədə adının çəkilməsini istəməyən dağ məktəblərindən birinin müəllimi xəbər verib. Nə yoxlaması aparıldığı məlum olmasa da hər məltəbdən 100-200 azn pulun yığılması məlumdur. İnformasiya verildikdən sonra yəqin Sabirə əsl qoçunun kim olduğu göstəriləcəkdir .