19 Ağustos 2018

Kolxozdur ya RTŞ ?


   

Cəlilabad təhsilində rəzalət davam edir !

RTŞ -yə bir həftədir gedirəm ancaq bir nəfər tapa bilmirəm ki, dərdimi deyəm. Nə vaxt soruşuram deyirlər iməclikdədir. Ey dad ! insan nə qədər iməcliyə gedər ? Heç Lenin köpəkoğlu bu qədər  iməclik etməyib. RTŞ müdiri Hafiz müəllim isə sən demə indiyə qədər sadəcə maskalanıbmış. İndi yaradılan fürsəti əldən vermir. Yuxarılara əlindən gələn nə var çatdırır. Çatdırdığı pula da ola bilər , söz də . Düzdür söz pulu əvəzləmir, ancaq heç elə sözdə var ki, onu pulla əvəzləmək olmur. 
Burdan sözüm həmdə Təhsil Nazirliyinədir. Hər zaman şikayət edirsiniz ki, Cəlilabadda təhsilin səviyyəsi aşağıdır və inkişaf yoxdur. Necə inkişaf yoxdur ? Bu gün rayonda hansı dövlət obyektinə baxsan orada müəllimin(məktəbin) əməyi var.  Həm aylıq pulu ilə , həm də məktəbin texniki işçiləri ilə ərsəyə gətirdiyi abadlıq işləri hamısı təhsilimizin "inkişafı" kimi qiymətləndirilməlidir. Repititorlar sağ olsun,daha doğrusu onlara pul verən valideyinlər olmasa idi indi heç ali təhsillimiz olmazdı. Əslində hər bir işi ilə kolxozu xatırladan RTŞ də Hafiz müəllimdə Kolxoz sədrinə oxşyır. Buna görədə bu müəssisə tam təyinatı istiqamətində işləyir. Əgər normal işləməsini istəsəniz Vətəninə , Millətinə, Xalqına sadiq bir nəfər təhsil işçisi göndərin qoy təhsili inkişaf etdirsin . 


10 Ağustos 2018

İcra hakimi kimi şərəfsiz, şəxsiyyətsiz , alçaq adlandırıb ?

ŞƏRƏFSİZ, ŞƏXSİYYƏTSİZ, ALÇAQ adlandırılan məmur kimdir ?
 Səbəbini tam bilməsəkdə bu gün günorta saatlarında Cəlilabad rayon icra başçısı Namiq Zeynalov cənablarının hansısa məmuru söyüb təhqir elədiyi barəsində məlumat əldə etdik.