30 Mart 2018

Elminaz haqqında bayatı

Əziziyəm Elminaz,
Hiylən çoxdur, elmin az
Eqaistsən bilirik,
Buna görə helmin az,

Əziziyəm hay gedib
Niyə haqqı say gedib ?
Elminaz tənha qalıb
Deyirlər "Day-day "gedib

Əzizim Elminazın
"kim kökləyəcək sazın?"
"Day-day" gedəndən sonra
"De kim çəkəcək nazın ?"

Zopunlular səs salır
Elminaz rüşvət alır
Müəllimlər nə etsin ?
Mayıs yerində qalır.

Əziziyəm əlhəzər
Deyək, dəyməsin nəzər
Rüşvətin hesabıyla
Elminaz evin bəzər

Baloğlan Mirzəli
Şair jurnalist





Elminaza son xəbərdarlıq edildi, amma.....

Ötən saylarımızda seçkiöncəsi təhsil şöbəsində baş verən təxribat barəsində məlumat verdikdən sonra nələr baş verdi ?

 
Cəlilabad rayon İcra Hakimiyyətinə çağrılan Elminaz Nadirova sərt xəbərdarlıq edilərək məktəblərdən yığdırdığı pulu qaytarmasını tələbi qoyulub. Buna baxmayaraq Elminaz Nadirova hamının pulun qaytarsada, özünün etibar etdiyi şəxslərə heç nə qaytarmayıb.
  Bundan başqa bu qarışılıqdan istifadə edən Elminazın komandası da pul yıöımını dayandırmayıb. Komandanaın inanılmış simalarından olan Sarxan Həsənov, Ərəstun Hüseynov, İlkin Zeynalov, Ağaxan Ağayev və Ramiz Quliyev direktorlara zəng edərək pul gətirmələrini tələb edir. Baxmayaraq  ki, Sarxan Həsənov, Ərəstun Hüseynovun təqaüd yaşı, Ramiz Quliyevin  metodist olması buna baxmayaraq ondan inspektor kimi istifadə açıq qanunsuzluq olsada, bu dəfə çox ciddi fakt var . Bu fakt səs yazısıdır və  artıq korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. Yəqin ki, çox qısa müddətdə bu şəxslər əli qolu bağlı aparılacaq və Elminazın illərdir yığdığı pullar onun burnundan gətiriləcək.

25 Mart 2018

Təxribat ya həqiqət ?


Prezidentə qarşı təxribatın arxasında kim durur ?



Cəlilabad RTŞ –i  bu gün saat 10:00 da təcli iclas keçirib. İclasda iki aydır “yığılmayan” aylığın verilməsi tələbi qoyulub. Elminaz Nadirova bu tələbi  ona şəxsən başçı  Namiq Zeynalovun tərəfindən Sabir Hüseynovun  verildiyini  və bu aylıqları Prezident Administrasiyasına göndərəcəkləri deyilib. Aylq tələbində  Prezident və başçı adı olduğundan  heç kimin də cəsarəti çatmır ki, bunu aydınlaşdırsın və artıq kor peşman bütün direktorlar düşüb pul axtarır. Hər halda bunun seçkiqabağı  təxribat olduğuda istisna edilmir.

15 Mart 2018

Elminaz Nadirovanın məxvi tapşırığının üstü açıldı

Bu gün saat17:00 da inspektorları toplayan Elminaz Nadirova  məxvi tapşırıq verib. Tapşırığa görə icranın tapşırığına baxmayaraq "aylıq"lar yığılmalı, ancaq elə etmlidirlər ki, bundan heç kimin xəbəri olmasın. Direktorlara məlumat verilən kimi isə bu işin məxviliyi itdi. Yeni icranın və xüsusilə prezident seçkiləri öncəsi əhalinin narazı salınmaması tapşırığı verilsədə Elminazın bunlara məhəl qoymaması və narazılıq yaratması bir növ hakimiyyətin siyasətinin əleyhinə çıxmaqdır. Yerli İcra hakimi bu xanım Təhsil Şöbəsinin müdirini çıxara bilmirsə yəqin ki bu hərəkətinə görə Prezident Administrasiyası xəbər tutandan sonra nəsə edər.

08 Mart 2018

Elminaz Nadirovanın gunahkar olduğunu sübut edən sənəd

Cəlilabad təhsilində baş verən bütün qanunsuzluqlara görə Elminaz Nadirova cavabdehdir. Məktəbin idarəçiliyi və əmr verəni  rəsmiyyətdə məktəb direktoru olsa belə o buna görə rəsmən Elminaz Nadirovadan icazə alır. Bir oxucumuz bizə məktub yazaraq direktor Qərənfil Əhmədovanı günahlandırmağımızı düzgün hesab etmir və sübut olaraq onun hər hansı əmri verməsində Elminaz Nadirovadan rəsmən icazə aldığını deyir. Bizə analoqu olmayan bu cür vəziyyəti sübut edəcək sənədi  belə təqdim edir. Doğrudan əgər bu sənəd doğrudursa onda nəyə görə hər hansı problemə görə Elminaz  yox direktor gunahlandırılır ? Bu suala isə yəqin Elminaz özü cavab verməlidir ?

Aylıqla bağlı yeni iddia

Bildiyimiz kimi Cəlilabadımıza yeni təyin olunan Namiq Zeynalov gələn kimi ölkədə korrupsiyaya görə ad -san qazanmış Cəlilabad təhsil şefi Elminazai  qət göstəriş verərək rüşvətə son qoymasını tələb etmişdir. Doğrudur o da özünün etibar etdiyi adamlardan başqa heç kimdən bu ay pul tələb etməmişdir. Amma..... amma məktəblərdən topladığı xadimə kartları özündədir və həmin kartlardan gələn gəlirləri heç kimlə paylaşmır. Təhsil işçiləri yeni təyin olunmuş RİH-nin də Elminaza təsir edə biləcəyini düşünmürlər. Əgər doğrudan nəsə etmək istəsəydilər Elminazın hər yerdə villalarını Bakı şəhərindəki evini və qızına aldığı bahalı avtomobili və son vaxt Cəlilabadın mərkəzi küçəsindəki o başdan  bu başa olan Sarayını necə və hansı pulla tikdirdiyini araşdırardılar.



01 Mart 2018

Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova Prezident İlham Əliyevin təyin etdiyi yeni icra başçısı Namiq Zeynalovu rəhbər kimi qəbul etmir ?



Deyilənə görə rayona yeni təyin oluan başçı ilk iclasında Elminaz Nadirovaya sərt xəbərdarlıq edərək rüşvətxor əməllərinə son qoymağa və bundan sonra pul yığımını dayandırmağı əmr edib. Elminaz Nadirova belə bir halın olduğunu boyun almasada ancaq bundan  sonra korrupsiya hallarının qarşısını tam alacağı sözünü verib.  Onun bu sözü sən demə ayın sonuna qədər imiş . Fevral ayının maaşı yüklənən kimi Elminaz Nadirova pul yığımına start verib.Yığım bu gün müəllimləri cağırdıqları iməclikdə baş tutub. Yığımın icraçıları isə, hər zaman olduğu kimi Ə. Hüseynov, S. Həsənov, R. Quliyev, R. Quliyeva , A. Ağayev  və İ. Zeynalov olub.  İndi təhsil işçilərini maraqlandıran bir sual var . Təhsilimizi məhv edən Elminaz Nadirova kimə güvənərək Prezidentin təyin etdiyi şəxsi dinləmir ?