06 Nisan 2017

Saxta diplomla bağlı araşdırmanı kim tələb edib ?

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova bəzi şikayətlərin qarşısını almaq məqsədilə həmin müəllimlərin diplomlarını araşdırmaq məqsədilə Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi isə diplomları yoxlatmaq məqsədilə Cəlilabad rayonunda yerləşən ümumtəhsil məktəblərinin hamısına göstəriş verərək onların dilomlarını tələb etmişdir. Nazirlikdən gələn cavabdan sonra vəziyyət o qədər gərginləşmişdir ki, Elminaz da heç bunu gözləmiyib. araşdırma nəticəsində məlum olub ki, Elminaz qeyri qanuni olaraq 200 nəfərdən çox müəllimlə qeyri -qanuni müqavilə bağlamışdır. 170 nəfərdən çox qeyri qanuni  evdə təhsil və 70 nəfər fərdi təhsilin pulunu mənimsəyirmiş.Mənbəmizin verdiyi məlumata  görə  Diplomları "saxta" çıxan müəllimlərin aksiya edəcəyi gözlənilir . Çox guman  aksiya bu yaxınlarda olacaq. 

02 Nisan 2017

Yalları azalan itlərin kəndlərə hücumu


Tədris ilinin sonuna yaxınlaşdıqca Cəlilabad RTŞ -nin müdiri Elminaz Nadirova məktəblərdən aldığı aylıq 800-1000 azn arası pulların miqdarını artıqmaq qərarına gəlib. Deyilənə görə nazirlik tərəfindən aparılan son yoxlamalarda xərci çox çıxdığına görə bu büdcəni doldurmaq məsədi ilə bəzi rayon kəndlərinə yoxlama reydləri təşkil olunaraq tutulan qüsrlara görə xəracları artırıblar. Bu dəfəki elçi heyyətinin tərkibində İlkin, Ərəstun və Ramiz  rayon kəndlərinə yoxlamaya gedərək oradan Elminaz üçün xadimə məvacib kartı istəyib və pulun miqdarini artırmalarını deyiblər.
Xəlilli kəndindən verilən məlumata görə İlkin, Ərəstun və Ramiz bu səfədə istəklərinə nail olmuşdular. Bu reyd insanların narazılığına səbəb olduğundan yuxarı orqanlara müraciət edəcəkləri də söylənilir.

01 Nisan 2017

Cəlilabadlı müəllimdən Mikayıl Cabbarova Müraciət


Hörmətli Cənab Nazir 

Biz hər zaman sizin Azərbaycan Təhsilində rüşvətin kökünü kəsmək üçün görmüş olduğunuz tədbirlərinizi bəyənir və dəstəkləmişik. Amma çox təəssüflə qeyd etməliyik ki, sonuncu qərarınız bizi ruh düşgünlüyünə salmış və inamımızı sarsmışdır. Məgər siz bilmirsiniz ki, region təhsilində rüşvət və korrupsiyanın mənbəyi elə Rayon Təhsil İdarələri və onların sizdən çox tabe olduqlari Rayon İcra Hakimiyyətləridir. Bunu bildiyiniz halda niyə hələ də Direktorların İşə Qəbulunda "RƏY"ləri onlara həvalə edirsiniz ? Sizcə onlar təmiz , saf işləyən kadırlar haqqında müsbət rəy verərlərmi ? Cəlilabad rayon Təhsilində kifayyət qədər savadlı, bacarqlı kadırlar olmasına baxmayaraq Sizi tam əmin edə bilərəm ki, heç biri bu müsabiqədə iştirak etmirlər. Onlar hər zaman rayon rəhbərliyinin təhsilə müdaxiləsini və təhsil idarələrinin yarıtmaz fəaliyyətini tənqid etmişlər . İndi onlar əgər rayon təhsili üçün irəli dursalar tənqid etdiklərinin haqlı olduğunu və rüşvətsiz təhsildə işləmənin mümkünsüz olduğunu qəbul edəcəklər. Bunları deməklə əslində sizə inanan sosial bazanın hər gün seyrəldiyini xatırlatmağı həqiqi vətəsevər müəllimlərimizə isə sizə inanmamağı tövsiyə edirik.