Haqqımızda

   Hörmətli  oxuyucularımız  !

Cəlilabad Rayon Təhsilində baş verən neqativ halların arxasında duran güclərin bizə törətmiş olduğu maneələrdən dolayı  bir qrup ziyalı toplanaraq sosial şəbəkələr və internetin bizə verdiyi imkanlardan istifadə edərək onların neqativlərini ifşa edirik. Açıq mübarizə yolunu heç tutduqmu ? Bəli, buna dəfələrlə çalışsaq da  tərəfdarlarımız hədələnmiş və hətta həbsdə olanlar belə var. Doğrudur təhsildə rüşvət və savadsız idarəçilik çox yerdə olsada biz öz rayonumuzun keçmiş təhsil ənənəsini onu məhv etməyə çalışanlara vermək niyyətində deyilik.
Bizim adımızdan bəzən bəzi dırnaq arası jurnalistlər istifadə etmək istəsələr də biz hər kəsə bir daha bəyan edirik ki biz heç kimlə işləmirik. Biz sadəcə rayon təhsilində  aylıq uığımı , istiliklə bağlı yaranan problemləri, kimlərinsə xadimə pullarını mənimsəməsi nəticəsində siniflərdəki antisanitariyanı və təhsilə yönəlik olmayan tədbirləri ifşa etməklə əhalini bunlardan xəbərdar etməyə çalışırıq. Hələlik bu qədər ......

1 yorum: