21 Aralık 2021

Cəlilabad RTŞ-indən bezən vətəndaş Prezidentə müraciət etdi: " Cənab Prezident mənə kömək edin...."

 




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Surəti 1: Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə

Surəti 2: Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə

Surəti 3: Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinə

Hörmətli Cənab Prezident,

Bu il (2021) sentyabr ayında həyat yoldaşım Bağışova Günəş Güləş qızını Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbində 0,5 ştat vahidi ilə sobaçı kimi işə düzəltdirdim. Buna görə direktor əvəzi Ərəstun Vəliyev vasitəsilə RTŞ müdiri əvəzi Ağaxan Ağayev məndən 700 azn məbləğində pul aldılar. Mənə dedilər ki, hələlik burada yoldaşınlıq bir iş yoxdur, onun işi soba yandırmaqdır. Qış ayı başlayanda gələr. Oktyabr ayında məktəbə yeni direktor əvəzi Seymur Cəfərov təyin olunduqdan sonra mənə bildirdi ki, kiminlə nə danışmağından aslı olmayaraq yoldaşın gəlib məktəbi silib təmizləyəcək və ya onun məvacib kartını mənə verəcəksən. Mən də bildirdim ki, onun vəzifəsi soba yandırmaqdır və yarımştat olduğundan o gündə 3 saat burada olub getməlidir. Seymur Cəfərov isə mənə bildirdi ki, xeyir ya o gəlib burada sil-süpür işləri ilə məşğul olmalıdır, ya da kartını mənə versin, yoxsa işdən çıxaracam. Seymur Cəfərovla mübahisə etməyib Cəlilabad RTŞ müdiri Ağaxan Ağayevlə görüşdüm. Ona bu barədə dedikdə mənə bildirdi ki, get narahat olma, mən Seymur Cəfərova zəng edib tapşıracam. Yoldaşım hər gün işə gedib 3,5 saat orada olub qayıdıb gəlsədə Seymur Cəfərov mənim yoldaşıma heç bir xəbərdarlıq etmədən yoldaşımın oktyabr və noyabr aylarının əmək haqqını kəsdi. Ağaxan Ağayevlə yenidən görüşüb dedim ki, axı sən məndən 700 azn pul alanda belə danışmamışdıq. Mən bu pulu sələmə girərək sənə vermişəm, niyə belə edirsiniz ? Yanımda Murad müəllimə zəng edib dedi ki, Seymur müəllim məni eşitmir, ona de ki, texniki səhv kimi əmr versin, mən burada camaatın pulunu ödətdirim. Seymur Cəfərov da mənə A4 vərəqində bir ərizə surəti verdi ki, bu ərizəni köçür gətir maaşı buraxım. Ərizəni verəndən sonra isə mənə bildirdilər ki, yoldaşımı işdən çıxarıb yerinə başqasını götürüblər. Ağaxan Ağayev isə Ərəstun müəllim vasitəsi ilə mənim 700 azn pulumu qaytardı. Ağaxan Ağayevlə yenə görüşüb dedim ki, niyə mənim pulumu qaytarırsan, mən kasıb adamam, işə ehtiyacım var. O da kimisə çağırıb ona tapşırdı ki, get Seymur müəllim işini həll edəcək. İndi Seymur müəllimlə Ağaxan müəllimin arasında qalmışam. Seymur müəllimə deyirəm niyə belə edirsən ki, bu dəqiqə sənin yanında məktəbin təsərrüfat müdiri Rasimin qızı- mənim qonşum Ağayeva Ruhiyyə Rasim qızı il yarımdır işləyir, bir dəfədə olsun işdə olmayıb. Məktəbin katibəsi Əsmərin anası başqa adamın əvəzinə işləyir. Belə hallar axı bu məktəbdə çoxdur.Biri şəhid valideyni , digəri şahid bacısı adından istifadə edərək işə gəlmir. Mənə bir söz deməyib məndən qaçır. Hörmətli Cənab Prezident, sizdən xahiş edirəm ki, yoldaşımın haqsız yerə kəsilmiş 2 aylıq(oktyabr,noyabr aylarındakı) əmək haqlarının qaytarılmasında və yoldaşımın işə bərpa olunmasında mənə kömək edəsiniz.

Göytəpə şəhər sakini Əliyev Elnur Alxan oğlu

Tel: 050-614-98-18

                               https://www.youtube.com/watch?v=q40y62jhrPc

Hiç yorum yok:

Yorum Gönder