Cəlilabad r Göytəpə ş 1 saylı tam orta məktəbdə xadimə və labarantların böyük bir hissəsinin olmaması və məvacib kartlarının 14 saylı ƏMHM nin rəhbəri Ehtiram Muxtarovda olmasıilə bağlı Prezident Administrasiyasına 4 gün bundan öncə şikayət məktubu ünvanlamışam. Surətlərini isə həmdə Ehtiram Muxtarova göndərmişəm. 14 saylı ƏMHM-nin işçisi mənə zəng edərək faktların doğruluğunu öyrənmək məqsədilə məndən nələri bildiyimi soruşdu. Mən də onlara inanaraq nə bilirəmsə hamısını dedim. Məktəbdə yoxlama apardıqdan sonra və ya özlərini yoxlayırlarmış kimi apardıqdan sonra onlarla əlaqə saxladım. Maliyə idarəsinin işçisi mənə bildirdi ki, bəli dediyiniz faktların çoxu doğrudur amma bir-iki məsələ var ki, bunlar barədə görüşüb razılaşmayıq. Bundan sonra mənə Cəlilabad RTŞ nin əməkdaşı zəng edərək görüşmək istədiyini və əgər şikayətdən vaz keçsəm rüşvət verəcəyini bildirdi. Mən isə ona bildirdim ki, mənim istəyim adları olub özü olmayanların pullarını mənimsəyən məktəb rəhbəri Seymur Cəfərov və Ehtiram Muxtarovun qanun qarşısında cavab verməsidir. Özlərini şəffaf qrum kimi göstərən idarə artıq məktəblərdəki odun pulunu da mənimsəməkdədir. Dövlət əmlakını talayanlara qarşı baş ptokurorluq və maliyə nazirliyi dərhal yoxlamalara başlamalıdır. Bu dövlətə qarşı xəyanətdir .
Hörmətlə, Ramiz Yarıyev
05146747
Hiç yorum yok:
Yorum Gönder